III Filip (çar)
Filip Arridey — Makedoniya çarlığının şəriki, II Filipin oğlu, Makedoniyalı İsgəndərin böyük ögey qardaşı.[1]
Filip Arridey (Makedoniya basilevsi, Korinf ittifaqının hegemonu, İranın şahənşahı, Misir fironu, Asiyanın lordu) | |||||||
---|---|---|---|---|---|---|---|
yun. Φίλιππος Γ΄ ὁ Ἀρριδαῖος | |||||||
| |||||||
e.ə. 323 – e.ə. 317 | |||||||
Əvvəlki | Makedoniyalı İsgəndər | ||||||
Sonrakı | IV İsgəndər | ||||||
Şəxsi məlumatlar | |||||||
Doğum tarixi | |||||||
Vəfat tarixi | |||||||
Vəfat yeri | |||||||
Fəaliyyəti | siyasətçi | ||||||
Atası | Makedoniyalı II Filip | ||||||
Anası | Larissalı Filinna | ||||||
Həyat yoldaşı | Evridika | ||||||
Dini | Qədim Yunanıstan dini | ||||||
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Əsl adı Arrideydir. Makedoniyalı İsgəndər ilə eyni ildə doğulmuş, lakin fərqli anaları olmuşdur. İlk dövrlərinə aid məlumat yoxdur. Qardaşının ölümü zamanı Babildə idi. Perdikkas İsgəndərin oğlunun doğumunu gözləməyi təklif edərkən digər sərkərdə Meleaqr hakimiyyətə Arrideyin gəlməsini dəstəkləyirdi. Meleaqr öldürülsə də uzlaşma olaraq Arridey, III Filip adı ilə şərik hökmdar elan olundu.
Hakimiyyəti
Arrideyin şərik-hökmdar olması xəbərini eşidən bacısı Kinana öz qızı Evridikanı ona vermək üçün Babilə tələsdi. Perdikkas bunun olmasına icazə verə bilməzdi, bunun üçün də öz qardaşı Alkedası Kinananı öldürmək üçün göndərdi. Lakin bu qətl orduda narahatlıq yaratdı və Perdikkas bu evliliyə icazə verməli oldu. Antipaterin qəyyum seçilməsindən sonra yeni çar Makedoniyaya qayıtmalı oldu. Filip bundan sonra həyat yoldaşının təsiri ilə qərar verməyə başladı.
Daxili münaqişələr
Antipaterin oğlu Kassandr və Poliperxon arasındakı münaqişədə əvvəlcə birinci, daha sonra sonuncunun tərəfini tutan Evridika Makedoniyalı İsgəndərin anası tərəfindən həbs olundular. E.ə. 317-ci ilin 25 dekabrında Filip ögey anası Olimpiada tərəfindən edam olundu.
İstinadlar
- "Filip Arridey - Livius". 2022-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-12.