Hoqqabazlıq

Hoqqabazlıq — göz yanılması və ya əlin cəld hərəkəti əsasında sehrbazlar tərəfindən müxtəlif nömrələrin göstərilməsi sənəti. Hoqqabazlıq ilə cadugərliyi bir birindən fərqləndirmək üçün sehrbazlar tərəfindən xüsusi dekorlar hazırlanır.

İeronim Bosxun Hoqqabaz adlı tablosu. Rəsm ərəsində rəssam hoqqabaz tərəfindən göstərilən nömrəyə diqqətlə baxan insanları təsvir etmişdir. Şəklin aşağı tərəfində isə insanların diqqətini cəmləməsindən isitfadə edən şəxsin izləyicilərdən birinin pul qabını oğurladığı görünür.

Hoqqabazlıq sənəti tarixən mövcud olmuş, lakin əsasən Orta əsrlərdən etibarən inkişaf etməyə başlamışdır. Hoqqabazlıq bir sənət ki, Avropada inkişaf etmişdir. Orta əsrlərdə Avropada yerləşən şəhərlərin şəhər meydanlarında hoqqabazlar tərəfindən insanlara müxtəlif sehr nömrələrinin göstərildiyi məlumdur. Venesiya da hər il təşkil edilən karnavallarda Avropanın müxtəlif bölgələrindən gələn sehrbazlar iştirak edirdi. Hoqqabazlar əsasən əlin cəldiyindən istifadə edərək izləyiciləri aldatmağa çalışırlar. Onlar tərəfindən istifadə edilən əsas alətlər çubuq və papaqdır.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.