II Alpin
Alpin mak Eoxayd (şot.kelt Alpin mac Echdach; 778 – 834) — Dal Riada kralı, I Kennet və I Donaldın atası. Onun adı anqlosaks Elfvin adından törəyib.
II Alpin | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 778 |
Vəfat tarixi | 834 |
Atası | IV Eoxayd |
Anası | Ferqusa (?)[d][1] |
Uşaqları |
Həyatı
Bu dövrün Dal Riada kralların xronologiyası və genealogiyası tam dəqiq və faktiki formada hazırlanmayıb. "Olster annalları" və "İnişfallen annalları" kimi İrlandiya salnamələri kral I Kennetin atasının adını Alpin olaraq verirlər. "Alba krallarının salnaməsi" əsəri I Kennetlə başlayır, ancaq bəzi mənbələr ona istinad verirlər: "Piktlər onu darmadağın etdikdən sonra Alpin Qalloueydə ölmüşdür. Daha sonra şotlandlar krallığı piktlərin krallarığına asılı olmuşdur". II Alpin Dal Riada kralı IV Eoxaydın oğlu, Dal Riada kralı III Eoxaydın nəvəsi idi.
Növbəti əsrlərdə Fordunlu Conun hazırladığı salnamə Kennetin atasını "Exeyin oğlu Alpin" adlandırır və 836-cı ildə piktlərlə vuruşduğu döyüşdə həlak olmasından bəhs edir.
Ədəbiyyat
- Anderson, Alan Orr. Early Sources of Scottish History A.D 500—1286, volume 1. Reprinted with corrections. Stamford: Paul Watkins. 1990. ISBN 1-871615-03-8
- Braun, Deyvid. The Irish Identity of the Kingdom of the Scots in the Twelfth and Thirteenth Centuries. Vudbric: Boydell,. 1999. ISBN 0-85115-375-5
- Braun, Deyvid Dauvit. Pictish Kings 761—839: Integration with Dál Riata or Separate Development // The St Andrews Sarcophagus: A Pictish masterpiece and its international connections. Dublin: Four Courts. 1998. ISBN 1-85182-414-6
İstinadlar
- Lundy D. R. Ailpín mac Eochaid // The Peerage (ing.).