IAI Heron
IAI Heron (Machatz-1) — İsrailin Israel Aerospace Industries (IAI) şirkəti tərəfindən istehsal olunan orta yüksəklikdə uzun müddət uçuş həyata keçirmək imkanlarına sahib olan pilotsuz uçuş aparatı. Bu PUA yer səthindən 10 km-dən artıq yüksəklikdə 52 saatdan çox müddət ərzində əməliyyat uçuşu yerinə yetirir. 52 saat davamlı uçuş imkanları mövcud olsa da, əlavə vasitələrlə yüklənmə və uçuş profilindən asılı olaraq maksimal effektiv uçuş müddəti nisbətən aşağı ola bilir. PUA-nın daha da inkişaf etdirilmiş variantı olan Heron TP bəzi mənbələrdə IAI Eitan adı ilə də tanınır.
Heron | |
---|---|
Tipi | Pilotsuz uçuş aparatı |
İstehsalçı | Israel Aerospace Industries |
İlk uçuş | 1994 |
Status | Aktiv, istehsalı davam edir |
İstismarçılar |
İsrail Hərbi Hava Qüvvələri Azərbaycan Hərbi Hava Qüvvələri Türkiyə Hərbi Hava Qüvvələri Hindistan Hərbi Hava Qüvvələri Braziliya Federal Polisi |
Vahidinin qiyməti | 10 milyon ABŞ dolları[1] |
Vikianbarda əlaqəli mediafayllar |
11 sentyabr 2005-ci ildə İsrail Müdafiə Qüvvələrinin 50 milyon ABŞ dolları dəyərində Heron sistemləri aldığı barədə açıqlama verilmişdir.[2]
Əməliyyat tarixçəsi
2008-2009-cu illərdə baş vermiş Qəzzə müharibəsi ərzində İsrail Müdafiə Qüvvələri Heron PUA-larından aktiv şəkildə istifadə etmişdir. Döyüş əməliyyatları ərzində hər bir briqadanı yaxın hava dəstəyi ilə təmin etmək vəzifəsi üçün bir Heron müəyyən edilmişdi. Bu müharibədə İsrail ilk dəfə olaraq pilotsuz uçuş aparatları, helikopterlər və döyüş təyyarələrini quru qoşunlarına asılı olmadan birbaşa şəkildə İsrail Hərbi Hava Qüvvələrinin komanda məntəqəsinin verdiyi qərarlara uyğun olaraq idarə etmişdir. Hava nəzarəti Heron və Hermes 450 pilotsuz uçuş aparatları, həmçinin Apaçi helikopterləri ilə təmin olunurdu. Hərbi hava qüvvələri və quru qoşunları arasındakı koordinasiya ilə birlikdə İsrailin quru qoşunları ölkənin təhlükəsizlik xidməti olan Şin Betin ön xəttə ezam olunmuş nümayəndələri ilə daim əlaqədə fəaliyyət göstərirdi. Bu cür xidmətlərarası koordinasiya taktiki üstünlüyü artırmağa və kritik hədəflərə vaxtında zərbə endirməyə imkan verirdi.[3]
Sinqapur, Hindistan və Almaniya da daxil olmaqla bəzi dövlətlər Heron PUA-larından istifadə edir.[4] Fransa isə Heronun törəmələri hesab edilən "Qartal" və ya "Harfang" adlı sistemlərdən istifadə edir.[5] 2008-ci ildə Kanada Heron pilotsuz uçuş aparatını Əfqanıstanda istifadə etmək məqsədilə icarəyə almaq planının olduğunu açıqlamışdır.[6] 2009-cu ilin ortalarında Avstraliya bir neçə milyon dollarlıq müqavilə qarşılığında iki ədəd Heron icarəyə almış və Əfqanıstandakı hərbi əməliyyatlarda istifadə etmişdir.[7] Artıq 2013-cü ilin iyul ayında Heron sistemləri Əfqanıstan üzərində 15000 saatdan çox uçuş həyata keçirmişdi.[8] 2017-ci ilin iyununda Avstraliya Hərbi Hava Qüvvələri Heronların icarə müddətinin başa çatdığını açıqlamışdır.[9]
İstifadəçilər
- Azərbaycan: 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü münasibətilə Bakı şəhərində təşkil olunmuş hərbi parad zamanı nümayiş etdirilmişdir.[10]
- Braziliya: Federal Polis tərəfindən 15 ədəd Heron istifadə olunur.[11]
- Kanada: 2 ədəd[12]
- Ekvador: 2 ədəd[13]
- Almaniya: 2009-cu ildə imzalanmış 110 milyon avro dəyərindəki müqaviləyə əsasən 3 ədəd "Heron 1" icarəyə götürülüb.[14] İyulda imzalanmış yeni müqaviləyə əsasən icarə müddəti 2014-cü ilin oktyabrına qədər uzadılmışdır. Müqavilənin dəyərinin 75 milyon avro olduğu açıqlanmışdır.[15]
- Yunanıstan: 2018-ci ilin fevral ayından etibarən 7 ədəd Heron icarə əsasında istifadə olunur.[16]
- Hindistan: 50 ədəd Heron Hindistan HHQ-nin silahlanmasındadır[17][18]
- İsrail[19]
- Mərakeş: 3 ədəd[20]
- Sinqapur: 2 ədəd[21][22]
- Cənubi Koreya: 3 ədəd[23]
- Türkiyə: 10 ədəd[24][25]
- ABŞ: 2 ədəd[26]
Həmçinin bax
İstinadlar
- "Border Security: Air Team – Final Report" (PDF). Isr.umd.edu. 2012-03-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-11-18.
- "Israel Aerospace Industries Ltd. – Home page". Iai.co.il. 2005-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-18.
- Eshel, David. "New Tactics Yield Solid Victory in Gaza". Aviation Week. 2009-05-11. 2011-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-03.
- "Heron MALE System". Defense-update.com. 2005-09-21. 2009-02-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-18.
- "Eagle MALE System". Defense-update.com. 2006-09-11. 2012-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-18.
- "Canadian military acquiring new helicopters, drones". CBC News. 2008-08-07. 2008-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-28.
- "Capital Circle". Theaustralian.news.com.au. 2009-10-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-18.
- "Heron Logs 15,000 Flight Hours In Afghanistan". 2013-11-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-28.
- "End of an era, as our Heron departs" (Press-reliz). Royal Australian Air Force. 8 avqust 2017. 9 avqust 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2017.
- "Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda təntənəli hərbi parad keçirilib". Azərbaycan Respublikası Müdafiə Nazirliyi. 26 iyun 2018. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyun 2018.
- Meranda, Amnon. "Israel to supply Brazil with drones as part of $350M deal". 2009. 2012-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyun 2018.
- Canadian Owners and Pilots Association Flight 8. "Canadian Forces Briefing on UAVs". June 2009. 2012-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-30.
- Armada del Ecuador – ARMADA PRESENTÓ SU AVIONES NO TRIPULADOS –UAV- Arxivləşdirilib 2010-01-30 at the Wayback Machine (ispanca)
- Бундесвер закупил израильские беспилотники для подразделений в Афганистане Arxivləşdirilib 2016-03-08 at the Wayback Machine // LENTA.RU от 28 октября 2009
- "Германия продлила аренду беспилотников Heron". lenta.ru. 2012-07-17. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-22.
- Bozinovski, Igor. "Greece to lease Heron UAVs from Israel". IHS Jane's 360. Skopje. 7 February 2018. 7 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 February 2018.
- "Defence Industry Daily: Israel sells heron UAVs to India and Australia". Strategypage.com. 2005-11-11. 2013-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-18.
- "Indian Navy commissions first UAV squadron". Us.rediff.com. 2020-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-18.
- "Israel Aerospace Industries Ltd. – Home page". Iai.co.il. 2011-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-18.
- Arxivləşdirilib 2015-07-15 at the Wayback Machine – www.israeldefense.co.il
- "News – Fact Sheet: Heron 1 Unmanned Aerial Vehicle (UAV) (02 Mar 11)". MINDEF. 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-18.
- "Singapore Inaugurates Heron 1 UAV". Flightglobal.com. 2012-05-24. 2012-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-18.
- "Seoul is buying US and Israeli drones". 2014-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-28.
- "СМИ: Турция расторгла контракт на закупку израильских БПЛА". 2014-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-28.
- "Израиль поставил Турции беспилотники, 22.08.2010". 2015-07-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-28.
- "PARIS AIR SHOW: Heron sees frontline El Salvador anti-drugs fight". Flightglobal.com. 2009-06-15. 2010-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-18.