Hirkan məryəmnoxudu

Hirkan məryəmnoxudu (lat. Teucrium hyrcanicum)[1] - məryəmnoxudu cinsinə aid bitki növü.[2]

Hirkan məryəmnoxudu
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Hirkan məryəmnoxudu
Beynəlxalq elmi adı
  • Teucrium hyrcanicum
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı

Qısa morfoloji təsviri

Çoxillik bitkidir. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, sadə və ya az budaqlanan, sıx yumşaqtüklü, bəzən aşağısı qırmızımtıldır. Yarpaqları saplaqlı, 1-2 sm uzunluqda, uzunsov yumurtavari, kənarları yarımdairədişli, üstü yaşıl, altı sıx tüklü olduğundan bozumtuldur. Çiçəkqrupu 20- 25 sm qədər uzunluqda, dar uzun silindrik sünbülvaridir. Kasacığı 3–5 mm uzunluqda, zınqırovvari, ikidodaqlı, tüklüdür. Tacı fırfır, nadir hallarda ağ rəngli, kasacıqdan uzundur, xaricdən qısa tüklənmişdir. Meyvələri 1 mm uzunluqda, yumru, vəzilidir.[3]

Yayılması

BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqlarının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Meşələrdə, kolluqlarda, bağlarda, arx kənarlarında bitir.[4] Teucrium hircanicum L.

Hündürlüyü (20) 30-60 (80) sm, gövdəsi düz və ya əsasından az əyilib qalxan, sadə və ya az budaqlanan, sıx yumşaq aralı tüklü, aşağı hissədə qırmızımtıl rəngdə olan çoxillik ot bitkisidir.[5]

Yarpaq

Yarpaqları saplaqlı, yumurtaşəkilliuzunsov və ya uzanmış yumurtaşəkilli-uzunsov, təpə hissəyə doğru tədricən daralandır. Qaidə hissəsi ürəkşəkilli və ya kəsilmiş, kənarları dairəvi dişli, üst tərəfdən yaşıl, alt tərəfdən ağımtıl və ya sıx yumşaq tükləri olduğuna görə boz rəngdədir.[5]

Çiçək

Çiçək qrupu uzun, sünbülşəkilli, dar silindrik, tədricən uc hissəyə doğru daralandır, uzunluğu 20-25 sm-dir. Çiçək saplağı qısa, kasacıqdan qısadır. Tac fırfır rəngli, üst səthi qısa tüklü, 1,5 dəfə kasacıqdan qısadır.[5]

Meyvə

Fındıqcalar 1 mm uzunluqdadır, şarşəkillidir, vəziciklidir.[5]

Çiçəkləməsi

İyun-Avqust (Sentyabr)[5]

Meyvə verməsi

İyul-Sentyabr[5]

Azərbaycanda yayılması

Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, AlazanƏyriçay, KQ mərkəzi, Lənk. dağ., Lənk. oval. Ovalıqdan orta dağ qurşağına qədər.[5]

Yaşayış mühiti

Meşələrdə, kolluqlarda, bağlarda, suvarma kanalları boyunca rast gəlinir.[5]

İstinadlar

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
  4. Флора Азербайджана. Баку: Изд. АН Азерб.ССР, 1950-1961, Т. I-VIII.
  5. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.