Hindistan qulanı
Hindistan qulanı[2] (lat. Equus hemionus khur) — atlar fəsiləsini at cinsinə aid otyeyən təkdırnaqlı məməli heyvan. Xarici görünüş baxımından eşşəyə bənzəsədə onda at əlamətləri vardır. Qulan növünə aid olan bir yarımnöv.
Hindistan qulanı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Hindistan qulanı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Populyasiya
1958–1960-cı illərdə Hindistan qulanı müxtəlif infeksion xəstəliklərin qubanı olmuşdur. 1961-ci ildə populyasiyanın ümumi sayı 870 başa qədər azalmışdı. Bundan sonra Hindistan qulanının sayında artım müşahidə edilmişdir. 2009-cu ildə bu yarımnövə daxil olan heyvanların sayı 4038 baş, 2015-ci ildə isə 4800 başa qədər artmışdı[3]. Təbiəti qoruyan beynəlxalq ittifaqın məlumatına görə yarımnöv hələdə təhlükədə olan kimi nqeyd edilir.
Ancaq populyasiya ancaq kiçik bir ərazidə yayılmışdır. Populyasiyanın sayının 2000 başdamn çox olması və yayıldığı ərazinin 16000 km² əhatə etməsinə baxmayaraq yarımnöv hələdə təhlükədə olan kimi qeyd edilir.
Təsviri
Hindistan qulanı asiyada yayılmış yarımnövlərdən fərqli olaraq Arika yarımnövlərindən kəskin fərqlənir. Xəzi bir qayda olaraq qum rəngindədir. Ancaq qırmızı-boz, sarı-qəhvəyi, solğun qəhvəyi rənglərdə olur. başından başlayan iri tellər əsasən tünd rənglərdə olur. Boynunun arxasından isə tünd qəhvəyi rəng alır və quyruğuna kimi davam edir.
Qıdalanması
Əvvəllər Hindistan qulanı Hinsdistanın qərbindən iranın cənub-şərqinə qədər ki ərazilərdə yayılmışdılar. Hazırda isə Hindistan qulanı Qucarat ştatı ərazisində yayılmışdır. Hindistan qulanı əsasən şoranlaşmış ərazilərdə, yarımsəhranın kolluqlarla örtülmüş ərazilərində yayılmışlar. Onlar əsasən ot bitkiləri, kolluqlar və yarpaqlarla qidalanır. Hindistan qulanının sürəti 70 km/saata çatır.[4]
Erkəklər əsasən tənha yaşayırlar. Bəzən qruplar təkil edirlər. Hindistan qulanının çütləşmə dönəmi yağışlar dönəminə düşür.
Təhlükə
Hesablamalara görə Hindistan qulanının 30–35% qorunan ərazilərdən kənarda yaşayır. Bu ərazilərdə insanlarla qulanlar arasında tez-tez konfliktlər baş verir. Son zamanlar onların magistrallarda görünməsi müşahidə edilir. Hindistan və Pakistan arasında sərhəd tamamən başlandığından qulanların onu keçməsi mümkünsüzdür. Son zamanlar sayının artmasına baxmayaraq boğaz qalan fərdlərin sayı azalır. Sayının artmasına baxmayaraq insan fəaliyyəti onların həuyatına mənfi təsir göstərir. Ancaq növ hələ təhlükədə olan yarımnöv hesab edilmir.
Qulanların yayıldığı ərazilərdə torpaq örtüyü dəyişilmişdir. Buna səbəb isə Sardar-Sarovar bəndinin inşasıdır. Narmada kanalının inşası ilə qorunan ərazilərin ətrafı əkinə cəlb edilmişdir. Nəticədə onların qidalanma arealı azalmışdır.
Hindistan qulanı dövlət səviyyəsində qorunur. Üstəlik onların çoxu qorunan ərazilərdə yayılmışdır.
İstinadlar
- Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- Фишер Д., Саймон Н., Винсент Д. Красная книга. Дикая природа в опасности / пер. с англ., под ред. Андрей Григорьевич Банников. — М.: Прогресс, 1976. — С. 137–140. — 478 с.
- "Wild Ass in Gujarat now nearly a threatened species: IUCN - Times of India". The Times of India. 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-21.
- "India News, Latest Sports, Bollywood, World, Business & Politics News - Times of India". The Times of India. 2019-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-21.