Hotakilər

Hotaki dövləti1709-1738-ci illərdə indiki Əfqanıstanı, İranPakistanın bir hissəsini əhatə etmişdir. Bu dövlət 1709-cu ldə Mir Veys Hotaki tərəfindən Qəndəharda əsası qoyulmuşdur. Paştun mənşəli Gilzay tayfasının başçısı olan Mir Üveys Səfəvilərin tabeliyində olan Qəndəhar şəhərində çıxardığı üsyan nəticəsində 1709-cu ildə Qəndəhar ələ keçirilir və Hotaki dövləti yaradılır. Bundan sonra Hotakilər mütəmadi olaraq Səfəvilərin tabeliyində olan ərazilərə yürüş etməyə başlayırlar. Hotaki dövlətinin çiçəklənməsi dövrü Mir Mahmud Hotakinin zamanında olur. Onun dövründə Hotakilər Səfəvilərin paytaxtı İsfahanı ələ keçirir və Mir Mahmud Hotaki özünü şah elan edir. Hotaki dövlətinin varlığına 1738-ci ildə Nadir şah Əfşar tərəfindən Qəndəharın ələ keçirilməsi ilə son qoyulmuşdur.

Tarixi dövlət
Hotakilər
Bayraq
Bayraq
Hotaki imperiyası 1722-1729-cu illərdə
Hotaki imperiyası 1722-1729-cu illərdə
 
 
1709  1738

Paytaxt Qəndəhar
Rəsmi dilləri Puştu dili
Fars dili
Dövlət dini İslam (Sünni)
İdarəetmə forması Mütləq monarxiya
Tarixi
  1722 Gülnabad döyüşü
  1722 İsfahanın mühasirəsi
  1729 Damğan döyüşü
Davamiyyət
 
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gilzay qiyamının səbəbləri

Şah Sultan Hüseyn

17-ci əsrin sonu 18-ci əsrin əvvəllərində bütün Səfəvilər İmperiyası ərazisində feodal istismarın güclənməsi ilə əlaqədar olaraq bütün ölkəni xalq etirazları və üsyanlar dalğası bürüdü.

Əfqanların ən nüfuzlu və güclü tayfası olan gilzaylar 1698–99-cü illərdə Qəndəhar hakimi Abdulla xanın əvəz olunması xahişi ilə şaha müraciət etdilər. Müraciət cavabsız qaldı. Onda qilzaylar - yenədə uğursuz olaraq - Kabilun moğol valisinə müraciət etdilər.

1704-cü ildə Qəndəhar ərazisinə bəluclar soxuldu. Onlar kəndləri yağmaladılar və Səfəvilərin onların yatırılması üçün göndərdikləri dəstəni darmadağın etdilər. Sağ qalanlar, yerli əhalinin qisasından qaçaraq Qəndəharın güclü istehkamlarının müdafiyəsinə sığındılar. İşlərin belə gedişi İsfahan sarayını narahat etməyə başladı, və bir az bundan əvvəl Kirmanda bəluclara qarşı özünü yaxşı tərəfdən göstərən şah sərkərdəsi Qurqen xan göndərildi. Dəşti-Lüt səhrasının kənarı ilə keçən qısa yolla o Qəndahara gəldi və burada sərt şəkildə qilzayları yatırmağa çalışdı. Onlar, onlara qohum olmayan çoxlu yerli əhali də qoşulan üsyanla cavab verdilər. Bu üsyana, Hindistanla ticarətdən varlanan kələntər Mir Veys xan Hotaki başçılıq etdi. Qurqen xan böyük səylər nəticəsində üsyanı yatıra bildi.

Mir Veys İsfahandan qatı üsyançı kimi sürgün edildi, lakin rüşvət və hədiyələrlə səfəvi hakimlərini özünün suçsuz olması fikrini, eləcə də Qurqen xana qarşı şübhə oyada bildi. Qurqen xan neofit gürcü olduğuna görə sarayda buna inanan tapıdlı. Şah hətta Mir Veysin həcc ziyarətinə getməsində ona yardım etdi. Mir Veys isə Məkkədə müsəlman alimlərindən sünnü-əfqanların şiə-səfəvilərə qarşı mübarizəsi üçün fətva aldı. Qəndəhara qayıdaraq o özünə tərəfdarlar toplamağa başladı. 1709-cu ildə Qurqen xanın səhlənkarlığından yararlanan Mir Veys ona hücum etdi və öldürdü[1].

Şahın Mir Veysə danışmaq cəhdi baş tutmadı. O İsfahan vasitəçilərini zindana salırdı. Qəndahara Qurgen xanın qohumunun komandanlığı altında 12 minlik qızılbaş qoşunu göndərildi, lakin onlara qilzaylarla düşmənçilik edən əfqan tayfalarının köməyinə baxmayaraq, şəhərin uğursuz mühasirəsi nəticəsində 1711-ci ilin sonunda darmadağın edildi.

Abdali tayfası ilə münasibətlər

Heratda yerləşən abdali tayfası ilə Qəndəharda olan gilzayların münasibətləri gərgin olaraq qalırdı. Onların arasında həlledici döyüşün nəticəsində gilzaylar qalib gəldi Mahmud məğlub olan abdali tayfasının başçısının başını kəsib İsfahana şah Sultan Hüseynə göndərdi. Mahmud öz hərəkətlərini qiyamçı Əsədullanı cəzalandırmaq kimi izah etdi. Şah görünür bütün bunlara inandı və Mahmudu Qəndəharın Səfəvi valisi təyin etdi.

Gilzayların İsfahanı alması

İki ildən sonra eyni məqsədlər göndərilən daha bir qızılbaş korpusu darmadağın edildi. Sonrakı beş-altı il ərzində vəziyət köklü surətdə dəyişdi və İsfahan sarayı yeni Qəndahar hakimi Mahmudun qarşısında geri çəkilməyə başladı. 1719-cu ilin yayının axırında Mahmud qərbə yürüş etdi; 1722-ci ilin oktyabrında İsfahana daxil oldu, və Səfəvi şahı Sultan Hüseyni taxtdan imtina etməyə məcbur etdi. Qəndahardakı hadisələrin inkişafı Heratdakı vəziyədə də təsir edirdi. Qilzayların təzyiqi nəticəsində Herat ətrafına köçmüş əfqan abdali tayfasının aristokratiyasının nüfuzu artırdı.

1720-1722-ci illərdə Mir Əşrəf əmisi oğlu Qəhdəhar əmiri Mir Mahmud Hotakinin İrana yürüşündə iştirak etmişdi.

1725-ci ilin aprelində Mir Əşrəh öz əmisi oğlu Mir Mahmud şaha qarşı İsfahanda sui qəsd təşkil etdi, o taxtdan salındı və öldürüldü. Mir Əşrəh özünü İranın yeni şahı elan etdi. O Mir Mahmuddan daha çevik siyasətçi idi və anlayırdı ki, ancaq əfqan tayfalarına dayanaraq İran üzərində hakim ola bilməyəcək. Mir Əşrəf orduda nizam intizam yaratdı, yerli aristokratiyanı öz tərəfinə çəkmək məqsədiyləyerli əhali üzərində talanları və zorakılığı dayandırdı.

Gilzayların osmanlılarla münasibətləri

1726-ci ildə İran şahı Mir Əşrəf əfqan ordusu başında, o zamana qədər Qəzvin, TəbrizHəmədan daxil bütün Azərbaycanı tutan Osmanlılara qarşı çıxış etdi.

Bir sıra döyüşdən sonra Əşrəf Osmanlı ordusunun irəliləməsini dayandıra bildi. 1727-ci ilin sentyabrında Mir Əşrəf, Osmanlı imperiyasının Azərbaycanı, KürdüstanıXuzistanı, eləcə də ZəncanıTehranı alması şərti ilə sülh sazişi bağladı.

Mir Əşrəf, İrana nəzarət edərək, heç də hər yerdə özünü hakim hiss etmirdi. Mazandaranda, hələ 1722-ci ildə özünü İran yeni şahı elan etmiş Sultan Hüseynin oğlu Səfəvi şahzadəsi II Təhmasib möhkəmlənmişdi.

1726-cı ildə Osmanlı ordusunun İsfahana yaxınlaşmasını görən Mir Əşrəf, II Təhmasibin atası əsir şah Sultan Hüseyni öldürtdürmüşdü.

Gilzayların məğlubiyəti

1726-cı ildə istedadlı sərkərdə Nadir xan gənc şahzadə II Təhmasibin qulluğuna girdi. Təhmasib Nadir xanı baş komandan təyin etdi və o dövlətin birləşdirilməsi işinə başladı. Nadir Sistanı, Xorasanı tabe etdi və Herata uğurlu yürüş etdi.

Nadir xanın hərbi uğurları əfqan hakimi Mir Əşrəfi narahat etməyə başladı. 1729-cu ildə Mir Əşrəf 50 minlik qoşun başında İsfahandan şimala tərəf hərəkət etdi. 29 sentyabr 1729-ci ildə Damğan civarındakı döyüşdə Nadirin 25 minlik qoşunu, 12 min adamını itirən Mir Əşrəfin sayca üstün qüvvələrini məğlub etdi. Əfqanlar darmadağın edildi və İsfahana çəkildilər. Nadir xan onları təqib edərək noyabrın 29-da onları Murçexurt kəndi yanında ikinci dəfə məğlub etdi. Mir Əşrəh İsfahanı tərk etdi və Şiraza çəkildi. II Təhmasib İsfahana daxil oldu və taxta oturdu. Dekabrda Nadir xan, şahı paytaxtda qoyaraq, əfqanları tamamilə dağıtmaq üçün ordu ilə Farsa doğru hərəkət etdi. Şiraz yaxınlığındakı döyüşdə Mir Əşrəf tamamilə darmadağın olaraq, əvvəl Lara qaçdı, ordan da Bəlucistana. 1730-cu ilin əvvəlində Mir Əşrəf şah bəlucistanlı xanlardan biri tərəfindən öldürüldü[2]

Hotaki dövlətinin şahları

Mir Veys Hotaki 1709-1715

Əbdul Əziz Hotaki 1715-1717

Mahmud Hotaki 1717-1725

Əşraf Hotaki 1725-1730

Hüsseyn Hotaki 1725-1738

Ədəbiyyat

  • Н.Н.Туманович. История Герата XVI- XVIII века.Москва. Главная редакция восточной литературы 1989

İstinadlar

  1. Lokhart L. The Fall of the Safavi Dynasty and the Afghan Occupation of Persia. Cambridge, 1958. 83-87
  2. Рыжов Монархи мира. Мусульманский Восток XV—XX вв. Гильзаи

Həmçin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.