III Səadət Gəray

III Səadət Gəray (16451695, Rodos) — XXVIII Krım xanı.[1]

III Səadət Gəray
6 mart 1691 dekabr 1691
ƏvvəlkiI Səlim Gəray
SonrakıSəfa Gəray
Şəxsi məlumatlar
Doğum tarixi 1645
Vəfat tarixi 1695
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti suveren[d]
Ailəsi Gəraylar
Dini sünnilik

Krım xanı I Səlamət Gərayın nəvəsi, kalqay Krım Gərayın (ö. 1651) oğludur. Atasının döyüş meydanında həlak olmasının ardından qardaşlarıyla birlikdə əmisi III İslam Gərayın himayəsinə alındı. Əmisi oğlu Murad Gərayın səltənətində nurəddin ünvanı alan Səadət Gəray, I Səlim Gərayın vəzifədən istehfa etməsinin ardından Krım xanlığına gətirildi (6 mart 1691). Səlim Gərayın oğlu Dövləti kalqay, öz qardaşı Fatehi isə nurəddin təyin etdi.

Vəzifəyə təyin olunduqdan sonra hələ İstanbulda ikən Avstriya cəbhəsinə yollanmaq üzrə bir ordu toplaması əmr olundu. Qara dənizin qərb sahili boyunca hərəkət edən Səadət Gəray bölgədəki noqay birliklərini toplayaraq yerli özünü müdafiə dəstələri yaratdı. Krıma az sayda birlik göndərərək oradakı əmin-amanlığı təmin edən Səadət Gəray ona qarşı çıxan yerli əsilzadələri özünə tabe etdi. İndiki Rumıniya bölgəsində ikən yerli xalqa zülm edən quldur dəstələrini cəzalandırdı. Ancaq olduqca uzun çəkən döyüş hazırlığı səbəbilə cəbhəyə gecikdi və Krım tatarlarının dəstəyini almayan Osmanlı ordusu cəbhədə məğlub oldu. Bu məğlubiyyətin təqsirkarı olaraq görülən Səadət Gəray vəzifədən alındı və Krıma getmədən birbaşa İstanbula qayıtdı (dekabr 1691). Burada haqqında sürgün qərarı verildi və Rodos adasına sürgün olundu. Burada 1695-ci ildə vəfat etdi.

Mənbə

  • Oleksa Gaivoronsky «Повелители двух материков», Kiev-Bakhchisarai, 2007, ISBN 978-966-96917-1-2

İstinadlar

  1. Henry Hoyle Howorth, History of the Mongols, 1880, part 2, p 479
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.