Hutular
Hutular — Burundi və Ruandada yaşayan Bantunlar qrupuna mənsub xalq.
Ümumi sayı | |||
---|---|---|---|
11.5 milyon | |||
Yaşadığı ərazilər | |||
|
Ruanda əhalisinin 84 % və Burundi əhalisinin isə 85 %-ni etnik Hutular təşkil edir. Hutuları ayrıca bir etnik qrup kimi sinifləndirmək bir çox mənbələrdə qəbul edilmir. Belə ki, Ruandanın digər bir önəmli xalqı olan Tutsilərlə Hutular arasında dini, irqi və ya fiziki baxımdan heç bir fərqlilik mövcud deyildir. Hutular Ruanda vətəndaş müharibəsi və Ruanda soyqırımı əsnasında aktiv fəaliyyət göstərmişdir. Belçikalıların əraziləri istila etdiyi ilk illərdə Hutularla Tutsilər arasında müəyyən fərqliliklər (xarici görünüş və boy) mövcud olsa da, XX əsrin sonlarına yaxın həmin fərqliliklər zamanla aradan qalxmışdır.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.