IBM PC
IBM PC – IBM firması tərəfindən istehsal olunmuş ilk fərdi kompüter.
IBM PC | |
---|---|
İstehsalçı | IBM |
Növü | IBM-compatible computer[d] |
Buraxılış tarixi | 12 avqust 1981 |
Vikianbarda əlaqəli mediafayllar |
70-ci illərin əvvəllərinədək hesablama maşınları çox məhdud mütəxəssis dairəsinə məlum idi. Onların tətbiq sahələri olduqca dar və geniş kütlənin nəzərindən demək olar ki, gizli idi və onun üçün o qədər də maraqlı deyildi. Ancaq, 1971-ci ildə mikroelektronikanın nailiyyətləri ilə bağlı elə bir hadisə baş verdi ki, bu, vəziyyəti kəskin dəyişdi və elektron hesablama maşınını birdən-birə milyonlarla insanın gündəlik iş alətinə çevirdi. Bu, əsasını inteqral sxemlər təşkil edən mikroelektron element bazasının istehsalatda geniş tətbiq olunmağa başlanması idi. Bunun nəticəsi idi ki, 1971-ci ildə kiçik bir Amerika şəhəri olan Santa-Klarada (Kaliforniya ştatı) yerləşən Intel firması tərəfindən adı "mikroprosessor" olan yeni yarımkeçirici cihaz yaradıldı. 1971-ci ilin 15 noyabrda dünyada ilk dəfə olaraq Intel özünün i4004 mikroprosessorunun kütləvi istehsalına başladı. Beləliklə tamamilə yeni yarımkeçirici qurğu olan mikroprosessorların inkişafının əsası qoyuldu…
Nəhayət, 1978-ci ildə Intel 16 bitli i8086 mikroprosessornu işlənib hazırladı. Məhz bu mikroprosessor üzərində qurulmuş fərdi kompüterlər IBM PC adlandırıldı. "IBM PC"- IBM şirkətinin əmtəə nişanıdır və onu "fərdi kompüter" kimi tərcünə etmək olmaz.
Özəllikləri
- Mərkəzi prosessor- i8086
- Bit sayı- 16
- Takt tezliyi- 5 MHs
- maksimal operativ yaddaş- 1 MB
- Əməliyyat sistemi- DOS
- İnformasiya daşıyıcıları- Sərt disk və elastik disk qurğuları
IBM PC 5150
1981-ci il avqust ayının 12-də amerika şirkəti International Business Machines (IBM) öz fərdi kompüterini – IBM PC 5150 modelini təqdim edib. Xarici görünüşə görə bu cihaz süd rəngli adi plastik "qutu"ya oxşayırdı: maqnit disketləri üçün yuvaları olan düzbucaqlı sistem bloku gözəl dizayn ilə lovğalana bilmirdi. IBM mühəndislərinin "uşağı" hətta birinci fərdi kompüter deyildi: Apple, Atari, Commodore şirkətləri artıq onun mikrokompüterlər adlandırılan sələflərini yaratmışdılar. Lakin məhz 5150 modeli ilə fərdi kompüter sənayesində inqilab başlanıb.[1]
Həmçinin bax
- IBM XT, IBM AT 286, IBM AT 386, IBM AT 486
Mənbə
- M. A. Camalbəyov, R. Ə. Fərəməzov. IBM PC tipli kompüterlərin arxitekturası, sistem proqram təminatı və əməliyyat sistemləri. Bakı, H. Əliyev adına AAHM, 2009. – 307 səh.
Istinadlar
- "Complesson.info – İlk IBM fərdi kompüteri". 2011-11-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-18.