Hirotake Yano

Hirotake Yano (矢野 博丈, Yano Hirotake, 19 aprel 1943, Pekin12 fevral 2024, Hiqaşihiroşima[d], Hiroşima prefekturası)Yaponiya biznesmeni. "Daiso" diskaunter mağazalar şəbəkəsinin qurmuşdur. O, Yaponiyada dollar mağazası biznes modelinin qabaqcılı hesab olunur.[2]

Hirotake Yano
yap. 矢野 博丈
Doğum tarixi 19 aprel 1943(1943-04-19)
Doğum yeri
Vəfat tarixi 12 fevral 2024(2024-02-12) (80 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək çatışmazlığı[1]
Təhsili
  • Çuo Universiteti[d]
Fəaliyyəti iş adamı

Həyatı

1943-cü ildə Çində Koro Kurihara adı ilə doğulmuşdur. Beş qardaş və üç bacıdan ibarət ailədəndir. Katsuyo Yano ilə evləndikdən sonra soyadını dəyişdirmiş, bu qərarını "Kurihara soyadının biznes dünyası üçün yaxşı səslənməməsi" ilə izah etmişdir.[3]

1967-ci ildə Çuo Universitetindən məzun olmuşdur. Məzun olduqdan sonra qayınatasının balıqçılıq şirkətində işləməyə başlasa da, bankrot olmuşdur. 1972-ci ildə Hiroşimadan Tokioya köçmüş və zibil emalı ilə məşğul olan şirkətdə işləyərək bəzi borclarını ödəmişdir. Atasının istəyi ilə Hiroşimaya qayıtmış və bir neçə işdə işləmişdir.[3]

1972-ci ildə "Yano" adlı ilk mağazasını qurmuşdur. 1977-ci ildə şirkətini ancaq 100 yenlik məhsullar satan mağazalar şəbəkəsinə çevirmiş və şirkətə "böyük anbar" mənasına gələn "Daiso" adını vermişdir.[3] "Daiso" şirkəti sürətlə böyümüş və Yaponiyada 4360 mağazası açılmışdır.[2] 2001-ci ildə ilk xarici filialının (Tayvanda) açılışı baş tutmuşdur. Daha sonra Avstraliya, Səudiyyə Ərəbistanı, İndoneziya və ABŞ-də növbəti xarici mağazalar açılmışdır.[3] Yano 2018-ci ildə şirkət prezidentiliyi vəzifəsini oğluna ötürmüşdür, özü isə 2019-cu ilə qədər şirkət sədri vəzifəsini yerinə yetirməyə davam etmişdir.[4]

Ölümü

12 fevral 2024-cü ildə Hiroşimada ürək çatışmazlığı səbəbilə ölmüşdür.[2]

İstinadlar

  1. 100円ショップ「ダイソー」大創産業の創業者、矢野博丈さん死去 国内外5000店の礎築く.
  2. "Daiso: Billionaire founder of Japanese discount store dies". BBC (ingiliscə). 20 fevral 2024. 2024-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2024.
  3. "Daiso – The Story Behind the ¥100 Phenomenon". Tokyo Weekender (ingiliscə). 21 sentyabr 2001. 2024-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2024.
  4. "Hirotake Yano, Founder of 100-Yen Store Chain Daiso, Dies at 80". The Japan News (ingiliscə). 20 fevral 2024. 2024-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2024.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.