Bretşneyder hortenziyası

Bretşneyder hortenziyası (lat. Hydrangea bretschneideri) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü.

Bretşneyder hortenziyası
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superasterids
???:
Bretşneyder hortenziyası
Beynəlxalq elmi adı
  • Hydrangea bretschneideri
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  984481
EOL  2887057

Təbii yayılması

Yabanı halda Çinin şimal əyalətlərində yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 3 m olan koldur. Dağınıq budaqları enli, kürəvi çətir əmələ gətirir. Zoğları tükcüklüdür. Yarpaqları yumurtavari, tünd yaşıl, alt tərəfi tükcüklü, uzunluğu 12 sm-dir. Çiçəkləri əvvəlcə ağ, yayın sonuna yaxın qızarır və çətir çiçək qrupunda toplanır. Çiçək qrupunun diametri 15 sm-ə qədərdir. İyul ayında kütləvi çiçək açır. Meyvələri xırdadır. Zoğları qışda tamamilə oduncaqlaşır. Meyvələri quru qutucuqlardır və sentyabrda yetişir. Toxumlarla və qələmlərlə çoxaldılır.

Ekologiyası

Digər növlərdən fərqli olaraq daha çox şaxtaya və quraqlığa davamlıdır, yarımkölgə mühitini xoşlayır.

Azərbaycanda yayılması

Böyük Qafqazda, Lənkəranda təsadüf edilir.

İstifadəsi

Bu növ kolun yığcam formasına, dekorativ çətirinə, yaxşı zoğ əmələgətirmə qabiliyyətinə və hər il bol çiçəkləməsinə görə qiymətlidir. Çiçək qrupu kəsildikdən və qurudulduqdan sonra qış ərzində quru dəstələr kimi istifadə etmək olar. Qazonların mərkəzində tək və qruplarla əkilməsi üçün daha əlverişlidir.

Ədəbiyyat

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.