II Şahtaxtı nekropolu

II Şahtaxtı nekropoluNaxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində nekropol.

Govurqaladan cənub-qərbində yerləşən arxeoloji abidə Son Tunc-İlk Dəmir dövrünə aid edilir. 1971-ci ildə abidə ərazisində aparılan tikinti işləri zamanı, bişlmədən bir neçə daş qutu qəbir dağıdılmış, çəhrayı və boz rəngli gil qablar, bəzək əşyaları, silindrik möhür tapılmışdır. 1979–1980-ci illərdə torpaq işləri görülərkən dağıdılmış xeyli daş qutu qəbirlərdə küpə, kasa, çaydan, vaza, badya tipli gil qablar, silah və daş alətlər aşkar olunmuşdur. Gil qabların bəzisi cızma və yonma ornamentlərlə bəzədilmişdir.

Boyalı Qablar mədəniyyətinin əsas ocaqlarından olan Şahtaxtı Govurqalası və nekropollarından tapılan polixrom boyalı qablar öz bədii tərtibatına görə nadir incəsənət nümunələri kimi dəyərləndirilməkdədir.[1]

İstinadlar

  1. А. К. Алекперов – Исследования по археологии и этнографии Азербайджана, Баку, 1960

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.