Hunzalar

Hunzalar və ya Hunza türkləriPakistanda əslən hun türklərindən[2] olan azsaylı xalq.

Hunza bayrağı
Hunzalar, XIX əsrin axırları[1]
Yaşlı adam, Hunza vadisi, Şimal bölgələri, Pakistan

Ümumi məlumat

Soyları hun türklərindən gələn hunzalar əsasən PakistanHindistanın sərhədində məskunlaşıblar.

Bir çox maraqlı xüsusiyyətləri olan hunzalar elm adamlarının araşdırma mərkəzindədirlər. Belə ki, hunza türklərinin ortalama ömür müddəti 110-120 il arasında dəyişir. Müsəlman olan bu xalq üçün orta yaş dövrü 65 sayılır. Hətta qadınlar 65-70 yaşında belə ana ola bilirlər. Hunza türklərinin digər maraqlı xüsusiyyəti isə onlarda xərçəng xəstəliyinə heç vaxt rast gəlinməməsidir. Bu türklərdə eyni zamanda, indiyə qədər digər xəstəliklər də müşahidə olunmayıb. Buna səbəb kimi onların dənizdən 6 min metr hündürlükdə, bol oksigen olan bir bölgədə məskunlaşmaları göstərilir. Elm adamları hesab edirlər ki, hunzaların buz kimi su içib, öz əkdikləri məhsullardan yemələri onların sağlam qalmasını təmin edir. Hunza türklərinin ət və ədviyyatlı yeməkləri olduqca məşhurdur. Qeyd edək ki, Hunza vadisində yaşayan bu xalq Çinin ərazisində yerləşən Şərqi Türkistanla qonşudur. Özlərini “hunzakut” adlandıran bu türklər buruşo dilində danışdıqları üçün onlara bruşolar da deyilir. Hunza buruşo dilində ox mənasını verir. Bu dilin qonşu topluluqların hind-avropa mənşəli dillərlə heç bir əlaqəsi yoxdur. Buruşo dilini Qafqaz mənşəli dillərlər əlaqəsi olduğunu söyləyənlər olsa da bu fikir hələ öz təsdiqini tapmayıb. Hunzalar 9 yüz ildən artıq bir müddətdə müstəqil şəkildə yaşayıblar. Onlar türk adətlərinə uyğun olaraq “mir” adlandırdıqları rəislərin və onlara məsləhət verən 12 nəfərlik ağsaqqallar heyəti vasitəsilə idarə edilib. Hunzaların müstəqilliyi 1870-ci ilə, ingilis əsgərlərinin hücumuna qədər davam edib. İngilislər getdikdən sonra yenidən müstəqilliklərini bərpa edə biliblər. Lakin hunzalar 1974-cü ildə tamamilə Pakistan qanunlarına tabe olublar.

Yaşadıqları ərazi

Pakistanın Hindistanla sərhədindəki şimal əyalətlərində, xüsusilə Hunza vadisi adı ilə bilinən bölgədə yaşayırlar.[3] Dağlıq ərazilərdə, əsasən 6 min metr yüksəklikdə məskunlaşıblar.[3]

Din

Dindarları müsəlmandır.[3]

Mətbəxi

Ətədviyyatlı yeməkləri çox məşhurdur.[3]

Qidaları

Yalnız özlərinin məhsulu olan tərəvəz və meyvələri istehlak edirlər.[3] Öz bəslədikləri qoyuninək ətini yeyirlər.[3]

Maraqlı faktlar

İstinadlar

  1. E. F. Knight's "Where Three Empires Meet" 1893
  2. Bu insanlara dikkatli bakın... Kimse kanser olmuyor, 70 yaşında anne oluyorlar. cumhuriyet.com.tr, 17.11.2014.  (türk.)
  3. Hunza Türkleri Arxivləşdirilib 2015-01-12 at the Wayback Machine. habervitrini.com  (türk.)

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.