Hirkan güləvəri
Hirkan güləvəri (lat. Centaurea hyrcanica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Məlumat azlığı" kateqoriyasına aiddir – DD. Azərbaycanın nadir növüdür.
Hirkan güləvəri | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superasterids Klad: Klad: Campanulids Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cardueae Yarımtriba: Centaureinae Cins: Növ: Hirkan güləvəri |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Sinonimləri
- Centaurea hyrcana Grossh.
- Jacea hyrcanica (Bornm.) Holub[2]
Qısa morfoloji təsviri
Çoxillik qısa və yumşaq tüklənmiş ot bitkisidir. Gövdə dikduran, tilli-şırımlı, bir neçə sərilmiş budaqlı, 30-60 sm hündürlüyündədir. Kökətrafı və aşağı gövdə yarpaqlarının saplaqlarda daralmış, orta və yuxarı yarpaqlar isə oturaq və gövdəni yarımqucaqlamışdır, yumurtaşəkilli, uzunsov lansetvari və ya uzunsov ellpsvaridir. Sarğı uzunsov yumurtaşəkilli, 6-8 mm enindədir, sarğının yarpaqcıqları ensiz xətvari, uzun və lələkvari kirpikcikli, açıq-qəhvəyi və ya purpur-qəhvəyi rəngli əlavələrlə sarğını tor kimi bürümüşdür. Sarğının daxili yarpaqları xətvari və dairəvi, dişcikli əlavəlidir. Çiçəkləri çəhrayı rənglidir. Toxumcuqlar 3 mm uzunluğunda, bozumtul, hamar, çox qısa (0.5 mm uzunluğunda) kəkillidir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
Çiçəkləmə-meyvə əmələgətirmə dövrü iyun-avqsut aylarına təsadüf edir. Toxum vasitəsilə çoxalır. Müxtəlifotlu qruplaşmalar əmələ gətirir.
Yayılması
Lənkəranın dağlıq hissəsində — aşağı və orta dağ qurşağında, meşə və kolluqlarda, meşə talalarında və zəmilərdə bitir.
Sayı və tendensiyası
Çox azdır.
Məhdudlaşdırıcı amilləri
Daha çox təsir edən antropogen amillərdir.
Mühafizə tədbirləri
Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədilə yasaqlıqların təşkili, bərpasını təmin etmək, yeni yayılma yerlərinin axtarılması təklif olunur.
İstinadlar
- The Plant List (ing.). 2010.
- Hirkan güləvəri:''The Plant List saytında takson barədə məlumat. (ing.)