II Şəhidlər Xiyabanı
II Şəhidlər Xiyabanı (rəsmi adı: 2 saylı Şəhidlər Xiyabanı) — 2018-ci ildə əsası qoyulan və Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında və bərpa edilməsində xüsusi xidmətlərinə görə şəhid olan Azərbaycan Silahlı Qüvvələri hərbi qulluqçularının dəfn olunduğu xiyabandır. Məzarlıq 2 saylı Fəxri Xiyabanın ərazisində yerləşir.
Qəbiristanlıq | |
II Şəhidlər Xiyabanı | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşdiyi yer | Bakı |
Status | Xiyaban |
Əsası qoyulub | 2019-cu il |
İlk məlumat | 2020 |
Dəfn sayı | 148 nəfər |
40°21′41″ şm. e. 49°48′29″ ş. u. | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
II Şəhidlər Xiyabanı Yasamal rayonunun ərazisində, Maşın Bazarı və Yasamal qəbiristanlığının "Qurd Qapısı" adlandırılan hissəsinin arasında yerləşir. 2019-cu ilin avqust ayında sosial mediada şəhər ərazisində yeni qəbiristanlığın salındığı iddia edilən video yayıldı. Videoda özünü qəbiristanlıq işçisi olaraq təqdim edən bir nəfər buranın növbəti illərdə baş verməsi gözlənilən müharibə zamanı şəhid olanların dəfn olunacağı Şəhidlər Xiyabanının olacağını bildirdi. Xiyaban üç bölmədən ibarətdir və ümumi olaraq 630 qəbir var. Uzun müddət ərzində həmin ərazi barədə ictimaiyyətə rəsmi məlumat verilmədi.
2020-ci ilin 12-16 iyulunda Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində törətdiyi təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 8-i zabit olmaqla 12 hərbi qulluqçusu şəhid oldu. Şəhid olanlardan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev iyulun 15-də II Şəhidlər Xiyabanında dəfn olundu. Dəfn mərasimi ictimaiyyətə qapalı oldu.
2020-ci ilin avqust ayında isə Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantları Fuad Nadir oğlu Məmmədov 52 yaşında, Çingiz Mustafa oğlu Məmmədov isə 69 yaşında vəfat etdi. Fuad Məmmədov və Çingiz Məmmədov II Fəxri Xiyabanın yeni hissəsində dəfn olundu.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı şəhid olan Azərbaycan Ordusunun hərbçilərinin II Şəhidlər Xiyabanında razılıq əsasında dəfn olunması aparılırdı. Xiyabanda dəfn olunmaq məcburi əsasla aparılmırdı, ailə üzvlərinin razılığı ilə aparılıdı. 44 gün davam edən Vətən müharibəsinin 100-dən çox şəhidi II Şəhidlər Xiyabanında dəfn olundu.
Dəfn olunanlar
II Şəhidlər Xiyabanda dəfn olunanların 1 nəfəri general-mayordur, 2 nəfəri general-leytenantdır, 1 nəfəri polkovnikdir, 13 nəfəri polkovnik-leytenantdır, 15 nəfəri isə mayordur.