Honduras

HondurasMərkəzi Amerikada yerləşən dövlət. Paytaxtı Tequsiqalpa şəhəridir. 1880-ci ilə qədər paytaxt Komayaqua şəhəri olmuşdur.

Honduras
República de Honduras
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Libre, Soberana e Independiente
Rəsmi dilləri
Paytaxt Tequsiqalpa
İdarəetmə forması Respublika
Prezident Xiomara Castro [27.I.2022 ~]
Vitse-president Salvador Nasralla
Sahəsi Dünyada 103-cü
  Ümumi 112090 km²
  Su sahəsi (%) 0,2%
Əhalisi
  Əhali 8 320 min nəfər (94-cü)
  Siyahıyaalma (28.VII.2001) 6 076 885 nəf.
  Sıxlıq 74 nəf./km²
ÜDM (AQP)
  Ümumi 39,08 milyard dollar (113-cü)
  Adambaşına 4 700 dollar (173-cü)
İİİ (2013) 0.632
Valyuta Honduras lempirası
İnternet domeni .hn
ISO kodu HN
BOK kodu HON
Telefon kodu +504
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adın etimologiyası

Hondurasın adının mənası barədə bir neçə təsdiqlənməyən ehtimal mövcuddur. Bir versiyaya əsasən 1502-ci ildə bu ərazilərə səfər edən Xristofor Kolumb dəhşətli tufana düşmüş, oradan salamat çıxdıqda isə "Allaha şükür olsun ki, biz bu dərinlikdən xilas olduq" (ispancası "Qrasias a Dios que hemos salido de estas honduras") sözlərini demişdir. Həmin ərazinin yaxınlığında olan burun Qraisios a Dios, ölkə isə Honduras adını almışdır. Hondurasın Qrasios a Dios burnundan qərbdə yerləşən ərazi kimi adı ilk dəfə 1607-ci ildə çəkilmişdir.

Fiziki-coğrafi xarakteristika

Hondurasın şimal sahili Karib dənizi ilə həmsərhəddir və Sakit Okeana Fonseca körfəzindən keçir. Şimalda Qvatemala, qərbdə Salvador, cənubda Nikaraqua dövlətləri ilə həmsərhəddir. Honduras əsasən dağlardan ibarətdir, sahillər boyunca dar düzənliklər var. Böyük bir inkişaf etməmiş ovalıq cəngəlliyi, La Mosquitia şimal -şərqdə və şimal -qərbdə sıx məskunlaşmış ovalıq Sula vadisində yerləşir. La Mosquitia-da, Hondurası Nikaraquadan ayıran Koko çayı ilə birlikdə UNESCO-nun dünya mirası olan Rio Plátano Biosfer Qoruğu yerləşir. Honduras Təbii sərvətlərinə qızıl, gümüş, mis, qurğuşun, sink, dəmir filizi, sürmə, kömür, balıq, karides və hidroenerji daxildir.

İnzibati ərazi bölgüsü

1971-ci ildən etibarən Honduras dövlətinin ərazisi 18 departament və 1 mərkəzi dairəyə bölünür. Ölkədə 298 bələdiyyə vardır və onlar departament başçılarına tabedir. Hondurasda 3731 yaşayış məntəqəsi və 27969 kənd vardır. Mərkəzi dairə paytaxt Tequsiqalpa və onun peyki olan Komayaquela şəhərlərindən ibarətdir. Bu dairənin idarəetməsi xüsusi qanunlarla həyata keçirilir.

Əhali

Ölkənin əhalisi 7,8 milyon nəfərdir. İllik təbii artım 2 faiz təşkil edir. Əhalinin 48 faizi şəhərlərdə, 52 faizi isə kəndlərdə yaşayır. İrqi baxımdan əhalinin 90 faizini metislər, 7 faizini hindular, 2 faizini qaradərililər, 1 faizini isə ağdərililərdən ibarətdir. Dini olaraq əhalinin 97 faizi katolik, qalanları isə protestantdır.

Dil

Rəsmi dövlət dili İspan dilidir.

Siyasət

Honduras dövlətinin tarixində İspanyanın təsiri böyükdür. Uzun illər İspanların ticarət dominyonu olaraq qalan Honduras, müstəqilliyini qazandıqdan sonra da qarışıqlıq bitməmişdir. Müstəqillikdən sonra El Salvador ilə müharibə vəziyyətinə gələn Honduras, bu hadisədən ötəri iqtisadi baxımdan böyük itkilər yaşamışdır. Hətta bir dünya kuboku oyununda Əl Salvadorlu futbolçuların qaldığı otel, Honduraslı vətəndaşlar tərəfindən dağıdılmaq istənmişdir. Bu hadisənin əks-sədaları Hondurasda hələ davam etməkdədir. Bu gün Honduras dünyanın bir çox ölkəsinə köç edən ölkələrin başında gəlməkdədir.

San Pedro Sula şəhərində, son illərdə Meksika və Kolumbiya narkotik kartellerinin fəaliyyətlərini artırdığı və buna bağlı şiddət hadisələrinin artdığı bildirilir.

BMT Narkotik və Cinayət Ofisi məlumatlarına görə, Honduras'taki cinayət hadisələri 2005-2010 arasında iki qatına çıxaraq, hər 100 min adamdan 87'sinin cinayətə qurban getməsiylə dünyanın ən yüksək nisbətinə sahib var.

İstinadlar

  1. 6 // Constitution of Honduras.
  2. http://chartsbin.com/view/edr.

Həmçinin bax

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.