Hor

Hor (e. ə. XVIII əsre. ə. XVIII əsr) — XIII sülaləyə aid qədim Misirdə e.ə.1732-ci ildə firon (çar) olmuşdur.[1]

Qədim Misir fironu
Hor
Sülalə XIII sülalə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qəbiri

Dəşur – III Amenemhet ehramı
Horun qəbrinin planı

Hor Misir ehramlarından şimalda III Amenemhetin ehramı yerləşən ərazidə dəfn olunmuşdur. İlk dəfə 1894 cü ildə Jak de Morqan tərəfindən kurqan qəbirdə aşkar olunmuşdur.

Horun mumiyası dekorasiyasız bir sarkofaqda və onun içidəki qızıl üzlüklü taxta tabutun içərisində yerləşmişdir. Burada qədim Misirin tanrılarından olan Kanın üzəri qızıl təbəqəsi ilə işlənmiş taxtadan hazırlanmış heykəli də tapılmışdır. Hazırda bu heykəl Qahirə misirşünaslıq muzeyinin ən qizmətli eksponatı sayılır.[2] Qorun mumiyası da qızıldan hazırlanmış üzlüyə (maskaya) malik olmuşdir, lakin onun qəbir oğruları tərəfindən qarət edilməsi guman edilir. Cəsədi tək skletdən ibarətdir. Kanop adlanan küplərdə firon III Amenemhetin tax-tac sahibi kimi adı həkk olunmuşdur. Belə güman edilir ki, Hor III Amenemhetin oğlu ola bilərmiş.

Mənbələr

  • Jürgen von Beckerath: Untersuchungen zur politischen Geschichte der zweiten Zwischenzeit in Ägypten, Glückstadt 1964, S. 44-45, 234-35 (XIII 14)
  • K.S.B. Ryholt: The Political Situation in Egypt during the Second Intermediate Period, Kopenhagen 1997, S. 339-340 (File 13/15) ISBN 87-7289-421-0

İstinadlar

  1. Datierung nach Thomas Schneider: Lexikon der Pharaonen.
  2. Kairo JdE 30948
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.