Horn adası

Horn adası (isp. Isla Hornos) — Odlu Torpaq arxipelaqına daxil olan, Çiliyə məxsus olan ada. İnzibati baxımından Çilinin Antartika Çilena vilayəti ərazisinə daxildir. Adada Horn burnu yerləşir. Əslində isə Cənubi Amerikanın ən ucqar cənub nöqtəsi Dieqo-Ramires adalarında yerləşir.

Horn adası
isp. Isla Hornos
Ümumi məlumatlar
Sahəsi 28,29 km²
Uzunluğu
  • 9,7 km
Eni 5,4 km
Hündür nöqtəsi 63 m
Əhalisi 4 nəfər (2002-ci il)
Yerləşməsi
55°56′41″ c. e. 67°16′51″ q. u.
Ölkə  Çili
Horn adası xəritədə
Horn adası
Horn adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adada Çili hərbi-dəniz qüvvələrinə məxsus baza yerləşir: mayak, kilsə, yaşayış binaları və təyinatlı binalar. Adada Albatrosların bədən quruluşlarına bənzər abidə vardır[1]. Bu abidə Horn burnunu keçmək istəyərlən həyatlarını itirmiş dənizçilərin şərəfinə qoyulmuşdur[2]. Ada ərazisi Horn milli parkı ərazisinə daxildir (isp. Parque nacional Cabo de Hornos).

Burada Təbaşir dövrünə aid qranitə rastlamaq mümkündür. Adanın alçaq ərazilərində Sphagnum bitkisi bitir.

İqlim

  • Orta temperatur: 5,3 °C
  • Maksimal temperatur: 20,5 °C (fevral 1996)
  • Minimal tremperatur: −14.5 °C (iyun 1992)
  • Orta rütubətlilik: 86,4%
  • Küləyin orta istiqaməti: 264°
  • Küləyin orta gücü: 84 düyün
  • Küləyin maksimal gücü: 119 düyün (avqust 1995)
  • Orta illik yağıntının miqdarı: 697,5 mm.
  • Yağıntının maksimal miqdarı: 1263,2 mm (1990)

İstinadlar

  1. "Isla Hornos Lighthouse". 2006-01-11 tarixində arxivləşdirilib., from Lighthouse Depot. Retrieved February 5, 2006.
  2. "Cape Horn Memorial". 2005-09-26 tarixində arxivləşdirilib., by Roberto Benavente; from Fundacion Caphorniers Chile. Retrieved February 5, 2006.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.