Humayın yuxusu (film, 1985)
Humayın yuxusu | |
---|---|
![]() | |
Janr |
musiqili uşaq |
Rejissor | Nazim Məmmədov |
Ssenari müəllifi | Elçin |
Operator | Ramiz Ağayev |
Bəstəkar | Oqtay Rəcəbov |
Rəssam | Elçin Axundov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1985 |
Filmin növü | qısametrajlı cizgi filmi |
Müddət | 9,5 dəq. |
Ölkələr |
![]() |
Dil | azərbaycanca |
İl | 1985 |
Texniki məlumatlar |
1 hissə 264,4 metr 35 mm |
Rəng | rəngli |
Məzmun
Film oyuncaqları ilə pis rəftar edən Humay haqqındadır. Ancaq sən demə, oyuncaqların da canı varmış. Onlar da küsüb üz döndərə bilərmiş. Bunu başa düşən Humay yuxusundan ayılandan sonra öz pis xasiyyətindən əl çəkir.
Multiplikasiya filmi uşaqlara ətrafındakılara məhəbbətlə, qayğıyla, həssaslıqla yanaşmağı öyrədir.
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifi: Elçin
- Rejissor: Nazim Məmmədov
- Quruluşçu rəssam: Elçin Axundov
- Operator: Ramiz Ağayev
- Bəstəkar: Oqtay Rəcəbov
- Səs operatoru: Kamal Seyidov
- Mahnının mətni: Eldar Baxış
- Mahnı ifa edən: Flora Kərimova
- Cizgi rəssamı: Bəhmən Əliyev, Vaqif Məmmədov, Rauf Dadaşov, Vahid Talıbov, Arifə Hatəmi, Firəngiz Qurbanova (sonuncu şəxs titrlərdə yoxdur)
- Rəssam: Hüseyn Cavid İsmayılov
- Montaj edən: Nisə Hacıyeva
- Redaktor: Ramiz Rövşən (R.Əliyev kimi)
- Direktor: Faiq Abdullayev
Filmi səsləndirənlər
- Eldəniz Rəsulov — top (titrlərdə yoxdur)
- Nuriyyə Əhmədova — karandaş (titrlərdə yoxdur)
- Həmidə Ömərova — Humay (Titrlerde yoxdur)
Mənbə
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.