Humay 2008-2009
"Humay 2008-2009" mükafatının təqdimetmə mərasimi 2009-cu il aprelin 21-də keçirildi. Mükafatlar musiqi, kino, teatr, ədəbiyyat, kitab, jurnalistika, televiziya, el və foto nominasiyalarına görə təyin olunmuşdu.
Nominasiyalar
Musiqi
Musiqi nominasiyasında qaliblər:
- Əlibaba Məmmədov (xalq artisti) - muğam sənətinin inkişafında xidmətlərinə görə.
- Nəzakət Teymurova (xalq artisti) - muğam ifaçılığında əldə etdiyi nailiyyətlərə görə.
- Zemfira Abdullayeva (musiqişünas) - bəstəkar Tofiq Quliyev haqqında yazdığı kitaba görə.
- Şəhla Həsənova (musiqişünas) - Musa Mirzəyev haqqında yazdığı monoqrafiyaya görə.
- Allahverdi Paşayev (Fikrət Əmirov adına xalq çalğı orkestrinin rəhbəri).
- Cavan Zeynallı (cazmen) - aktiv musiqi fəaliyyətinə görə.
Kino
Kino nominasiyasında qaliblər:
- Şamil Nəcəfzadə - "Qala" bədii filminə görə.
- Oqtay Mirqasımov (ssenarist-rejissor) - "Günaydın, mələyim" filminə görə
Teatr
Teatr nominasiyasında qaliblər:
- Nailə Kərimova (musiqişünas) - "Azərbaycan teatr musiqisinin XX əsr tarixi" elmi işinə görə.
Ədəbiyyat
Ədəbiyyat nominasiyasında qaliblər:
- Firuz Mustafa - "Teatr meydanı" və "Dəniz köçü" əsərlərinə görə.
Kitab
Kitab nominasiyasında qaliblər:
- Eldar Günaydın - Sara Aşurbəylinin "Bakı tarixi" kitabının yeni nəşrinə görə.
El
- Rəsul Rəkşanlı - ("Doktor Xanlar" kitabının müəllifi).
Televiziya
Televiziya nominasiyasında qalib:
- Lider Media Holdinqin "Azərbaycan" redaksiyası- "Azərbaycan qalaları" sənədli filmlər silsiləsinə görə.
Foto
- Mirələkbər Ağasıyev - (fotoqraf).
Mənbə
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.