Horn burnu

Horn burnu (nid. Kaap Hoorn, isp. Cabo de Hornos) — Odlu Torpaq arxipelaqının ən ucqar nöqtəsi][1]. Horun burnu anlayışı çox vaxt Cənubi Amerikanın cənub qurtaracağı kimi qəbul olunur[2].

Horn
Yerləşməsi
55°58′48″ c. e. 67°17′21″ q. u.
Akvatoriya Dreyk boğazı
Ölkə  Çili
Horn xəritədə
Horn
Horn
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Horn burnu əslində Cənubi Amerikanın ən ucqar cənub nöqtəsi deyil. Horun burnundan 100 km cənub-qərbdə Dieqo-Ramires adaları yerləşir. Məhz bu adalar qitənin ən ucqar nöqtəsidir. Materikdə isə Bransuik yarımadasında olan Frоuаrd burnudur.

Coğrafiyası

Horn burnu Horn adasında yerləşir. Ərazini Cənubi Amerika ilə Antarktida arasında yerləşən Dreyk boğazının suları yuyur.

Horn burnu yaxınlığında üzməyin çətinliyini o sübut edir ki, baxmayaraq ki Antaraktida materiki burundan 650 km cənubda yerləşir, ancaq 1820-ci ildə Birinci Rus Antarktika ekspedisiyası zamanı Mixail LazaryevFaddey Bellinshauzen tərəfindən kəşf edilmiş.

Külək

Horn burnunda qərbdən şərqə doğru əsən küləklər mülayim qurşağın qərb küləklərinin bir hissəsi hesab edilir. Məhz bu küləklər qərb küləkləri cərəyanını yaradır. Dənizçilər bu ərazini qəzəbli əllilər adlandırırlar.

Cərəyan

Horun yaxınlığında olan cərayan Qərb küləkləri cərəyanının hissəsi hesab olunur. Cərəyan qərbdən şərqə doğru saatda 1–4 km-lə hərəkət edir. Aysbeqlərin hərəkət istiqamətidə cərəyanın istiqaməti ilə eynidir.[3].[4].

İstinadlar

  1. "Мыс Горн". 2021-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-27.
  2. "Arxivlənmiş surət". 2016-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-27.
  3. "Мыс Горн (Cape Horn)". 2017-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-30.
  4. "Течение мыса Горн — Мегаэнциклопедия Кирилла и Мефодия". 2021-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-30.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.