Xulio İqlesias

Xulio İqlesias de la Kueva (isp. Julio Iglesias De la Cueva; 23 sentyabr 1943[1][2][…], Madrid) — musiqi tarixində ən populyar ispan müğənnisi. Onun 14 dildə ifa etdiyi mahnılardan ibarət 77 albomu 300 milyon nüsxədən artıq satılmışdır[3]. "Sony Music" şirkətinin məlumatına əsasən o, ən çox albom satışı göstəricisinə malik olan 10 müğənni arasında yer alır. Dəfələrlə "Qremmi" mükafatına layiq görülmüş və İspaniyanı 1970-ci il Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Bir müddət amerikalı müğənni Dayana Rossla birlikdə çıxış etmişdir.

Xulio İqlesias
isp. Julio Iglesias
Ümumi məlumatlar
Doğum adı Julio José Iglesias de la Cueva
Doğum tarixi 23 sentyabr 1943(1943-09-23)[1][2][…] (80 yaş)
Doğum yeri
Vətəndaşlığı
Uşaqları 8 (Enrike İqlesias daxil olmaqla)
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, mahnı müəllifi[d], səsyazma sənətçisi[d], futbolçu, bəstəkar, iş adamı
Fəaliyyət illəri 1968-ci ildən
Janrlar pop musiqisi, latın-pop[d], soft-rok[d], İtalo disko, kantri
Musiqi alətləri gitara
Albom şirkətləri Sony Music[d], Columbia Records
Mükafatları "Fəxri legion" ordeni kavaleri gold Medal of the Community of Madrid
əbədi nailiyyətlərinə görə "Qremmi" mükafatı
İmzanın şəkli
julioiglesias.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tələbəlik illərində Real Madrid futbol klubunun gənclərdən ibarət komandalarından birinin qapıçısı olmuşdur. Lakin 1963-cü il sentyabrın 22-də düşdüyü avtomobil qəzası onun futbolçu karyerasına son qoymuşdur.

Xulio İqlesias 2 dəfə evlənmişdir. Birinci həyat yoldaşı İzabel Preyslerlə evliliyindən 3 uşağı var: qızı Mariya İzabel, oğlanları Xulio İqlesias və atasının yolunu davam etdirən məşhur müğənni Enrike İqlesias. İkinci həyat yoldaşı Miranda Reynsburgerlə 20 il birgə yaşasa da, yalnız 2010-cu ilin avqust ayında rəsmi evlənmişdir. Miranda ilə birgə ailə həyatından Xulionun 5 uşağı dünyaya gəlmişdir: oğlanları Migel Alehandro, Rodriqo və Gilyermo, əkiz qızları Viktoriya və Kristina.

Müğənninin rəsmi saytında verilən məlumata görə, 2010-cu il 1 noyabr tarixinədək onun 300 milyon albomu satılmışdır. 2011-ci ilin martında isə onun ən məşhur hitlərinin toplandığı "Numero 1" adlı albomu satışa çıxarılmışdır.

Müğənni 1999-cu ilin iyul ayında Bakıda iki günlük konsert proqramı ilə çıxış etmişdir.[4]

2013-cü il aprelin 1-də Pekində müğənniyə iki tarixi mükafat verilmişdir. Onlardan biri Ginnesin Rekordlar Kitabının "Ən çox mahnısı satılan ispandilli müğənni" mükafatı, digəri isə "Sony Music China" şirkəti tərəfindən təqdim edilən "Çində bütün dövrlərin Birinci və Ən məşhur beynəlxalq müğənnisi" mükafatıdır.

Diskoqrafiya

  • Yo Canto (1969)
  • Gwendolyne (1970)
  • Por una mujer (1972)
  • Un Canto a Galicia (1972)
  • Soy (1973)
  • Und das Meer singt sein Lied (1973)
  • A Flor de Piel (1974)
  • A México (1975)
  • El Amor (1975)
  • América (1976)
  • En el Olympia (1976)
  • Se mi lasci, non vale (1976)
  • Schenk mir deine Liebe (1976)
  • A mis 33 años (1977)
  • Sono Un Pirata, Sono Un Signore (1978)
  • Emociones (1978)
  • Aimer La Vie (1978)
  • Innamorarsi alla mia età (1979)
  • A vous les femmes (1979)
  • Hey! (1980)
  • Sentimental (1980)
  • Amanti (1980)
  • De niña a mujer (1981)
  • Fidèle (1981)
  • Zartlichkeiten (1981)
  • Minhas canções preferidas (1981)
  • Momentos (1982)
  • Momenti (1982)
  • Et l'amour créa la femme (1982)
  • In Concert (1983)
  • Julio (1983)
  • 1100 Bel Air Place (1984)
  • Libra (1985)
  • America (1986)
  • Un Hombre Solo (1987)
  • Un Hombre Solo (Brasil) (1987)
  • Tutto l'amore che ti manca (1987)
  • Non Stop (1988)
  • Raíces (1989)
  • Latinamente (1989)
  • Starry Night (1990)
  • Calor (1992)
  • Anche senza di te (1992)
  • Crazy (1994)
  • La carretera (1995)
  • Tango (1996)
  • Mi Vida-Grandes Exitos (1998)
  • My Life: The Greatest Hits (1998)
  • Noche de cuatro lunas (2000)
  • Una donna può cambiar la vita (2001)
  • Ao Meu Brasil (2001)
  • Divorcio (2003)
  • Love Songs (2003)
  • En français (2004)
  • Love Songs – Canciones de amor (2004)
  • L'homme que je suis (2005)
  • Romantic Classics (2006)
  • Tango (Remastered) (2006)
  • 1100 Bel Air Place (Remastered+Bonus Track) (2006)
  • Quelque chose de France (2007)
  • Que c'est triste Venise (avec/ft. Charles Aznavour; 2008)
  • Nathalie-The best of Julio Iglesias (2010)
  • Original album classic (2010)
  • The Essential: Julio Iglesias (2010)
  • Numero 1 (2011)

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.