ICESCO
ICESCO (ing.) — IslamiC World Educational, Scientific and Cultural Organization — İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı) — İslam Əməkdaşlığı Təşkilatı nəzdində İslam ölkələri üzrə təhsil, elm və mədəniyyət məsələləri ilə məşğul olan, üzv ölklələri arasında əlaqələrinin daha da möhkəm olmasına xidmət edən xüsusi təşkilatdır. Təşkilatın Baş direktoru Dr. Salim bin Məhəmməd Əl-Malikdir.
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı ICESCO | |
---|---|
ing. ICESCO - Islamic World Educational, Scientific and Cultural Organization ərəb. منظمة العالم الإسلامي للتربية والعلوم والثقافة | |
Yaranma tarixi | may 1979 |
Mərkəzi | |
Baş direktoru | Salim bin Məhəmməd Əl-Malik |
icesco.org/en/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan dövləti ICESCO ilə yaxından əməkdaşlıq edir və dünyada mədəniyyət abidələrinin qorunması prinsipini dəstəkləyir.
Ə.Səid: "Bakı şəhərinin 2009-cu il üçün İslamın paytaxtı elan olunması Azərbaycanın dinamik inkişafının təzahürüdür.
Tarixi
25–28 yanvar 1981-ci il tarixdə Səudiyyə Ərəbistanı Krallığının Məkkeyi-Mükərrəmə şəhərində keçirilən Üçüncü İslam Zirvəsi Konfransında İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində dünyadakı İslam qurumlarının birgə fəaliyyəti məqsədilə "İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı" adlı yeni beynəlxalq İslam təşkilatının təsis edilməsi qərara alındı.
29–30 yanvar 2020-ci il tarixlərində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində baş tutan qırxıncı iclasında təşkilatın İcra Şurası 30 yanvar 2020-ci il tarixində təşkilatın adını dəyişərək "İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı" kimi təsdiqlədi.
ICESCO-nun Baş direktoru Dr. Salim bin Məhəmməd Əl-Malik təşkilatın adının dəyişdirilməsinin qeyri-təbliği vəzifələrinin təbiəti ilə bağlı yayılmış qarışıqlığı aradan qaldırması və beynəlxalq səviyyədə iştirakı üçün daha geniş üfüqlər açmağı hədəflədiyini, yeni adın təşkilatın təhsil, elm, mədəniyyət və ünsiyyətdəki fəaliyyət sahələrində təbliğ etdiyi mədəni missiyanın təbiətini və reallaşdırmağa çalışdığı məqsəd və hədəflərini dəqiq şəkildə ifadə etməsini söylədi.
Hədəfləri
- Üzv dövlətlər arasında təhsil, elm, mədəniyyət və rabitə sahələrində əməkdaşlığın gücləndirilməsi, təşviqi və dərinləşdirilməsi, İslam dünyasının mədəni istinadgahları çərçivəsində, İslami bəşəri dəyərlər və örnəklər işığında bu sahələrin təşviqi və inkişafı;
- Üzv ölkələr və onun xaricindəki xalqlar arasında anlaşmanın gücləndirilməsi, müxtəlif vasitələrlə, xüsusilə təhsil, elm və mədəniyyət vasitəsilə dünyada sülhün və təhlükəsizliyin bərqərar edilməsinə töhfə vermək;
- İslamın və İslam mədəniyyətinin düzgün simasını təqdim etmək, sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında dialoqu təşviq etmək, ədalət və sülh mədəniyyəti dəyərlərini, azadlıq və insan hüquqları prinsiplərini İslam mədəniyyəti perspektivinə uyğun yayılmasına səy göstərmək;
- Mədəni şəxsiyyəti və intellektual müstəqilliyi qorumaqla üzv dövlətlərdə mədəni qarşılıqlı əlaqələri təşviq etmək və müxtəlifliyinin təzahürlərini dəstəkləmək;
- İslam Əməkdaşlıq Təşkilatının təhsil, elm, mədəniyyət və rabitə sahəsindəki ixtisaslaşmış qurumları ilə ICESCO-ya üzv dövlətlər arasında inteqrasiya və koordinasiyanı gücləndirmək, üzv dövlətlərin daxilində və xaricində ortaq maraqlara bənzər dövlət və qeyri-hökumət qurumları ilə əməkdaşlıq və tərəfdaşlığı gücləndirmək;
- İslam mədəniyyətinə diqqət göstərmək, intellektual və elmi tədqiqatlarda, tədris proqramlarında onun xüsusiyyətlərini və özəlliklərini açıb göstərmək;
- Üzv dövlətlərdə təhsil sistemləri arasında inteqrasiya və qarşılıqlı əlaqələr üzərində işlər görmək;
- ICESCO-ya üzv olmayan ölkələrdəki müsəlmanlar üçün təhsil, elm və mədəniyyət müəssisələrinin fəaliyyətinə dəstək olmaq.
Nizamnaməsi
ICESCO-nun ilkin nizamnaməsi 1982-ci ildə Mərakeşin Fəs şəhərində keçirilən təsis konfransı tərəfindən təsdiqlənmişdir. 1986-cı ildə Rabat şəhərində keçirilən fövqəladə baş konfrans tərəfindən, 1991-ci ildə Rabat şəhərində keçirilən dördüncü baş konfrans tərəfindən, 1994-cü ildə Dəməşq şəhərində keçirilən beşinci baş konfrans tərəfindən, 1997-ci ildə Ər-Riyad şəhərində keçirilən altıncı baş konfrans tərəfindən, habelə, 2006-cı ildə Rabat şəhərində ICESCO-nun daimi qərargahında keçirilən doqquzuncu baş konfrans tərəfindən, 2009-cu ildə Tunis şəhərində keçirilən onuncu baş konfrans tərəfindən, 2012-ci ildə Ər-Riyad şəhərində keçirilən on birinci baş konfrans tərəfindən, 2015-ci ildə Bakı şəhərində keçirilən on ikinci baş konfrans tərəfindən, 2018-ci ildə Rabat şəhərində keçirilən on üçüncü baş konfrans tərəfindən və 2020-ci ildə Əbu Dabi şəhərində qırxıncı sessiyasını keçirilən İcraiyyə Şurasının tərəfindən dəyişikliklər edilmişdir.
Baş direktorları
- Dr. Salim bin Məhəmməd Əl-Malik - May, 2019 - hal-hazıradək;
- Dr. Əbdüləziz bin Osman Ət-Tüveycri - Noyabr, 1991 - May, 2019;
- Dr. Əbdülhadi Butalib - May, 1982 - Noyabr, 1991.
ICESCO-ya üzv olan dövlətlər
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının Nizamnaməsində bildirilir ki, İslam Əməkdaşlıq Təşkilatına üzv olan hər bir dövlət ICESCO-ya üzv olmaq üçün nizamnaməni rəsmi olaraq imzaladıqdan, üzv olma qərarı üçün qanuni prosedurları tamamladıqdan və bu barədə onun Baş İdarəsinə yazılı xəbərdarlıq etdikdən sonra ICESCO-ya üzv olur. İslam Əməkdaşlığı Təşkilatında üzv və müşahidəçi olmayan digər dövlətlərin ICESCO-ya üzv olma hüququ yoxdur. Bu günədək İslam Əməkdaşlıq Təşkilatına üzv olan 57 dövlətdən 54-ü ICESCO-nun üzvüdür. Aşağıdakı cədvəldə həmin dövlətlər əlifba sırası və üzv olma tarixləri ilə göstərilir:
№ | Ölkə | Rəsmi adı | Üzv olma tarixi |
---|---|---|---|
1 | Azərbaycan | Azərbaycan Respublikası | 1991 |
2 | BƏƏ | Birləşmiş Ərəb Əmirlikləri | 1983 |
3 | Banqladeş | Banqladeş Xalq Respublikası | 1982 |
4 | Bəhreyn | Bəhreyn Krallığı | 1982 |
5 | Cibuti | Cibuti Respublikası | 1982 |
6 | Çad | Çad Respublikası | 1982 |
7 | Benin | Benin Respublikası | 1988 |
8 | Bruney | Bruney Sülh Dövləti | 1985 |
9 | Burkina-Faso | Burkina-Faso | 1982 |
10 | Əlcəzair | Əlcəzair Xalq Demokratik Respublikası | 2000 |
11 | Əfqanıstan | Əfqanıstan İslam Respublikası | 2003 |
12 | İordaniya | İordaniya Haşimilər Krallığı | 1982 |
13 | Fələstin Dövləti | Fələstin Dövləti | 1982 |
14 | İraq | İraq Respublikası | 1982 |
15 | İran | İran İslam Respublikası | 1992 |
16 | İndoneziya | İndoneziya Respublikası | 1986 |
17 | Kamerun | Kamerun Respublikası | 2001 |
18 | Komor adaları | Komor Adaları İttifaqı | 1982 |
19 | Kot-d'İvuar | Fil Dişi Sahili Respublikası | 2001 |
20 | Küveyt | Küveyt Dövləti | 1982 |
21 | Qabon | Qabon Respublikası | 1982 |
22 | Qambiya | Qambiya Respublikası | 1982 |
23 | Qayana | Qayana Kooperativ Respublikası | 2014 |
24 | Qazaxıstan | Qazaxıstan Respublikası | 1996 |
25 | Qətər | Qətər Dövləti | 1982 |
26 | Qırğızıstan | Qırğızıstan Respublikası | 1996 |
27 | Qvineya | Qvineya Respbulikası | 1982 |
28 | Qvineya-Bisau | Qvineya-Bisau Respublikası | 1984 |
29 | Özbəkistan | Özbəkistan Respublikası | 2017 |
30 | Livan | Livan Respublikası | 2002 |
31 | Liviya | Liviya Dövləti | 1984 |
32 | Malayziya | Malayziya | 1982 |
33 | Maldiv adaları | Maldiv Respublikası | 1982 |
34 | Mali | Mali Respublikası | 1982 |
35 | Mavritaniya | Mavritaniya İslam Respublikası | 1982 |
36 | Mərakeş | Mərakeş Krallığı | 1982 |
37 | Misir | Misir Ərəb Respublikası | 1984 |
38 | Niger | Niger Respublikası | 1982 |
39 | Nigeriya | Nigeriya Federativ Respublikası | 2001 |
40 | Oman | Oman Səltənəti | 1982 |
41 | Pakistan | Pakistan İslam Respublikası | 1982 |
42 | Səudiyyə Ərəbistanı | Səudiyyə Ərəbistanı Krallığı | 1982 |
43 | Seneqal | Seneqal Respublikası | 1982 |
44 | Sudan | Sudan Respublikası | 1982 |
45 | Somali | Somali Federativ Respublikası | 1982 |
46 | Surinam | Surinam Respublikası | 1996 |
47 | Suriya | Suriya Ərəb Respublikası | 1982 |
48 | Syerra-Leone | Syerra-Leone Respublikası | 1984 |
49 | Tacikistan | Tacikistan Respublikası | 1993 |
50 | Toqo | Toqo Respublikası | 2002 |
51 | Türkiyə | Türkiyə Respublikası | 2017 |
52 | Tunis | Tunis Respublikası | 1982 |
53 | Uqanda | Uqanda Respublikası | 2012 |
54 | Yəmən | Yəmən Respublikası | 1983 |
Həmçinin bax
Xarici keçidlər
- Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlıq haqqında Protokol imzalanmışdır
- ICESCO-nun qərargahında mədəniyyəti günləri kecir
- ƏHMƏD SƏİD: "ICESCO AVROPADA TƏKCƏ AZƏRBAYCAN DÖVLƏTİNİN PAYTAXT ŞƏHƏRİ OLAN BAKINI İSLAMIN PAYTAXTI ADLANDIRIR