Histiey

Histiey (q.yun. Ἱστιαῖος; e.ə. 493-cü ildə edam edildi) — Lisaqorun oğlu, İran hökmdarı I Daranın hakimiyyətinin ilk illərində Histiey, Kiçik Asiyada yerləşən Yunanistanın Milet şəhərinin tiranı idi. Hökmdar və tiranın maraqları üst-üstə düşdüyündən, o, I Daranın skiflərə qarşı yürüşü zamanı İrana sadiq qaldı.

Histiey
Doğum tarixi e. ə. VI əsr
Doğum yeri
Vəfat tarixi e.ə. 493
Vəfat yeri
Vəfat səbəbi Çarmıx[1][2][…]

Miltiad İran ordusunu məhv etmək və bununla Kiçik Asiya yunanlarını iranlıların zülmündən qurtarmaq üçün Dunay üzərindəki körpünü dağıtmağı təklif edəndə, Hisitey buna qarşı çıxmış və tiranların yalnız iranlıların sayəsində şəhər hakimiyyəti əllərində saxladıqlarını xatırlatdı. Sonunda Miltiadın təklifi rədd edildi və Herodotun təsvir etdiyi kimi, "iranlılar xilas olundu".[3] Daranın nədənsə Hisiteyə qarşı şübhəsi yarandı və onu sarayına çağırdı. Tezliklə o vətən həsrəti çəkməyə başladı və Şuş şəhərindən qaçmaq üçün kürəkəni və Miletdəki xələfi Aristaqoru Kiçik Asiya yunanlarını iranlılara qarşı qaldırmağa sövq etdi. Histiey ümid edirdi ki, Dara qiyamı yatırmaq üçün onu İoniyaya göndərəcək. O, həqiqətən də Kiçik Asiyaya göndərildi, lakin orada heçnəyə nail ola bilmədi, çünki Daranın qardaşı satrap I Artafern açıq şəkildə ona güvənmədiyini göstərirdi, Milet şəhərinin sakinləri isə onu düşmən kimi qarşıladılar. O, Bizantiona yollandı, daha sonra Xiosu özünə tabe etdi və iranlılara qarşı müharibə etməyə başladı, lakin əsir götürüldü və Artafernin əmri ilə e.ə. 493-cü ildə Sardisdə çarmıxa çəkildi.

İstinadlar

  1. autori vari Istieo // Dizionario di Storia (it.). / Istituto dell'Enciclopedia Italiana 2010.
  2. Store norske leksikon (бук.). 1978. ISSN 2464-1480
  3. Herodot. Tarix . IV, 137
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.