Hipoksiya

Hipoksiya - orqanizmin toxumalarında oksigenlə təchizatın və ya onun mənimsənilməsinin pozulması ilə müşahidə olunan haldır. Hipoksiya bir çox xəstəliklər zamanı müşahidə oluna bilər. Kəskin və xronik formaları var.[1] Hipoksiya termini yunanca "hypo" - az, latinca "oxygenium" - oksigen sözlərinin birləşməsindən əmələ gəlmişdir. Hipoksiyanın sinonimləri olaraq "oksigen aclığı” və “oksigen çatışmazlığı” terminlərindən də istifadə olunur.

İstinadlar

  1. "Hipoksiya, oksigen aclığı". 2021-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-29.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.