III Bakar
III Bakar (7 aprel 1699 – 1 fevral 1750, Moskva) — Kartli çarı. VI Vaxtanqın oğlu. 1716–1719-cu illər arası atasının yerinə hökmdarlıq etmişdi. 1717-ci ildə Şah Sultan Hüseyn Səfəvi tərəfindən ona tac və qılınc göndərilmişdi. Həmin il müsəlman olaraq Şahnəvaz adını aldı və Azərbaycan general-qubernatorluğuna gətirildi. Osmanlı ordusunun işğalından sonra 1724-cü ilin iyulunda Rusiyaya köçmüşdü. 1743-cü ildə Moskvada gürcü dilində İncil çap etdirmişdi. Bakar Vaxtanqoviç Qruzinski kimi də tanınırdı. 1750-ci ildə Moskvada vəfat etdi.
III Bakar Şahnəvaz | |
---|---|
ბაქარი III | |
Kartli qəyyumu | |
1716 – 1719 | |
Monarx | VI Vaxtanq |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | (50 yaşında) |
Vəfat yeri | Moskva, Rusiya |
Fəaliyyəti | diplomat |
Atası | VI Vaxtanq |
Anası | Rusudan |
Həyat yoldaşı | Anna Eristavi |
Dini | şərqi ortodoks xristianlıq |
Hərbi xidmət | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Rütbəsi | general-leytenant |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
5 övladı vardı:
- Aleksandr Qruzinski (1726–1791)
- Dimitri (1727–1745)
- Stefan (1729–1744)
- Leon (1739–1763)
- Elizabet (1712–1786)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.