Hirkan həmişəyaşıl şümşadı
Hirkan həmişəyaşıl şümşadı (lat. Buxus sempervirens subsp. hyrcana) — bitkilər aləminin şümşadçiçəklilər dəstəsinin şümşadkimilər fəsiləsinin şümşad cinsinin həmişəyaşıl şümşad növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.
Hirkan həmişəyaşıl şümşadı | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Dəstə: Fəsilə: Cins: Yarımnöv: Hirkan həmişəyaşıl şümşadı |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Bioloji xüsusiyyətləri
Təbiətdə sıx budaqlı bir kol bitkisidir. Bəzən 6-10 m-ədək hündürlüyə çatan ağac şəklini alır. Gövdəsinin qabığı nazik, açıq bozumtul-sarı, hamar olub, qoca ağaclarda xırda çatlıdır. Çoxbudaqlı, sıxçətirli olub, cavan zoğlar dördüzlüdür. Bitkinin cavan zoğları yaşıl rəngdə olub, 4 guşəli, azca tüklüdür. Yarpaqları ellipsvarı, yumurta şəklində olub 1-3 sm uzunluğundadır. Yarpaqları qalın dərivarı olub, üstdən parlaq tünd-yaşıl, altdan nisbətən açıq-yaşıl rənglidir. Yarpaq saplağı 2-5 mm uzunluğunda olub, sərt tüklüdür. Tam kənarlıdır, yarpağının ucları yuvarlaq və ya xəfif dişlidir. Çiçəkləri yarpaqların qoltuğunda yerləşir, oturan olub, yaşılımtıldır. Çiçək qrupu dəstəli-sünbülvaridir. Dişi çiçəkləri adətən 1-3 ədəd olmaqla sünbülün ucunda yerləşir. Kapsul şəklində meyvəsi 8-10 mm ölçüsündə olub, tam yetişəndə tünd-bozumtul rəng alır. Toxumlarının sayı 5-6 ədəd olub, parlaq qara rənglidir. Oduncağı açıq-sardır. İllik halqaları görünmür. Gövdəsi ağır və sərtdir.
Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri
Mart-aprel aylarında çiçəkləyir. Meyvələri iyul-avqust aylarında yetişir. Tozlanması entomofildir. Toxumla və vegetativ yolla çoxalır. Rütubətli kölgəli dərələrdə, təzə, qalın, humusla zəngin olan torpaqlarda təsadüf edilir. Dəniz səviyyəsindən 400-800 m yüksəkliyə kimi yayılmışdır. Aşağı dağ qurşağından (ovalıqdan) orta dağ qurşağına qədər, palıd-dəmirağacı, vələs qarışıq hirkan və fıstıq meşələrində II yarsuda və ya meşəakltı kol kimi bitir. Dekorativ bitkidir. Həmyşəyaşıl, quraqlığa nisbətən davamlı olub, tək-tək və ya qrupla əkilmək üçün, həmçinin canlı çəpər və bordür yaratmaq üçün yararlıdır.
Yayılması
Lənkəran ovalığı (Astara rayonu — Maşxan, Züngüləş, Təngərud, Şüvi kəndləri, Lənkəran rayonu — Aşağı Apu, Yuxarı Apu və Rvo kəndləri), Lənkəranın dağlıq hissəsi (Lerik rayonu — 40-cı km sahəsi və Siov kəndi və Yardımlı rayonu — Şövut kəndi). Hirkan tipli qarışıq meşələrdə meşəaltı kimi və ayrı-ayrı massivlər şəklində olmaqla 70 hektardan artıq sahə tutur. Hirkan Milli Parkının ərazisində Xanbulaq, Çayüzü, Yuxarı Şuvi, Ovala, Əhmədikago, Kakamod, Biləsər ərazilərində daha geniş yayılmışdır.
Sayı və tendensiyası
Hirkan Milli Parkında qorunmasına baxmayaraq, antropogen təsirlər nəticəsində populyasiyanın vəziyyətində azalma tendensiyası müşahidə olunur.
Məhdudlaşdırıcı amillər
Meşələrin sistemsiz qırılması.
Mühafizə tədbirləri
Hirkan Milli Parkında mühafizə olunur.