Hirkan ağcaqayını
Hirkan ağcaqayını (lat. Acer hyrcanum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü.
Hirkan ağcaqayını | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Malvids Dəstə: Fəsilə: Yarımfəsilə: Hippocastanoideae Cins: Növ: Hirkan ağcaqayını |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Ümumi yayılması
Kiçik Asiya, Rusiya (Dağıstan), Türkiyə, Livan, Balkan ölkələri və İranda təbii arealı vardır.
Azərbaycanda yayılması
Böyük və Kiçik Qafqazda Alazan-Əyriçay vadisində, Naxçıvan MR və Talış dağlarında (Diabar) meşələrin tərkibində təbii halda yayılmışdır. Statusu: Azərbaycanın nadir bitkisidir. NT.
Bitdiyi yer
Aşağı dağ qurşağından yuxarı dağ qurşağına qədər əhəngli və işıqlı quru yamaclarda yayılmışdır.
Təbii ehtiyatı
Təbiətdə arealı geniş deyildir.
Bioloji xüsusiyyətləri
Təbiətdə 18 m-ə qədər hündürlüyü və 30 sm-ə qədər diametri olan ağacdır. Cavan zoğları qırmızımtıl-qəhvəyi, yaşlı budaqları boz-qonur rəngdədir. Tumurcuqları qəhvəyi rəngdədir. Yarpaqları ilk vaxtlar sarımtıl tükcüklərlə örtülü olur, sonralar isə çılpaqlaşır. Yarpaqları 5 dilimli, 10–12 sm enində, 5–10 sm uzunluqdadır, qaidəsi ürəkvarıdır. Üstdən tünd yaşıl, altdan ağımtıl və ya sarımtıl rəngdə olub, cavan vaxtı sıx tükcüklərlə örtülü olur. Sonradan bu tükcüklər tökülərək ancaq əsas yarpaq damarlarının künclərində xal şəklində qalmış olur. Dilimləri enli, uzunsov-yumurtavari, itiucludur. Küt, itidişlidir. Çiçəkləri bir yerə toplaşmış qrup halında olur. Çiçəkləri xırda başlıq formasından, meyvə əmələ gəldikdə isə bir yerə sıxılmış çiçək qrupundan ibarətdir. Kasa yarpaqları çılpaq, tərs yumurtavarı olub, 3,5 mm uzunluqdadır.
Ləçəkləri sarımtıl-xırda olub, kasa yarpaqlardan bir qədər uzundur. Erkəkcikləri ləçəklərdən iki dəfə uzundur. Qanadlı meyvələri çılpaq, 2,5–4,5 sm uzunluqda olub, demək olar ki, paralel yerləşmişdir. Bəzən qanadlarının kənarları ilə bir-birinə toxunmuş olur. Qanadlar sarımtıl-qonur rəngdədir. Meyvə yuvası hamar, parlaq qəhvəyi rəngdədir. İyul ayında çiçəkləyir, sentyabrda meyvə verir.
Çoxalması
Toxum və kök pöhrələri ilə çoxalır.
Təbii ehtiyatının dəyişilməsi səbəbləri
Başlıca olaraq insan fəaliyyətidir.
Becərilməsi
Əsasən toxumla çoxalır.
Qəbul edilmiş qoruma tədbirləri
Qəbul edilmiş qoruma tədbiri yoxdur.
Zəruri qoruma tədbirləri
Azərbaycanın "Qırmızı Kitabı"na salınması və mühafizə edilməsi zəruridir.