II İslam Gəray

II İslam Gəray — 1584–1588-ci illər arasında hakimiyyətdə olan Krım xanı. Uzun müddət Osmanlıda qalması, ilahiyyat təhsili alması, bəlkə də yaşı onun güclü hökmdar olmasına mane olmuşdur. Döyüşlərin çoxunu qardaşı Alp Gəray aparmışdır. Hakimiyyətdə olduğu vaxtın əsas hissəsini qardaşı oğlu ilə münəqişədə keçirmişdir.

II İslam Gəray
1584 1588
ƏvvəlkiII Məhəmməd Gəray
SonrakıII Qazi Gəray
Şəxsi məlumatlar
Doğum tarixi bilinmir
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri Akkerman
Fəaliyyəti rəhbər[d]
Atası I Dövlət Gəray
Ailəsi Gəraylar
Dini İslam, sünni

Həyatı

Doğulduğu il bilinmir. Atası Dövlət I Gəray 1551-ci ildə taxta çıxdıqdan sonra İslam Sultan sarayına girov olaraq göndərilmişdir. Ömrünün 30 ildən çoxunu Osmanlıda keçirmişdir. Sultan məhkəməsindən ayrılaraq ilahiyyat təhsili almaq və Sufilərin mövləvilik nişanı üçün Konyaya getmişdir.[1]

1584-cü ildə böyük qardaşı II Məhəmməd Gəray xan Osmanlının krımlalıları Səfəvilərin üzərinə göndərmək əmrindən imtina etdi. Sultan III Murad İslamı Krıma göndərdi və onu yeni Krım xanı olaraq təyin etdi. Sultanın bu seçiminə İslamın uzun müddət Osmanlıda yaşaması və hərbi təcrübəsinin olmamasına görə onu etibarlı vassal hesab etməsi təsir göstərmişdir.

Səadətin üsyanı

Məhəmməd öldükdə oğlanları II Səadət Gəray, Murad və Səfa idi. İslamın təyin olunmasından 3 ay sonra Məhəmmədin oğlanları atalarının qisasını almaq üçün Səadətin rəhbərliyi ilə 15000 noqay, 230 don kazakı və Mansur bəylə birlikdə cənuba tərəf istiqamətləndi. Müdafiə ordusu yox idi, çünki bəylərin və mirzələrin çoxu Bağçasarayda yeni xan üçün təşkil edilən mərasimdə idilər.

Yeddi gün boyunca paytaxt mühasirədə qalddı. İslam Gəray Kaffaya (Feodosiya) qaçdı. Xanlığın əzinəsini ələ keçirən Səadət Gəray şərqə doğru irəlilədi. Qələbə qazanması və xəzinəni ələ keçirməsinə görə bir çox bəylər ona qoşuldu. Keçmiş paytaxt olan Starıy Krımda bəylər onu xan elan etdi.

Səadət Gəray cənuba doğru irəlilədi və Kaffanı (Feodosiya) mühasirəyə aldı. Səadət qalanı tuta bilmədi və II İslam Gəray Osmanlını köməyə çağırdı. 4000 yeniçəri qalaya gəldi. Starıy Krım yaxınlığındakı döyüşdə Səadət Gəray məğlub oldu və qaçdı.

1585-ci ilin yazında Səadət yenidən üsyan qaldırdı. Lakin Perekopa (Or Qapı) çatmamış Alp Gəray tərəfindən məğlub edildi. Səadet və kiçik qardaşı Səfa şərqə doğru qaçdılar.[2]

Səhətindəki problemlərə səbəbindən 15-ci ildə ölən II İslam Gəray bu gün Ukrayna sərhədləri daxilində olan Bucak bölgəsində, Qara dəniz sahilindəki Akkerman qalası (Belqorod-Dnestrov qalası) yaxınlığındakı məscidin həyətində dəfn edildi.

İslamın yanında olan bəylər Alp Gərayı yeni xan seçdi. Təsdiq üçün İstanbula göndərdilər, lakin sultan II Qazi Gərayı xan seçdi.

İstinadlar

  1. The Russian Wikipedia has him go to a Dervish ‘monastery’ at Bursa in 1574.
  2. ru:Саадет II Герай and ru:Сафа Герай (калга). The source seems to be the Vinogradov papers noted in the Safa article. Not in Gaivoronsky.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.