Honda

Honda — avtomobil, yük maşını, motosiklet və robotlar olan bir Yapon avtomobil markası.

Honda
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi kabuşiki qaişa[d]
Sənaye avtomobil sənayesi, İstehsalat
Məhsulları avtomobil, Motosiklet, Yük maşını, robot, təyyarə, mühərrik, Generator
Təsis tarixi 24 sentyabr 1948
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi kapital
  • 10.770.000.000.000 ¥ (2022)[1]
Ümumi aktivlər
  • 23.970.000.000.000 ¥ (2022)[1]
Ümumi gəliri
  • 14.950.000.000.000 ¥ (2022)[1]
Xalis mənfəəti
  • 707.000.000.000 ¥ (2022)[1]
Əməliyyat mənfəəti
  • 871.200.000.000 ¥ (2022)[1]
Struktur
İşçi sayı
  • 204.035 nəf. (2022)[2]
Rəhbərlik
Təsisçilər
global.honda
honda.co.uk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
HONDA şirkətinin logosu

Firma ayrıca ATVlər, dəniz mühərrikləri, elektrik generatorları, bağça maşınları da istehsal edir. İldə 14 milyon ilə Dünyanın ən böyük mühərrik istehsalçısıdır. Mərkəzi Tokioda olan Honda, dünya səviyyəsində çox ölkədə istehsal və satış ilə məşğuldur.

Honda Tarixçəsi

2006 Honda Dream 125cc
  • 1946 - Soiçiro Honda tərəfindən Hamamatsuda quruldu
  • 1947 - İlk motosiklet mühərrikini çıxardı
  • 1948 - Honda Motor Co. adını aldı
  • 1949 - Dream D-type adlı 2 silindrli 98 cc motosikleti çıxardı
  • 1952 - Mərkəz ofisini Tokioya keçirtdi
  • 1959 - Motosiklet yarışlarındakı ilk əhəmiyyətli müvəffəqiyyətini İngiltərədə əldə etdi. Isle Of Man Tourist Trophy GP yarışlarında 6, 7 və 8-ci sıraları tutaraq 125 cc markalar çempionu oldu.
  • 1959 - American Honda Motor Co. Quruldu
  • 1960 - Motosiklet istehsalı üçün Suzuka fabriki quruldu
  • 1946-1963 - İlləri arasında dəyişik motosikletlər çıxarmış və motoyarışlarda əhəmiyyətli nəticələr əldə etmişdir
  • 1963 - İlk idman avtomobili S500-ü və kiçik pikap T360-ı çıxardı
  • 1963 - Belçikada motosiklet istehsalına başladı
  • 1964 - İlk dəfə girdiyi Formula 1 yarışlarında 9-cu oldu
  • 1965 - Mexiko GP-ində ilk zəfərini qazandı
  • 1965 - Portativ generator istehsalına başladı
  • 1966 - S800 modeliylə ixracat hücumuna başladı
  • 1967 - Suzuka fabrikində kiçik vasitələrin istehsalına başlandı
  • 1972 - Civic modelinin istehsalına başlandı
  • 1976 - Braziliyada motosiklet istehsalına başlandı
  • 1976 - Civic modelinin istehsalı 1.000.000 ədədə çatdı
  • 1976 - Accord modeli çıxarılmağa başlandı
  • 1982 - Amerikada Civic çıxarılmağa başlandı. ABŞda istehsal edən ilk Yapon firması oldu
  • 1985 - Integra, Today, Legend modelləri istehsala başlandı
  • 1986 - Kanadada Accord istehsalına başlandı
  • 1988 - McLaren F1-lə çempionluq qazandı
  • 1988 - Daha aşağı tullantı qaz və daha yüksək performans təqdim edən VTEC mühərrik inkişaf etdirildi
  • 1988 - Yeni Zellandiyada avtomobil istehsalına başlandı
  • 1989 - ABŞda Ohayoda ikinci fabrik istehsala başladı
  • 1989 - Accord Inspire istehsalına başlandı
  • 1990 - Formula 1 texnologiyasıyla çıxarılan NSX və iki nəfərlik üstü açıq Beat modelləri tanıdıldı
  • 1991 - VTEC-E mühərriki Civicə tətbiq olundu
  • 1992 - İngiltərə və Filipinlərdə avtomobil istehsalına başlandı
  • 1994 - Pakistanda avtomobil istehsalına başlandı
  • 1994 - Minivan Shuttle (Odyssey) tanıdıldı
  • 1994 - 2-ci nəsil NSX tanıdıldı
  • 1995 - Türkiyə Gebze Şekerpınarda fabrik təməli atıldı
  • 1995 - Yüngül CR-V və 6-cı nəsil Civic tanıdıldı
  • 1997 - 3-cü nəsil NSX tanıdıldı
  • 1997 - 5-ci nəsil Prelude tanıdıldı
  • 1997 - Türkiyə fabriki Gebze Şekerpınarda açıldı
  • 2007 - Türkiyə fabrikində 8-ci nəsil Civic (Sedan) istehsalı başladı

Modelləri

Xarici keçidlər

Həmçinin bax

  1. https://web.archive.org/web/20220906030834/https://global.honda/content/dam/site/global/investors/cq_img/library/financialresult/FY202203_4Q_financial_result_e_1.pdf.
  2. https://global.honda/content/dam/site/global/investors/cq_img/library/form_20-f/FY202203_form20f_e.pdf.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.