Hooverphonic
Hooverphonic — 1995-ci ildə Belçikada qurulmuş musiqi qrupu. Qrup ilkin fəaliyyət illərində trip hop üslubunda musiqilər ilə çıxış etsə də daha sonra qrup alternativ rok, elektronika, elektropop, rok və fərqli musiqi üslublarında mahnılar təqdim etmişdirlər. Qrupun ilkin adı Hoover olmuş, lakin daha sonra qrup üzvləri eyni adda bir kompaniyanın fəaliyyət göstərdiyini öyrəndikdən sonra qrupun adını Hooverphonic ilə əvəz etmişdirlər.
Hooverphonic | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub |
|
Fəaliyyət illəri | 1995–h.h. |
Ölkə | Belçika |
Şəhər | Sint-Niklaas |
Digər adı | Hoover |
Leybl |
PIAS Epic Records |
Heyət |
Aleks Kallye Raymond Qeerts Qeyke Arnaert |
Keçmiş üzvlər |
Frank Duşen Liesye Sadonius Kyoko Bartsoen Ester Libeert Luka Kruysberqs Noemi Volfs |
Hooverphonic.com | |
Vikianbarda əlaqəli mediafayllar |
2008-ci ilin oktyabr ayında qrupun solisti Qeyke Arnaert solo karyerasına başlamaq üçün qrupdan ayrılacağını bəyan etmişdir. Qeykenin qrupun üzvü olaraq son konserti həmin ilin dekabr ayında Rusiyanın Yekaterinburq şəhərində baş tutmuşdur. Konsert 2009-cu ildə Rusiyanın MTV telekanalında yayımlanmışdır.
2010-cu ilin oktyabr ayında Hooverphonic öz rəsmi vebsaytında yeni sinqlını təqdim etmişdir. Qrupun yeni solisti və Qeykenin davamçısı Noemi Volfs noyabr ayında Belçikanın VRT telekanalında yayımlanan De Laatste Show proqramında izləyicilərə təqdim olunmuşdur.
2015-ci ilin mart ayında Hooverphonic Noeminin qarşılıqlı anlaşma ilə qrupdan ayrıldığını elan etmişdir. 2018-ci ilin aprel ayında Hooverphonic qrupun yeni solisti Luka Kruysberqsi təqdim etmişdir.
Hooverphonic qrupu Belçikanı Niderlandın Rotterdam şəhərində keçirilən 2020 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək.[1]
Yaranma tarixi
1990-ci illər
Hooverphonic qrupunun ilkin üzvləri vokalist Ester Libeert, klavişnik Frank Duşen, bassist Aleks Kallye və gitaraçı Raymond Qeerts olmuşdur. Libeert qrup ilə bir neçə demo yazdırmağına baxmayaraq, o Hooverphonic Sony Music ilə müqavilə imzalamağa hazırlaşarkən qrupu tərk etmişdir. Onun əvəzinə qrupa Liesye Sadonius dəvət olunmuşdur. Qısa müddətlik qrupda yer alan Sadonius A New Stereophonic Sound Spectacular albomunun buraxılışından sonra qrupdan ayrılmışdır. 1997-ci ildə üç ay boyunca Kyoko Baertsoen Sadoniusu Avropa turunda əvəz etmişdir. Daha sonra isə qrupa Qeyke Arnaert daimi vokalist olaraq qoşulmuşdur.
1996-cı ildə Bernardo Bertoluççinin "Qaçan gözəllik" filminə bəstələnmiş "2Wicky" adlı soundtrek qrupa beynəlxalq səviyyədə şöhrət qazanmışdır. "2Wicky" eyni zamanda "Mən bilirəm siz keçən yay nə etmisiniz" və "Yüksəkliklər" filmlərinin soundtreki kimi də istifadə olunmuşdur. 1998-ci ildə Hooverphonic Depeche Mode qrupuna həsr olunmuş For the Masses albomunda "Shake the Disease" mahnısı ilə yer almışdır.
Massive Attack, Morcheeba və Apollo 440 musiqi qrupları ilə birlikdə Avropa turunun ardınca 1998-ci ildə Hooverphonic qrupunun Blue Wonder Power Milk adlı ikinci albomu işıq üzü görmüşdür. Albomda yer alan "Club Montepulciano" sinqlı Belçikada hitə dönüşmüş və eyni zamanda Amerika hit-paradlarına da daxil ola bilmişdir. "Renaissance Affair" sinqlı isə Amerikanın Volkswagen New Beetle maşını üçün çəkilmiş reklamında, "This Strange Effect" və "Eden" isə mobil telefon reklamlarında yer almışdır. "Eden" eyni zamanda "Mən hələ də sizin keçən yay nə etdiyinizi bilirəm" filmində istifadə olunmuşdur. İkinci albomun buraxılışından bir müddət sonra qrupun ilkin üzvlərindən olan Frank Duşen qrupdan ayrılmaq qərarına gəlmişdir.
2000-ci illər
2000-ci ildə qrupun The Magnificent Tree adlı üçüncü albomu təqdim olunmuşdur. Albomun ən çox bəyənilən mahnıları "Out of Sight", "Mad About You" və "The Magnificent Tree" olmuşdur. Həmin ildə qrupdan Belçikada keçirilən UEFA Avro 2000 üçün xüsusi mahnı bəstələmələri istənilmişdir. Nəticədə Hooverphonic "Visions" adlı 12 dəqiqəlik mahnı ərsəyə gətirmişdir. Qrupun açılış mərasimindəki ifası 1 milyondan artıq izləyici qazanmışdır.
2001-ci ildə Hooverphonic Belçikanın Rock Werchter musiqi festivalında səhnə almışdır.
2002-ci ildə isə qrupun Hooverphonic Presents Jackie Cane adlı dördüncü albomu buraxılmışdır. Albomda əkiz bacısı ilə münasibətlərini korlayaraq şöhrətin zirvəsinə yüksələn bir müğənnidən söhbət açılır. Qazandığı uğurların ardınca dəlilik dərəcəsinə çatan müğənni şou biznesi tərk edərək, öz keçmiş evinə geri dönür və nəticədə əkiz bacısı özü ilə birlikdə onu da zəhərləyərək öldürür. Belçikada böyük diqqət qazan albom sayəsində Hooverphonic Ən yaxşı Pop/Rok qrupu və Ən yaxşı albom mükafatlarını əldə etmişdir.
2003-cü ildə Hooverphonic orkestr müşaiyəti ilə canlı ifalarından təşkil olunmuş Sit Down and Listen to Hooverphonic albomunu buraxmışdır. Albomda qrupun ən çox uğur qazanan mahnıları ilə yanaşı "Antarctica" və "The Last Thing I Need Is You" yeni mahnılar da yer almışdır. Həmin ilin sentyabr ayında Hooverphonic geniş Avropa turuna start vermiş və 100-dən artıq konsert zallarında çıxış etmişdir.
Qrupun beşinci studio albomu No More Sweet Music 2005-ci ilin dekabr ayında işıq üzü görmüşdür. Albomda ümumilikdə 11 mahnı yer almışdır. 2006-cı ildə Hooverphonic Sony/BMG albom şirkəti ilə müqaviləsini ləğv etmişdir. Buna səbəb olaraq şirkətin qrupun beşinci albomuna yetərli dəstək verməməsi göstərilmişdir.
İspan televiziya proqramı Nosolomusicaya verdiyi müsahibə zamanı qrupun üzvü Aleks Kallye qrupun yeni musiqisinin psixodelika üslubunda olacağını bəyan etmişdir. 2007-ci ilin oktyabrında Moskvada keçirdikləri konsert zamanı Hooverphonic qrupu yeni albomunun "Expedition Impossible" adlı ilk sinqlını təqdim etmişdir. The President of the LSD Golf Club albomu Belçika və Niderlandda satışa buraxılmışdır. Albom 2008-ci ilin mart ayında Avropada nəşr olunmuşdur.
2010-cu illər
2010-cu ilin oktyabr ayında qrup yeni solist Noemi Volfsu dinləyicilərinə təqdim etmək üçün "The Night Before" adlı yeni sinqlını buraxmışdır. Noyabr ayında eyni adlı albom təqdim olunmuşdur. Albom nəşrindən qısa zaman sonra Belçikada ən çox satılan albomlardan biri olmuşdur.[2]
2013-cü ildə qrupun Reflection, 2016-cı ildə In Wonderland və 2018-ci ildə isə Looking for Stars albomları buraxılmışdır.
1 oktyabr 2019-cu il tarixində Belçikanın VRT telekanalı Hooverphonic qrupunun Belçikanı Niderlandın Rotterdam şəhərində keçirilən 2020 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini açıqlamışdır.[1]
2020-ci illər
9 Noyabr 2020-də Geike'nin Mad About You'nin yeni versiyasının çıxması ilə birlikdə qrupa qayıdışı elan edilir.[3]
Diskoqrafiya
Albomlar
Albom adı | İl |
---|---|
A New Stereophonic Sound Spectacular | 1996 |
Blue Wonder Power Milk | 1998 |
The Magnificent Tree | 2000 |
Hooverphonic Presents Jackie Cane | 2002 |
No More Sweet Music/More Sweet Music | 2005 |
The President of the LSD Golf Club | 2007 |
The Night Before | 2010 |
Reflection | 2013 |
In Wonderland | 2016 |
Looking For Stars | 2018 |
Sinqllar
İl | Mahnı adı | Hit paradlarda | Album | ||||
---|---|---|---|---|---|---|---|
1996 | "2Wicky" | — | — | — | — | 105 | A New Stereophonic Sound Spectacular |
"Wardrope" | — | — | — | — | — | ||
"Inhaler" | — | — | — | — | — | ||
"Barabas" | — | — | — | — | — | ||
1998 | "Club Montepulciano" | — | — | — | — | — | Blue Wonder Power Milk |
"Eden" | 12 | — | — | — | — | ||
"This Strange Effect" | — | — | — | — | — | ||
"Lung" (remiks) | — | — | — | — | — | ||
2000 | "Mad About You" | 23 | 83 | 39 | 8 | 104 | The Magnificent Tree |
"Vinegar & Salt" | 53 | — | — | — | — | ||
2001 | "Out of Sight (Best Friends)" | 60 | — | — | 32 | — | |
"Jackie Cane" | 53 | 100 | — | — | — | ||
2002 | "The World is Mine" | 48 | — | — | 45 | — | Hooverphonic Presents Jackie Cane |
"Sometimes" | 36 | 69 | — | — | — | ||
2003 | "One" | 61 | — | — | — | — | |
"The Last Thing I Need Is You" | 52 | — | — | — | — | Sit Down and Listen to Hooverphonic | |
2005 | "Wake Up" | 52 | — | — | — | — | No More Sweet Music |
2006 | "You Hurt Me" | 44 | — | — | — | — | |
"Dirty Lenses" (remiks) | 56 | — | — | — | — | ||
"We All Float" | — | — | — | — | — | ||
2007 | "Expedition Impossible" | 30 | — | — | — | — | The President of the LSD Golf Club |
"Gentle Storm" | 54 | — | — | — | — | ||
2008 | "Circles" | 73 | — | — | — | — | |
"50 Watt" | — | — | — | — | — | ||
2010 | "The Night Before" | 3 | 97 | — | — | — | The Night Before |
2011 | "Anger Never Dies" | 5 | — | — | 15 | — | |
"One Two Three" | 48 | — | — | 26 | — | ||
"Heartbroken" | 55 | — | — | — | — | ||
2012 | "Happiness" | 40 | — | — | — | — | Hooverphonic with Orchestra |
"Unfinished Sympathy" | 27 | — | — | — | — | ||
"Renaissance Affair" | 58 | — | — | — | — | ||
"George's Café" | 80 | — | — | — | — | ||
2013 | "Amalfi" | 4 | — | — | — | — | Reflection |
2014 | "Ether" | 54 | — | — | — | — | |
"Boomerang" | 56 | — | — | — | — | ||
"ABC of Apology" | — | — | — | — | — | ||
"Gravity" | 54 | — | — | — | — | ||
2015 | "Badaboum" (Emili Satt və Litlo Tinz ilə) |
3 | — | — | — | — | In Wonderland |
2016 | "I Like the Way I Dance" | 23 | — | — | — | — | |
"Hiding in a Song" | 35 | — | — | — | — | ||
"You" | 26 | — | — | — | — | ||
2018 | "Romantic" | 14 | — | — | — | — | Looking for Stars |
"Uptight" | 17 | — | — | — | — | ||
2019 | "Looking for Stars" | 35 | — | — | — | — | |
"Horrible Person" | 52 | — | — | — | — | ||
İstinadlar
- "Belgium: Hooverphonic to Eurovision 2020". Eurovoix. 1 oktyabr 2019. 2019-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 oktyabr 2019.
- "The Night Before goes platinum". 2011-01-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-22. Arxivləşdirilib 2011-01-08 at the Wayback Machine
- https://wiwibloggs.com/2020/11/09/hooverphonic-replace-luka-cruysberghs-with-geike-arnaert/258582/
Əvvəlki: Eliot "Wake Up" |
Belçika Avroviziya Mahnı Müsabiqəsində 2020 |
Sonrakı: — |