Huşəng Azəroğlu
Huşəng Azəroğlu (1938 – 19 iyun 2019, Ənzəli, Gilan ostanı) — azərbaycanlı müğənni və aktyor. 1985-ci ildə Türkiyədə musiqi üzrə “Qızıl Kəpənək” mükafatına layiq görülüb.[1][2]
Huşəng Azəroğlu | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ənzəli, İran |
Vəfat tarixi | |
Vəfat yeri | Ənzəli, İran |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Musiqiçi, Aktyor |
Mükafatları | Qızıl Kəpənək mükafatı |
Həyatı və fəaliyyəti
Huşəng Azəroğlu 1938-ci ildə Ənzəli şəhərində anadan olub. 13 yaşında ikən hər iki valideynini itirib. Bir müddət özünü peşəkar idmanda sınayıb, İranın milli komandasında güləşib. Gənc ikən Bakı radiosundan yayımlanan Azərbaycanın muğam musiqisindən xüsusilə Xan Şuşinski və Cabbar Qaryağdıoğlunun ifalarından təsirlənərək Vəli Vahid və Məşədi Salamat kimi musiqi ustadlarından musiqi təhsili almağa başlayır. Sonrakı illərdə Mustafa Payanın şagirdi olur. O, 1979-cu İslam İnqilabına qədər 20 filmdə rol oynayıb. Məşhur aktyor Məhəmmədəli Fərdin ilə birlikdə Gənc-i Qarun filmində də rol alıb. İranda islam inqilabından sonra İstanbula köçüb, uzun illər orada yaşayıb. Türkiyədə İstanbul və TRT radioları ilə əməkdaşlıq edib. Müğənni Əli Səliminin bəstələdiyi “Sizə salam gətirmişəm” mahnısını ifa etdikdən sonra Türkiyədə məşhurlaşıb. O həmin mahnıya görə 1985-ci ildə Türkiyənin prezidenti Turqut Özal tərəfindən “Qızıl Kəpənək” mükafatı ilə təltif olunub. Dəfələrlə Kanada, İngiltərə, Fransa, ABŞ və Türkiyədə konsertlər verib. Ömrünün son illərini Urmiyada keçirən müğənni 19 iyun 2019-cu ildə Ənzəli şəhərində dünyasını dəyişib.
Həmçinin bax
İstinadlar
- "Güney Azərbaycandan olan məşhur müğənni Huşəng Azəroğlu vəfat edib". gunaz.tv. 20 iyun 2019. 2019-06-21 tarixində orijinalından arxivləşdirilib.
- Hamid Məlikoğlu. "Güneyli sənətkar Huşəng Azəroğlu vəfat edib". amerikaninsesi.org. 20 iyun 2019. 21 iyun 2019 tarixində arxivləşdirilib.