Hoppana hoppan
HOPPANA HOPPAN-qədim uşaq oyunudur.
Oyun
Uşaqlar çöpatma və ya sayma qaydası ilə oyun başçısı seçirlər. Başçı uşaqları iki dəstəyə ayırır. Sağdakı uşaqlardan birinə bir şey uzadıb deyir: - Al bunu! Soldakı uşaqlardan biri soruşur: - O nədir? Sağdakı uşaqlardan biri deyir: - Hoppana hoppandı. Kim hoppana hoppan deyə bilməsə, hoppa hoppa, ver yoldaşına, hoppana hoppan eləsin. Bu sözləri desin. Yuxarıdakı sözləri uşaqlar dövrə vurub bir-bir deyir, başçının yanına yüyürürlər. Başçının yanına çatınca hər kəs həmin sözləri söyləyə bilməsə, hərə ona bir lopux vurur.
Mənbə
- Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.93.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.