Hop-hoplar
Hop-hoplar (lat. Upupidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bucerotiformes dəstəsinə aid heyvan fəsiləsi.
Hop-hoplar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Neoaves Klad: Passerea Klad: Telluraves Klad: Coraciimorphae Klad: Cavitaves Klad: Eucavitaves Klad: Picocoraciae Dəstə: Bucerotiformes Fəsilə: Hop-hoplar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Haqqında
Azərbaycanda yeganə politipik növü – hop-hop və ya şanapipik (U.epops L.) olan yeganə cinsi (Upupa L.) vardır. Azərbaycan faunasında yarımnövü nominativdir. Sağsağandan kiçik olan əlvan quşdur. Başındakı böyük yelpikşəkilli kəkillə seçilir. Dimdiyi nazik, uzun, yüngülcə aşağı əyilmişdir. Qanadları enli, dəyirmidir. Əsas lələklənməsi kürənsayağıdır. Qanadları, quyruğu və kəkilindəki zolaq qaradır. Quyruğunun əsasında və qanadlarında enli ağ zolaq vardır. Qarnı ağımtıldır. Uçuşu ləng, başvurandır. Səsi tutqun "up-up-up" kimidir. Fısıltısı kəskindir. Arealı Avropa, Asiya, Afrikadır. Azərbaycanda yuvalayır. Martın əvvəlində gəlir, avqust-sentyabrda uçub gedir. Aran və dağətəyi rayonların açıq ərazilərində, bağlarda, parklarda və seliteb biotoplarda məskunlaşır. Afrika və Cənubi Asiyada qışlayır. Yayda Azərbaycanda sayı adidir. Koğuşda daş yığınlarında yuvalarda, qaya və yarğanlarda yarıqlarda, binaların divarlarında, çardaqlarda yuvalayır. Aprelin sonundan və sonralar 5-7 ağ yumurta qoyur. Əsasən dişi kürt yatır və bu zaman erkək onu yemləyir. Kürt yatması 18 gün çəkir. 24-25 gün yuvada qalan cücələri hər iki valideyn yemləyir. Uçan cücələr valideylərlə birlikdə torpaqda və ağaclarda, çox vaxt yaşayış məntəqələrinin yaxınlığında və yolların kənarındakı teleqraf xətlərində olurlar. Torpağın humuslu üst qatından tutduqları müxtəlif onurğasızlarla qidalanırlar. Çox faydalı quşlardır.
İstinadlar
Mənbə
- Azərbaycan heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı «Elm». 2004 - 620 s.