II Abbad əl-Mötədid
II Abbad əl-Mötədid (1016[1], Sevilya – 28 fevral 1069, Sevilya) — Abbadilər sülaləsindən ikinci hökmdar.
II Abbad əl-Mötədid | |
---|---|
ərəb. عباد بن المعتضد | |
3 noyabr 1042 – 28 fevral 1069 | |
Əvvəlki | Əbulqasim Məhəmməd ibn Abbad |
Sonrakı | Əl-Mötəmid ibn Abbad |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1016[1] |
Doğum yeri | |
Vəfat tarixi | 28 fevral 1069 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, şair |
Atası | Əbulqasim Məhəmməd ibn Abbad |
Ailəsi | Abbadilər sülaləsi |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Abbad ibn Əbulqasim Məhəmməd bin Abbad 1012-ci ildə İspaniyanın Seviliya şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi almışdı.
II Abbad 1042-ci ildə hökmdarlığa yiyələnmişdi.
II Abbad o illərdə qonşularıyla savaşmaqdan da geri qalmırdı. 1053-cü ilə qədər kiçik Bərbəri xanədanlarını hakimiyəti altına almışdı. Buna rəğmən Qranadadakı Zirilər onun qarşısında müvəffəqiyyətlə müqavimət edirdilər. Bu arada Cəzirətülhadranı Hammudilərdən alaraq oğlu İsmaili Kurtuba üzərinə göndərdi. Ancaq İsmail Cəzirətülhadrada bağımsızlığını elan etməyə qərar verdi. Bu səfər də digər oğlu Məhəmməd Zirilərə qarşı Malaqadakı Ərəbləri dəstəkləmək üçün hərəkətə keçdi, fəqət Zirilər bu ordunu məğlubiyyətə uğratdılar, Məhəmməd canını zorla qurtardı. Buna rəğmən Abbadilər müluküt-təvaifin ən qüvvətlilərindən biri idi. Taxta keçdiyi zaman "Hacib", bir sürə sonra da "əl-Mutazıd-Billah" ünvanlarını işlədən, siyasi baxımdan son dərəcə qabiliyətli və bacarıqlı olan Abbad, iyirmi yeddi illik hökmdarlıqdan sonra 28 fevral 1069-cu ildə öldü.