III Xentakaves
III Xentakaves və ya III Xentkaus[2] Beşinci sülalə dövründə yaşamış qədim Misir kraliçasıdır. Onun firon Neferefranın arvadı və firon Menkauhorun anası olduğu ehtimal edilir.[1][3]
III Xentakaves | |||||
---|---|---|---|---|---|
mis.
Ḫnt kȝw=s | |||||
Hökmdarın arvadı, hökmdarın anası | |||||
Şəxsi məlumatlar | |||||
Doğum tarixi | e. ə. XXV əsr | ||||
Vəfat tarixi | e. ə. XXV əsr | ||||
Dəfn yeri | Abusir, mastaba AC 30 | ||||
Fəaliyyəti | siyasətçi | ||||
Həyat yoldaşı | Neferefra? | ||||
Uşağı | Menkauhor?[1] | ||||
Ailəsi | Beşinci sülalə | ||||
Dini | Qədim Misir dini |
4 yanvar 2015-ci ildə Misir hökuməti çex arxeoloqlar tərəfindən onun sərdabəsinin aşkar edilməsini elan etdi.[1] Misirin Qədim Əsərlər Naziri Məmduh Eldamatiyə görə sərdabənin aşkar edilməsinə qədər III Xentakavesin müvcudluğu bilinmirdi. Bundan əvvəl eyni ada sahib iki kraliça təyin edilmişdi.[1][4]
Sərdabəsi
III Xentakavesin sərdabəsi (AC 30 olaraq işarə edilib[2]) Neferefranın da daxil olduğu Beşinci sülalənin fironlarına həsr olunmuş bir çox piramidaların daxil olduğu yerdə - Abusirdə tapılıb.[4] Sərdabə Neferefranın məzar kompleksinin yaxınlığında Praqanın Çarlz Universitetindən Miroslav Bartanın rəhbərlik etdiyi çex arxeoloqları tərəfindən misirlilərlə əməkdaşlıq edilərək tapılıb.
Xentakavesin adı və titulu böyük ehtimalla sərdabəni tikənlər tərəfindən sərdabənin daxili divarlarında qeyd edilib.[4] Onun dəfn yeri mastabadır. Çünki aradakı şaquli sütundan keçməklə yerın altındakı dəfn otağına keçmək mümkündür.[5] Buradakı işarələr onu həm "hökmdarın arvadı", həm də "hökmdarın anası" olaraq göstərir və bu da onun oğlunun taxta çıxdığına dəlalət edir.[3] 4 mis əşya ilə yanaşı heykəlciklər və 24 əhəngdaşından olan əşyalar da (dəfndə istifadə edilən əşyaların bir hissəsi) sərdabədə tapılıb.[3] Sərdabə Beşinci Sülalənin dövrünün ortalarına aid edilir.[4]
Sərdabəni aşkar edən arxeoloqlar sərdabənin Neferefranın kompleksinə yaxın yerdə - onun cənub-şərqindəki qəbiristanlıqda olmasına əsaslanaraq onun Neferefranın arvadı olduğuna inanırlar.[6][7] Eldamati qeyd edib: "Bu kəşf bizə Dördüncü Sülalə ilə birlikdə ilk piramidlərin qurulmasına şahidlik edən Beşinci Sülalənin bəzi bilinməyən cəhətlərinə işıq tutulmasında kömək edəcək."[8]
İstinadlar
- "Tomb of previously unknown pharaonic queen found in Egypt". The Express Tribune. 4 January 2015. 7 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 January 2015. (#apostrophe_markup)
- "Czech expedition discovers the tomb of an ancient Egyptian unknown queen". Charles University. January 2015. 2020-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-23.
- "Tomb find reveals existence of new Egyptian queen". Fox News. 4 January 2015. 5 January 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 January 2015.
- "Tomb of Fifth Dynasty queen found in Egypt". ABC Online. 4 January 2015. 11 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 January 2015.
- "4500 years old tomb of unknown Ancient Egyptian Queen discovered". Luxor Times. 9 January 2015. 21 April 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 January 2015.
- "Tomb of ancient Egyptian queen uncovered by archaeologists". The Independent. 5 January 2015. 6 January 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 January 2015.
- "4500 years old tomb of unknown Ancient Egyptian Queen discovered". Luxor Times. 4 January 2015. 21 April 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 January 2015.
- "BBC News - Queen Khentakawess III's tomb found in Egypt". BBC News. 4 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 January 2015.