History (ABŞ teleşəbəkəsi)
«History» (əvvəlki adı: «The History Channel») — beynəlxalq çoxdilli kabel və peyk teleşəbəkəsi. Teleşəbəkənin sahibi «Hearst Communications» ilə «Walt Disney Company» şirkətinin mülkü olan «Disney–ABC Television Group» şirkətinin birgə müəssisi olan «A&E Networks» şirkətidir. Teleşəbəkənin baş qərargahı ABŞ-nin Nyu-York ştatının eyniadlı şəhərində yerləşir. Teleşəbəkənin flaqman telekanalından başqa «History en Español» (ispan dilində) və «Military History» kimi qardaş kanalları da var.
History | |
---|---|
Ölkə | ABŞ |
Yayım ərazisi | ABŞ |
Dil | İngilis dili |
Baş qərargah | Nyu-York, Nyu-York, ABŞ |
Yaranma tarixi | 1 yanvar 1995 |
Sahibi |
«Hearst Communications» (50%) «Disney–ABC Television Group» (50%) |
Rəhbərlik | Rocer Madd (1995–2005) |
Keçmiş adları | «The History Channel» (1995–2008) |
Şüar |
Keçmişin canlandığı yer (ing. Where The Past Comes Alive; 1995–2008) Hər gün edilir (ing. Made Every Day; 2008–h.h.) |
Qardaş kanallar |
«A&E» «FYI» «Military History» «History en Español» «Lifetime» «Crime & Investigation Network» |
Sayt | history.com |
Vikianbarda əlaqəli mediafayllar |
Teleşəbəkə ilkin olaraq tarixi mövzuları əhatə edən sənədli televerilişləri və teleserialları nümayiş etdirirdi. Teleşəbəkə son illərdə Pawn Stars və Ax Men kimi realiti televerilişlərini yayımlamağa başlamışdır. Teleşəbəkə Qədim yadplanetlilər, UNO ovçuları və Nostradamus effekti kimi fərziyyə sənədli filmləri yayımladığına görə bir çox alim və tarixşünaslar tərəfindən tənqidə məruz qalmışdır.
2015-ci ilin fevral ayında teleşəbəkənin flaqman kanalının ABŞ-də təqribən 96.149.000 abunəçisi (ümumi televiziya sahibləeinin 82.6%-i) var idi. Teleşəbəkənin ABŞ, Kanada, Skandinaviya, Latın Amerikası, Şərqi Avropa və Asiya variantları var. Teleşəbəkənin ilk Avropa variantı «Viasat» tərəfindən 1997-ci ildə Skandinaviyada təsis edilmişdir.
Tarix
Teleşəbəkə 1 yanvar 1995-ci ildə «The History Channel» adı altında ABŞ media şirkətləri – «Rogers Media», «Disney-ABC Television Group» və «NBCUniversal» şirkətlərinin birgə müəssisəsi olaraq təsis edilmişdir.[1] 2008-ci ildə teleşəbəkə rebrendinq etmək üçün loqosunu və adını dəyişdirmişdir.[2]
2005-ci ilə qədər tələşəbəkənin rəhbəri Rocer Madd idi.
Teleşəbəkənin flaqman telekanalı və onun variantları 155-dən çox ölkədə və 39 dildə fəaliyyət göstərir.
Həmçinin bax
İstinadlar
- Uinfri, Li. "Golf Channel tees off Tuesday, joining History Channel as new cable fare". HighBeam Research. Knight Ridder/Tribune News Service. 16 yanvar 1995. 5 noyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2019.
- "Television's The History Channel Drops 'The' and 'Channel' from Its Name, Keeps History". www.iht.com. International Herald Tribune. 20 mart 2008. 4 avqust 2008 tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
Xarici keçidlər
- history.com — «History» teleşəbəkəsinin rəsmi saytı