III Qazi Gəray
III Qazi Gəray (1673 – 1709) — Krım xanı.[1]
III Qazi Gəray | |
---|---|
14 dekabr 1704 – 1707 | |
Əvvəlki | I Səlim Gəray |
Sonrakı | I Qaplan Gəray |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1673 |
Vəfat tarixi | 1709 |
Vəfat səbəbi | taun |
Dəfn yeri | |
Fəaliyyəti | suveren[d] |
Atası | I Səlim Gəray |
Ailəsi | Gəraylar |
Dini | sünnilik |
Krım xanı I Səlim Gərayın oğludur. 1674-cü ildə anadan olmuşdur. 1699-cu ildə taxtın ikinci varisi elan edilərək nurəddin ünvanı aldı. Çərkəz bölgəsinin idarəsinə təyin edilsə də, buna qarşı çıxdı. Noqaylarla ittifaq quraraq qardaşına qarşı ayaqlansa da, məğlub oldu və bağışlandı. Rumelidə yaşamasına icazə verilsə də, Ədirnəyə çağırıldı və Osmanlı sultanı II Mustafa tərəfindən həbs olundu. 18 günlük həbsin ardından Rodos aadasına sürgün edildi.
Atasının dördüncü xanlığı dönəmində taxtın birinci varisi elan edilərək kalqay ünvanı aldı. Atasının vəfatının ardından 1704-cü ildə Krım xanlığına gətirildi. Böyük qardaşı Qaplan Gəray birinci (kalqay), digər qardaşı Məngli Gəray isə ikinci (nurəddin) varis təyin edildi. Osmanlı-Rusiya münasibətlərinin normal olduğu illərdə hakimiyyətdə olan III Qazi Gəray İstanbuldan icazə almadan Rusiya və tabeliyindəki bəzi bölgələrə hücumlar tərtibləməyə başladı. Rusların İstanbula elçi göndərərək xanı şikayət etməsinin ardından III Qazi Gəray 1707-ci ildə vəzifədən alındı və Rumelində yaşamasına icazə verildi. Yerinə isə qardaşı Qaplan Gəray xan elan olundu.
Cəmi bir il sonra 1708-ci ilin iyulunda 36 yaşında vəbadan vəfat etdi. Cənazəsi Yanbolu məscidinin həyətinə dəfn edildi. Abid və Əzəmət adlı 2 oğlu olduğu bilinir.
Mənbə
- Henry Hoyle Howorth, History of the Mongols, 1880, Part 2, page 565
- Desaive Dilek, « Le khanat de Crimée dans les archives ottomanes », dans Cahiers du monde russe et soviétique, 1972, cilt 13, n° 13-4, s. 560-583
İstinadlar
- İnalcık, Halil (1996). "GAZİ GİRAY III". TDV Encyclopedia of Islam, Vol. 13 (Fikih – Gelenek) (in Turkish). Istanbul: Turkiye Diyanet Foundation, Centre for Islamic Studies. p. 453. ISBN 978-975-389-440-1