Hollywood Tonight

"Hollywood Tonight"Maykl Ceksonun ölümündən sonra çıxarılmış "Michael" albomuna daxil olan mahnı. 2011-ci ilin mart ayında həmin albom 1,5 milyon nüsxə satış və 3 milyon dəfə internetdən yükləmə sayına görə sertifikat almışdır. "Hollywood Tonight" mahnısı 11 fevral 2011-ci ildə Epic Records tərəfindən həmin albomdan olan ikinci sinql kimi satışa çıxarılmışdır. Mahnının danışıq hissələri Maykl Ceksonun əmioğlusu Taryll Jackson tərəfindən ifa edilmiş, Teddy Riley tərəfindən yazılmışdır. Mahnının klipi isə 10 mart 2011-ci ildə təqdim edilmişdir. Klipdə Əlcəzair doğumlu rəqqasə Sofia Boutella Maykl Cekson kimi paltar geyinib, 60 nəfərlə birgə onun kimi rəqs edir.

Hollywood Tonight
Maykl Cekson tərəfindən Michael albomunda ifa olunmuş sinql
B tərəfi Behind the Mask (BK)
Yayımlanma tarixi 11 fevral 2011
Format sinql
Janr Contemporary R&B, funk rock, hip hop
Dil ingilis dili
Müddət 4:31 (albom versiyası)
3:46 (radio edit)
Prodüser Maykl Cekson
Bəstəkar Maykl Cekson
Sözlərin müəllifi Brad Buxer, musiqisiz deyilən sözlər Teddy Riley
Studiya Epic Records
Maykl Cekson sinqllarının xronologiyası
"Hold My Hand" "Hollywood Tonight"
(21 fevral 2011)
Audio nümunəsi
Hollywood Tonight mahnısının səslənməsi

Çıxarılması

Mahnı Maykl Cekson tərəfindən "Invincible" albomunun hazırlanması zamanı yazılmışdır. Lakin o zaman mahnı alboma daxil edilməmişdir. Birdə Maykl 2007-ci ildə bu mahnı üzərinə qayıtmış və prodüser Theron "Neff-U" Feemster ilə birgə mahnı üzərində işləməyə başlamışdır.[1] Cekson mahn ının sözlərinin ilkin variantını hələ 1999-cu ildə yazmış, daha sonra isə dostu və iş ortağı Bred Bakserlə birgə musiqi üzərində çalışmağa başlamışdır. Bred Bakser mahnının musiqisini yazan müəlliflərdən biridir. On il keçdikdən sonra, Cekson növbəti dəfə bu mahnının üzərinə qayıtmışdır. Cekson və Bakser 2007-ci ildə Las-Veqasda mahnı üzərində işləri davam etdirmişlər. 2008-ci ilin oktyabrında, Cekson Los-Ancelesdə yaşayarkən, səsyazma mühəndisi Maykl Prinsdən mahnının köhnə versiyasını səsləndirməyi xahiş etmiş, dinlədikdən sonra isə, uzun mmüddət ərzndə mahnının xeyli inkişaf etdirildiyii görmüş, bununla belə mahnı üzərində işlərini yekunlaşdırmamışdı.[2] Maykl Ceksonun ölümündən sonra Teddy Rilley də Theron "Neff-U" Feemsterlə birgə mahnının hazırlanmasında prodüser kimi iştirak etmişdir. Rilley həmçinin Taryll Jackson tərəfindən ifa edilmiş sözləri yazmışdır ki, burda da Ceksonun ifa etdiyi mahnının məzmununa uyğun mətn verilmişdir.[2]

"Michael" albomunun çıxarılmasından əvvəl 3 dekabr 2010-cu ildə teleşou aparıcısı Ellen DeGeneres özünün "The Ellen DeGeneres Show" adlı proqramında "Hollywood Tonight" mahnısını ilk dəfə tamaşaçılar təqdim etmişdir.[3] Radiostansiyalarda isə ilk dəfə 2011-ci ilin 11 fevralında İtaliyada səsələndirilməyə başlamışdır.[4] Mahnı 12 fevral 2011-ci ildən etibarən BBC Radio 2-də də səsləndirilmişdir.[5] In Poland, the song was released on February 14, 2011.[6] Mahnı Polşada 14 fevral 2011-ci ildə təqdim edilmişdir. Maykl Ceksonun rəsmi saytının yaydığı məlumatda isə bildirilirdi ki, "Hollywood Tonight" mahnısından sonra isə davam olaraq , "Behind the Mask" mahnısı ABŞ, Kanada, YaponiyaFransada satışa çıxarılacaq.[7] ABŞ –da isə mahnı bir az gec radiolarda səsləndirilməyə başlamış, əksər radiolar mahnını öz musiqi siyahılarına daxil etmişlər. Lakin əsasən U.S. urban və urban AC radio radioları 5 aprel 2011-ci ildən etibarən mahnını davamlı olaraq səsləndirmişlər.[8]

Təqdimatı

Mahnı musiqi tənqidçilərindən əsasən müsbət rəylər almışdır. Lakin, bundan əvvəl çıxarılmış sinqllar kimi zəif satılmışdır. Mahnının prodüserlərindən biri olan Teddy Riley deyir: "Mən artıq növbəti mərhələ kimi "Billie Jean" və "Dangerous" və ya "Leave Me Alone" mahnılarının birləşdirilməsi üzərində işləmək fikrindəyəm. Bu bütün zamanların ən gözəl bass xəttinin ortaya çıxarılmasına oxşayır."[9] "Huffington Post" dan Co Vocel qeyd edir ki, "mahnı kəsinlklə, albomun ən mühüm mahnılarındandır. Mahnı qotik kilsə xorunun ifası ilə başlayır və sonra bu energetik rəqs ritimlərinə çevrilir. Və mahnıda Mayklın dərin diqqətə layiq səsini hərbi stildə fit səsləri tamamlayır."[10] "Entertainment Weekly"dən Leah Greenblatt qeyd edir ki, "mahnı Mayklın əvvəlki mükəmməl pop mahnıları ilə müqayisədə təcili hazırlanmış və zəif təsiri başğılayır."[11] "NME" dən Dean Martin qeyd edir ki, "Michael" albomu "sən düşündüyün qədər də qorxunc deyil""siz ən pis fikiri "Hollywood Tonight" mahnısı haqqında söyləyə bilərsiz."[12] "Billboard"dan Jason Lipshutz, Gail Mitchell və Gary Graff qeyd edirlər ki, mahnıdakı səslər Britni Spirsin "Lucky" və Castin Timberleykin "Love Stoned" mahnılarındakı səslərə oxşayır.[9] "Daily Telegraph"dan Neil McCormick deyir: "mahnda klassik popa fövqəladə qüvən var və "Michael" albomu səksəninci illərdən bəri Maykl Ceksonun ən yaxşı albomlarından biridir."[1] "Daily News"-dan Jm Farver isə qeyd edir ki, ""Hollywood Tonight" Maykl Ceksonun yaşlı vaxtında verdiyi imtahana bənzəyir."[13]

Klipi

Mahnıya klip çəkilməsi haqqında ilk məlumat Ceksonun rəsmi saytı tərəfindən yayılmışdır. Klipin fevralın sonlarında təqdim edilməsi gözlənilsə də bu tarix bir üədər də uzadılmış və klip 10 mart 2011-ci ildə ictimayətə təqdim edilmişdir. Klipin 19 saniyəlik ilk görüntüləri Ceksonun rəsmi Facebook səhifəsində yayımlanmışdır.[14] Mart ayının 10-da isə tam versiyalı klip təqdim edilmişdir.[15] Klipdə mahnı yeni versiyada – "Throwback Mix" adlandırılan versiyada istifadə edilmişdir ki, bu versiya da əlavə vokal səslərin olması və "Billie Jean" ritimlərindən nümunələrin istifadəsi ilə fərqlənir.

"Hollywood Tonight" mahnsına çəkilmiş klipin rejissoru Vayne İşamdır.[16] İşam eyni zamanda 1995-ci ildə Ceksonun ən məşhur hitlərindən olan "You Are Not Alone" mahnısı üçün də klip çəkmişdir.[17] Çəkilişlər əsasən paviliyonda və Pantages Teatrının yerləşdiyi küçədə (Kaliforniya, Hollivud) aparılmışdır.[18]

Klipdə əsas obraz əlcəzairli rəqqasə Sofiya Boutellanın canlandırdığı Maykl Cekson kimi paltar geyinmiş qızdır.[16] Klipdə gənc rəqqasə qızın Hollivuda gəlməsi və burada həmkarları ilə rəqabət apararaq rəqqasə kimi tanınması təsvir edilmişdir.[17]

Hit paradlarda

"Hollywood Tonight" mahnısı "Michael" albomundan çıxarılmış ikinci sinql kimi əksər ölkələrdə məşhurlaşmışdır. BBC Radio 2 radiosunun davamlı olaraq səsləndirməsindən sonra, mahnı Birləşmiş Krallıqda "The UK Radio Airplay Chart"da 2011-ci ilin VII həhtəsi otuz beşinci yerdə debüt etmişdir.[19] Lakin sinqlın həddən artıq zəif satışı onun UK Singles Chartın yüzlüyündən kənarda qalmasına səbəb olmuşdur.[20]

ABŞ-də mahnı 16 aprel 2011-ci ildə Billboard R&B/Hip-Hop Songs hit paradında səksən doqquzuncu yerdə debüt etmişdir. Mahnı Ceksonun bu hit parade düşmüş 52-ci solo hiti olmuşdur.[21] Mahnı eyni zamanda 30 aprel 2011-ci ildə Billboard Dance/Club Play Songs hit paradında 36-cı yerdə debüt etmişdir.

Kompozisiyalar

  • Promotional Digital Single[22] / UK Promotional CD Single / Brazilian Promotional CD Single 1
  1. "Hollywood Tonight" (Radio Edit) – 3:46
  • Korean CD Maxi Single (S10988C)[23] / EU Digital EP[24]
  1. Hollywood Tonight (Throwback Mix) – 3:46
  2. Hollywood Tonight (DJ Chuckie Radio Edit) – 3:53
  3. Hollywood Tonight (DJ Chuckie Remix) – 6:01
  4. Hollywood Tonight (Radio Edit) – 3:46
  • US Promotional CD Single
  1. Hollywood Tonight (DJ Chuckie Remix) (w/o spoken word) – 6:01
  2. Hollywood Tonight (DJ Chuckie Dub) – 5:00
  3. Hollywood Tonight (DJ Chuckie Radio Edit) – 3:53
  • Brazilian Promotional CD Single 2
  1. Hollywood Tonight (DJ Chuckie Extended Remix) – 6:01
  2. Hollywood Tonight (DJ Chuckie Extended Remix – No Talk) -6:01
  3. Hollywood Tonight (DJ Chuckie Dub) – 5:00
  4. Hollywood Tonight (DJ Chuckie Remix Radio Edit) – 3:53
  5. Hollywood Tonight (Throwback Mix) -3:46
  6. Hollywood Tonight (Radio Edit) -3:46
  1. Hollywood Tonight (Throwback Mix) – 3:46
  2. Behind The Mask (Radio Edit) -3:36
  • EU CD Single Epic 88697902982 (Sony) / EAN 0886979029828 [26][27]
  1. Hollywood Tonight (Throwback Mix) – 3:47
  2. Hollywood Tonight (DJ Chuckie Remix) – 5:58

Hit paradlar

Hot parad (2011) Yüksəldiyi
yer
Belgium (Ultratip 50 Wallonia)[28] 5
Belgium (Ultratip 50 Flanders)[28] 16
German Singles Chart[29] 55
UK Singles Chart[30] 152
UK Radio Airplay Chart 35
US Billboard Hot R&B/Hip-Hop Songs[31] 60
US Billboard Dance/Club Play Songs[31] 1

Çıxış tarixi

Ölkə Tarix Format
İtaliya 8 Aprel, 2011[32] Digital Single
11 Fevral, 2011[4] Radio airplay, digital download
Birləşmiş Krallıq CD single (promo), Radio airplay
10 aprel, 2011[24] Digital Single
16 Aprel, 2011[25] 7" Single
26 Aprel, 2011[33] CD single
Polşa[6] 14 Fevral, 2011 Radio airplay, digital download
İspaniya[34] 8 Mart, 2011
Çin[35][36] 22 Mart, 2011
İsveç[37] 10 Mart, 2011
Koreya[38]
Koreya[23] 31 Mart, 2011 CD single
ABŞ[8] 5 Aprel, 2011 urban airplay
Almaniya 8 Aprel, 2011[39][40] Digital Single
15 Aprel, 2011[41] CD single

İstinadlar

  1. "Michael Jackson's new single confirmed as 'Hollywood Tonight'". Music-news.com. Jan 26, 2011. 2011-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-20.
  2. Vogel, Joe. "Exclusive: Inside Michael Jackson's "Hollywood"". The Huffington Post. 2011-03-14. 2011-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-20.
  3. "Ellen Debuts New Michael Jackson Song "Hollywood Tonight". SoulCulture. December 4, 2010. 2010-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-20.
  4. ""Hollywood Tonight": il nuovo singolo di Michael Jackson in radio dall'11 febbraio". michaeljackson.com. Feb 3,2011. 2011-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: Feb 20,2011.
  5. "BBC Radio 2 Playlist". 2011-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-12.
  6. "'Hollywood Tonight' drugim singlem z płyty 'MICHAEL'". michaeljackson.com. 2011-02-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-26.
  7. "New Michael Jackson Singles Coming From The Global #1 Album "Michael"". Michaeljackson.com. 2011-02-27. 2011-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-28.
  8. "Urban/UAC Future Releases – R&B, Hip Hop, Release Schedule and Street Dates". All Access. 2011-03-18. 2011-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-18.
  9. Lipshutz, Jason; Mitchell, Gail; Graff, Gary. "Michael Jackson's 'Michael' Track-By-Track". Billboard. December 8, 2010. 2011-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-11.
  10. "Joe Vogel: Is Michael Really Michael? A Review of the King of Pop's New Album". Huffingtonpost.com. 2010-12-04. 2016-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-20.
  11. Leah Greenblatt. "Music Review: Michael". Entertainment Weekly. 2011-12-08. 2014-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-11.
  12. Martin, Dan. "Album review: Michael Jackson – 'Michael' (Epic)". NME. December 4, 2010. 2011-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-20.
  13. Farber, Jim. "Michael". Daily News. Mortimer Zuckerman. 2010-12-13. 2010-12-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-20.
  14. "Hollywood Tonight Music Video Teaser on Facebook". Sony Music. facebook.com. 2011-03-05. 2013-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-05.
  15. "Michael Jackson – Hollywood Tonight Official Video". via Youtube. mymusicplug.com. 13 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 March 2011.
  16. "Watch The Making of Hollywood Tonight – The Official Michael Jackson Site". michaeljackson.com. 2011-03-24. 2011-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-25.
  17. "Hollywood Tonight Video – The Official Michael Jackson Site". Sony Music Entertainment. michaeljackson.com. 2011-03-11. 2011-03-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-11.
  18. "MJ Music Video Shoot Takes Over Hollywood". TMZ.com. 2011-02-22. 2011-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-25.
  19. "The UK Radio Airplay Chart". 2011-02-19. 2011-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-05.
  20. "UK Singles Chart". 2011-04-17. 2012-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-20.
  21. "Ask Billboard: StarGate, Michael Jackson, Pia Toscano – Chart Beat". Billboard. 2011-04-08. 2011-04-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-11.
  22. "Michael Jackson – Hollywood Tonight". swisscharts.com. 2013-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-20.
  23. "Michael Jackson : Hollywood Tonight (Maxi Single) – 소니뮤직". 2011-03-31. İstifadə tarixi: 2011-04-01.
  24. "Hollywood Tonight: Michael Jackson: Amazon.co.uk: MP3 Downloads". İstifadə tarixi: 2011-04-05.
  25. "Michael Jackson – Hollywood Tonight – Vintage Vinyl Records". VVinyl. 2011-07-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-20.
  26. "dutchcharts.nl – Michael Jackson – Hollywood Tonight". dutchcharts.nl. 2012-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-16.
  27. "Jackson,Michael – Hollywood Tonight – 5 Zoll Single CD (2-Track) SGL-CD – musicline.de". 2012-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-01.
  28. "ultratop.be – Michael Jackson – Hollywood Tonight". ultratop.be. 2011-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-01.
  29. "Michael Jackson – Hollywood Tonight – Music Charts". acharts.us. 2011-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-29.
  30. "Arxivlənmiş surət". 2012-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-26.
  31. "Michael Jackson Music News & Info". Billboard.com. 2011-04-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-14.
  32. "Hollywood Tonight – EP di Michael Jackson – Scarica Hollywood Tonight – EP su iTunes". iTunes. 2011-04-08. 2012-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-09.
  33. "Hollywood Tonight: Michael Jackson: Amazon.co.uk: Music". amazon.co.uk. İstifadə tarixi: 2011-04-11.
  34. "HOY SE LANZA "HOLLYWOOD TONIGHT", EL NUEVO SINGLE DE MICHAEL JACKSON". The Official Michael Jackson Site. MichaelJackson.com. 2011-03-08. 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-10.
  35. "2011年3月22日Hit FM独家首播Hollywood Tonight-Michael Jackson". Hit FM. Kaixin001.com. 2011-03-22. 2011-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-22.
  36. "HIT FM – PLAYING THE HOTTEST HITS". Hit FM. Myspace. 2011-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-22.
  37. "Äntligen kan vi presentera videon till "Hollywood Tonight"!". The Official Michael Jackson Site. MichaelJackson.com. 2011-03-10. 2011-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-13.
  38. "Michael Jackson : Hollywood Tonight (Single) – 소니뮤직". Sony Music Korea. sonymusic.co.kr. 2011-03-10. 2014-09-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-13.
  39. http://www.amazon.de/gp/product/B004UVBS0G/ref=dm_sp_alb?ie=UTF8&qid=1302017400&sr=8-11%5B%5D
  40. http://www.amazon.de/gp/product/B004UVBRM0/ref=dm_sp_alb?ie=UTF8&qid=1302017400&sr=8-12%5B%5D
  41. "Hollywood Tonight: Michael Jackson: Amazon.de: Musik". amazon.de. İstifadə tarixi: 2011-04-01.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.