Hipersten
Hipersten — mineral, (Fe,Mg)2[Si2O6]
Hipersten | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
![]() |
Haqqında
Enstatit-ferrosilit (Fs) rombik piroksenlər izomorf seriyasının aralıq üzvü. Tərkibində 30–50% Fs olur. Qarışıqları: Mn, bəzən Al, Ti. Habitus prizmatik, lövhəvari. Rəngi yaşıl, qonuru, qarayadək. Parıltısı şüşəli. Xüsusi çəkisi 3,3–3,5. Norit, çarnokit, qranulit və qneyslərdə, nadir hallarda traxit və andezitlərdə. Növ müxtəlifliyi: ferrohipersten, Fs 50–70%; manqanhipersten.
İstinadlar
Mənbə
- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.