III Mustafa
III. Mustafa (Divan ədəbiyyatındakı adıyla Cahangir; 28 yanvar 1717[1][2][…], Konstantinopol – 21 yanvar 1774[1][3], Konstantinopol), 26. Osmanlı padşahı və 105. İslam xəlifəsi.
III Mustafa | |
---|---|
![]() | |
31 oktyabr 1757 – 21 yanvar 1774 | |
Əvvəlki | III Osman |
Sonrakı | I Əbdülhəmid |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 yanvar 1717[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 21 yanvar 1774[1][3] (56 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | rəhbər[d] |
Atası | III Əhməd |
Anası | Əminə Mehrişah Sultan |
Həyat yoldaşları | |
Uşaqları | |
Ailəsi | Osmanlı sülaləsi |
Dini | islam |
|
|
![]() |
|
![]() |
Atası Sultan III. Əhməd, anası Əminə Mihr-î-şâh Sultandır. Atasının 1730'da taxtdan çəkilməsindən sonra 27 il qəfəs həyatı yaşamışdır. Əmisinin oğlu III. Osmanın ölümü üzərinə 1757'də taxta keçmişdir.
Səltənəti
Başa keçdikdən sonra sədrəzəm Qoca Raqif Paşanı vəzifədə saxladı. Maliyyə vəziyyətini düzəltmək üçün sarayın xərclərini azaltdı və sui-istifadələrin üstünə getdi ancaq müvəffəqiyyətli ola bilmədi. Orduda artilleriya sinifini düzəltmək üçün Baron de Tott'a "Sürət topçuları" adında hərbi bir birlik qurdurdu. Rusların 1770'də Çeşmə'də Osmanlı donanmasını yandırmaları üzərinə yeni bir donanma hazırlanmasına çalışdı. Bu donanmanın əsgərlərini yetişdirmək üzrə 1773-cü ildə Mühəndisxaney-i Bahr-i Hümayunu qurdurdu. Laləli məscidini tikdirdi. Bundan başqa zəlzələdə yıxılan Fateh məscidini yenidən tikdirdi.
Səltənətinin son dönəminə 1768–1774 Osmanlı-Rus müharibəsi hakim oldu. III. Mustafa ordusunun zəifliyini bilməklə birlikdə II. Yekaterina dövründə Rusiyanın Lehistana etdiyi müdaxilələr ucbatından Rusiyaya qarşı müharibə elan etdi. Döyüş əsnasında Baltik dənizindən yola çıxan Rus Donanması Çeşmə'də Osmanlı donanmasını yandırdı. III. Mustafa savaşı bitirmək üçün cəhdlər etdi ancaq müvəffəqiyyətli ola bilmədi. Savaş davam edərkən öldü. Laləlidə öz tikdirdiyi Laləli Külliyyəsinin içindəki III. Mustafa türbəsində yatmaqdadır.
Ailəsi
Hərəmxanası
- Aynülhəyat Sultan (d. 1726 - ö. 21 iyul 1764) — Məzarı Sultan Mustafa türbəsindədir.
- Fatma Fəhimə Sultan (ö. 1761) — doğum əsnasında vəfat etmişdir.
- Mihrişah Sultan
- Rüfət Qadınəfəndi (d. 1744 - ö. yanvar 1804)
- Ayşə Adilşah Sultan
- Mihrişah Sultan (ö. 1799) — Məzarı qızı Şah Sultanın türbəsindədir.
- Binnaz Qadınəfəndi (ö. may 1823)
Oğlan uşaqları
- III Səlim
- Şahzadə Mehmed (d. 10 yanvar 1767 - ö. 12 oktyabr 1772) — Mihrişah Sultandan doğulub. Məzarı Sultan Mustafa türbəsindədir.
Qız uşaqları
- Hibətullah Sultan (d. 14 mart 1759 - ö. 7 iyun 1762) — Mihrişah Sultandan doğulub. Məzarı Sultan Mustafa türbəsindədir.
- Şah Sultan (d. 1761 - ö. aprel 1761) — Rüfət Qadınəfəndidən doğulub.
- Şah Sultan
- Mihrimah Sultan (d. 5 fevral 1762 - ö. 6 oktyabr 1762) — Aynülhəyat Sultandan doğulub. Məzarı Sultan Mustafa türbəsindədir.
- Mihrişah Sultan (d. 9 yanvar 1763 - ö. 21 fevral 1769) — Məzarı Sultan Mustafa türbəsindədir.
- Hatəm Sultan (d. 1764 - ö. mart 1769)
- Beyhan Sultan
- Xədicə Sultan
- Fatma Sultan (d. 9 yanvar 1770 - ö. 26 may 1772) — Mihrişah Sultandan doğulub. Məzarı Sultan Mustafa türbəsindədir
- Reyhan Sultan
Mənbə
- Uzunçarşılı, İsmail Hakkı (2003). Osmanlı Tarihi III. Cilt 1. Kısım: II. Selim'in Tahta Çıkışından 1699 Karlofça Andlaşmasına Kadar. Ankara: Türk Tarih Kurumu Yayınları. ISBN 975-16-0013-8.
- Sakaoğlu, Necdet (1999). Bu Mülkün Sultanları. İstanbul: Oğlak Yayınları. ISBN 875-329-299-6. say.357–373
- Kinross, Lord (1977). The Ottoman Centuries. İstanbul: Sander Kitabevi. ISBN 0-224-01379-8.(İngilizce)
- Shaw, Stanford (1976). History of the Ottoman Empire and Modern Turkey. Vol.1 Empire of the Gazis: the Rise and Decline of the Ottoman Empire 1280–1808. Cambridge: Cambridge University Press. ISBN 0-521-29163-1. say.246–250 (İngilizce)
Xarici keçidlər
III Mustafa Doğum: 28 yanvar 1717 Vəfat: 21 yanvar 1774 | ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri III Osman |
![]() Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı 31 oktyabr 1757-21 yanvar 1774 |
Xələfləri I Əbdülhəmid |
Sünni İslam titulları | ||
Sələfləri III Osman |
![]() İslam Xəlifəsi (خلافة إسلامية) |
Xələfləri I Əbdülhəmid |
- Mustafa III // Encyclopædia Britannica (ing.).
- Sultan (seit 1757) Mustafa // Brockhauz Ensiklopediyası (alm.).
- Mustafà III // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.