Honduras lempirası
Honduras lempirası — 100 sentavoya bərabər olan Hondurasın pul vahididir. 1926-cı ildə mübadilədə daha əvvəl gümüş peso kimi istifadə edilən pul vahidini əvəz etmişdir.[1] 1946-cı ildə Beynəlxalq Valyuta Fondundan məlumata görə, lempiradakı qızılın çəkisi 0,444335 qrama bərabərdir.
Honduras lempirası | ||||
---|---|---|---|---|
Lempira | ||||
| ||||
Kod və simvol | ||||
ISO 4217 kodu | HNL (340) | |||
Simvol | L | |||
Abreviatura | L | |||
Dövriyyə ərazisi | ||||
Emitent ölkə | Honduras | |||
Əvəzedici və paralel vahidlər | ||||
Kiçik | sentavo (1⁄100) | |||
Dövriyyədə olan sikkə və əsginaslar | ||||
Sikkələr | 1, 2, 5, 10, 20, 50 sentavo və 1 lempira | |||
Əsginas | 1, 2, 5, 10, 20, 50, 100, 500 lempira | |||
Tarixi | ||||
Dövriyyəyə buraxılma | 1931 | |||
Əvvəlki valyuta | Honduras pesosu | |||
Sikkə və əskinasların buraxılması və istehsalı | ||||
Mərkəzi bank | Honduras Mərkəzi Bankı | |||
bch.hn | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Adının mənşəyi
Pul vahidi öz adını hindilərin rəhbəri olan Lempiranın (1497–1537) adından götürmüşdür. Lempira 1536-cı ildə hindilər üçün müvəffəqiyyətsizliklə başa çatan ispan müstəmləkəçilərinə qarşı müharibəni açıq elan etdi. Lempira sui-qəsd nəticəsində öldürüldü və onun dəstəsi darmadağın edildi.
Tarixi
Bir lempiraya bərabər sikkələr 1931–1937-ci illər aralığında 900 əyarlı gümüşdən kəsilirdi. 1974-cü ildən sikkələr, 1 və 5 nominallı lempiralar mislə örtülmüş bürüncdən, latun ilə örtülmüş poladdan kəsilirdi.
Mübadiləsi və saxlanması
Mübadilədə 1, 2, 5, 10, 20, 50 sentavoluq sikkələrdən və 1, 2, 5, 10, 20, 50, 100 və 500 lempiralıq əsginaslardan istifadə olunur.
20 lempiralıq əsginaslar 2008-ci ildə polimerdən istehsal edilmişdir.
Təsvir | Nominal | Rəng | Ölçü | Təsvirdəki şəxs |
---|---|---|---|---|
1 | qızrmızı | 156 × 67 mm | Lempira | |
2 | Bənövşəyi | Мarko Aurelio Soto | ||
5 | Yaşıl | Fransisko Morasan | ||
10 | Qəhvəyi | Xose Trinidad Kobanyas | ||
20 | Yaşıl | Dionisio Errera | ||
50 | Sarı-yaşıl | Хuan Manuel Halves | ||
100 | Narıncı | Xose Sesilyo de Valle | ||
500 | Bənövşəyi | Ramon Roza |
Valyuta məzənnəsi rejimi
Hazırkı HNL mübadilə məzənnəsi | |
---|---|
Google Finance əsasən: | AUD CAD CHF EUR GBP HKD JPY USD |
Yahoo! Finance əsasən: | AUD CAD CHF EUR GBP HKD JPY USD |
XE.com əsasən: | AUD CAD CHF EUR GBP HKD JPY USD |
OANDA.com əsasən: | AUD CAD CHF EUR GBP HKD JPY USD |
fxtop.com əsasən: | AUD CAD CHF EUR GBP HKD JPY USD |
Currency.wiki əsasən: | AUD CAD CHF EUR GBP HKD JPY USD |
İstinadlar
- "Arxivlənmiş surət". 2011-06-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-05.
Xarici keçidlər
- Центральный банк Гондураса
- Галерея банкнот Гондураса (alm.) (ing.)