Hyu Cekman
Hyu Maykl Cekman (ing. Hugh Michael Jackman; 12 oktyabr 1968 Sidney) — Avstraliyalı televiziya, kino aktyoru və prodüseri. Cekman böyük filmlərdə oynadığı rolları ilə bütün dünyada məşhurlaşdı. O, oynadığı macəra, superqəhrəman və romantik filmlərdə müxtəlif səpgili rolları canlandırıb. Aktyor ən çox "İks-adamlar" filmində rol aldığı Volverin obrazı ilə tanınır.
Hyu Cekman | |
---|---|
Hugh Jackman | |
![]() | |
Doğum adı | Hugh Michael Jackman |
Doğum tarixi | |
Doğum yeri | Sidney, Yeni Cənubi Uels, Avstraliya |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Deborra-Li Ferness (1996) |
Fəaliyyəti | aktyor, prodüser |
Fəaliyyət illəri | 1994-bu günə qədər |
Mükafatları |
![]() |
IMDb | ID0413168 |
![]() |
|
![]() |
Həyatı
Hyu Cekman 1968-ci ildə Sidneydə anadan olub. Karyerasına teleseriallardan başlayan aktyor "Toni” və "Emmi” kimi nüfuzlu mükafatlara sahibdir. 25 dekabrda dünya kinoteatrlarında nümayiş olunacaq "Səfillər” ekran əsərində baş rollardan birini canlandıran Hyu Cekman obrazı ilə iki nominasiyada "Qızıl Qlobus” mükafatına namizəddir. O, Jan Valjan roluna görə artıq ilk – Amerika kinoaktyorlar gildiyasının mükafatını qazanıb.