Hindistan keçidi

Hindistan keçidi — XX əsrdə Hindistanda, Mumbayda inşa edilən memarlıq abidəsidir.[2] Bu abidə 1911-ci ildə kral V Georq və kraliça Mariya Tekin Apollo Bunderinindən Hindistanı ziyarət etmələrini əbədiləşdirmək məqsədilə inşa edilmişdir.

Hindistan keçidi
Gateway of India
Hindistan keçidi, Mumbay
Hindistan keçidi, Mumbay
18°55′18″ şm. e. 72°50′04″ ş. u.
Ölkə  Hindistan
Şəhər Mumbay
Yerləşir Mumbay, Maxaraştra
Aidiyyatı Hindistan Arxeologiya Tədqiqatı
Memar Corc Vittet
Sifarişçi Gammon İndia[1]
Tikilmə tarixi 31 mart 1913
Üslubu Hind - Sarakenik
Hündürlüyü 26 m
Eni 15 m (49 ft)
Vəziyyəti stabil
Hindistanın Arxeoloji İrsi
Təyin edilib4 dekabr 1924
KateqoriyaZəfər tağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hind-Sarakenik üslubda tikilmiş Hindistan keçidinin təməl daşı 1911-ci il martın 31-də atılmışdır. Tağın strukturu bazalt daşındandır və hündürlüyü 26 metrdir. Corc Vittetin təqdim etdiyi son dizaynı 1914-cü ildə qəbul edilir və abidənin inşası 1924-cü ildə tamamlanır. Keçid sonralar Vitse krallıqMumbay rəhbərliyi üçün simvolik giriş mərasimi üçün istifadə edilir.[3] Keçid Hindistana daxil olmaq üçün istifadəyə verilmişdir.[4]

Hindistan keçidi Mumbayın cənubundakı Çatrapati Şivaci Marqın sonunda yerləşən Apollo Bunderinin sahilindədir və Ərəbistan dənizinə tərəf baxır.[5][6][7] Abidə həmçinin Mumbayın Tac Mahalı adlandırılır[8] və şəhərin turistlər tərəfindən ən çox ziyarət edilən hissəsidir.[9]

Tarix

Hindistan keçidi, Mumbay, 1924
Hindistan keçidi üzərinə yazılan yazı, "Zati-Aliləri kral V Georq və kraliça Mariya Tekin Hindistanı ziyarət etmələri münasibətilə yaradılan xatirə abidəsi. 2 Dekabr MCMXI"

Hindistan keçidinin tikilmə səbəbi 1911-ci ilin dekabrında kral V Georq və kraliça Mariya Tekin Dehli Darbardan öncə Mumbayı ziyarət etmələri idi. Abidənin təməl daşı 1913-cü il martın 31-də Mumbay qubernatoru cənab Corc Sidenham Klark tərəfindən atıldı və Corc Vittet tərəfindən hazırlanan dizayn 1914-ci il martın 31-də təsdiq edildi.

Keçidin inşa edildiyi ərazidə əvvəllər balıqçılıq buxtası kimi istifadə edilmiş, sonralar ingilis qubernatorlar və digər tanınmış adamların istifadəsinə verilmişdir. Bura həmçinin əvvəllər Mumbayı ziyarət etməyə qayıqla gələnlərin istifadəsinə verilmişdi.[10][11]

1915 - 1919-ci illər arasında ərazidəki vəziyyət yaxşılaşdırmaq və yeni dəniz divarı inşa etmək məqsədilə Apollo Bunderindəki işlər genişləndirilmişdi. Əsas işlər 1920-ci ildə, ümumi tikinti işləri isə 1924-cü ildə tamamlandı.[12] Keçidin açılışı 1924-cü il dekabrın 4-də vitse kral Ayzeks Rufus tərəfindən həyata keçirildi.[10]

Hindistandakı sonuncu Britaniya hərbi birliyi olan Somerset Yüngünlzirehli Piyada taboru, ölkə müstəqilliyini qazandıqdan sonra 1948-ci ilin fevralında Hindistandakı İngiltərə hökmranlığının bitməsi şərəfinə keçirilən tədbirdə özünəməxsus şəkildə Hindistan keçidindən keçərək ölkəni tərk etdilər.[10][13]

Memarlıq tərtibatı

Hindistan keçidi tağ memarlıq üslubunda inşa edilmişdir və hündürlüyü 26 metrdir. Abidə sarı bazalt daşından və möhkəm betondan inşa edilmişdir. Hindistan keçidinin struktur quruluşu Hind-Sarakenik üslubdadır. Həmçinin bu abidənin memarlıq üslubunda müsəlman memarlıq üslubunun izlərini görmək də mümkündür. Abidənin mərkəzi qübbəsinin diametri 48 fut, ümumi hündürlüyü isə 83 futdur. Qarışıq şəbəkələr vasitəsilə inşa edilən 4 kiçik qüllə Hindistan keçidinin ən görkəmli xüsusiyyətidir. Keçid tağının arxasında Ərəbistan dənizinə enən pilləkanlar vardır.

Dizayn və arxitektura

Hindistan keçidinin daxilindəki zallar

Şotland memar Corc Vittet Roma Zəfər tağı memarlığı ilə XVI əsr Qucarat memarlığını birləşdirmişdi.[14] Abidənin dizaynı hind və müsəlman memarlıq üslublarının birləşməsinə əsaslanır. Tağ müsəlman memarlıq üslubunda, dekorasiyaları isə hind memarlıq üslubundadır.[15] Hindistan keçidi sarı bazaltdan və möhkəm betondan inşa edilmişdir.[16] Daşlar yerli karxanadan, perforaasiya edilmiş lövhələr isə Qvaliordan əldə edildi.[17] Keçid Mumbay limanından Apollo Bunderinə qədər uzanır.[18]

Qübbənin daxili görünüşü

Mərkəz qübbəsinin ən hündür nöqtəsinin diametri 15 metr, hündürlüyü isə 25 metrdir.[19] Limanın sahili planlaşdırılmış esplanadaya uyğum olması üçün şəhərin mərkəzinə qədər uzadılmalı idi. Tağın hər iki tərəfində 600 nəfərin yerləşə biləcəyi bpyük salonlar var.[16] İnşaatın maliyyəti 2 milyon rupi (31000 dollar) idi və bu məbləğ Hindistan İmperial İdarəsi tərəfindən ödənildi. Ayrılan məbləğin azlığı keçidə qədər yol çəkilməsi üçün kifayət eləmədi və bu yol çəkilmədi.[10][19]

Yeri və əhəmiyyəti

Hindistan keçidinin yuxarıdan görünüşü
Hindistan keçidinin yuxarıdan görünüşü

Hindistan keçidi Mumbay şəhərini təmsil edən "simvolik abidə" kimi qəbul edilir.

Hindistan keçidinin qarşısındakı Tac Mahal Oteli

Taj Mahal Palace & Tower otelinin qarşısında yerləşən keçid,[20] Hindistana gələn britaniyalılar tərəfindən Britaniya imperiyasının güc və qüdrət rəmzi kimi qəbul edilir.[5] Kral V Georqun 1911-ci ildəki Hindistan ziyarəti şərəfinə inşa edilən keçid, Britaniya HindistanıBritaniya imperiyası üçün önəmli abidə idi və Hindistanda Britaniya hökmranlığını təmsil edən xatirə abidəsidir.[4]

Hindistan keçidinin yaxınlığındakı Şatrapati Şivaci Maharacın heykəli

Keçidin qarşısında Maratxa imperiyasını qurmaq üçün XVII əsrdə Şadyari dağında gerilla müharibəsi aparan[21]Maratxanın "qürur və cəsurluq" rəmzi olan Maratxa hökmdarı Şatrapati Şivaci Maharacın heykəli vardır.[22] Heykəlin açılışı 1961-ci il 22 yanvarda Hindistanın Respublika günündə qeyd olundu.[23][24]

Hindistan keçidi yaxınlığında Svami Vivekanandanın heykəli

Keçidin ətrafındakı heykəllərdən biri də hindistanlı heykəltaraş Sitaram S. Art tərəfindən yaradılan Svami Vivekananda heykəlidir.[25]

Keçidin ətrafında beş buxta vardır.[26] Birinci buxta Atom Araşdırma Mərkəzinə məxsusdur. İkinci və üçüncü buxtalar ticarət əməliyyatları üçün istifadə edilir. Dördüncü buxta bağlı, beşinci buxta isə Mumbay Royal Yaxta Klubuna məxsusdur. İkinci və üçüncü buxtalar qayıqlarla 50 dəqiqəlik məsafədə yerləşən Elefanta mağara turları üçün başlanğıc nöqtəsi rolunu oynayırlar.[20][27] AlibagMandva turları da bu buxtaların fəaliyyətlərinə daxildir. Bu turların məşhurluğu həddindən artıq sərnişin daşımalarına səbəb olur.[28]

Turizm

Hindistan keçidi Mumbaydakı əsas turizm mərkəzi və yerli xalqın, satıcıların, fotoqrafların ən çox toplaşdıqları yerdir.[18]

2012-ci ildə Maharaştra Turizm İnkişaf Mərkəzi əhali sayının nəzərə alaraq "Elefanta musiqi və rəqs festivalını" Elefanta mağaralarından (artıq 23 il idi ki burada qeyd olunurdu) deyil Hindistan keçidi tərəfdə qeyd etdi. Elefanta mağaraları 700 - 800 nəfərlik qrupları qəbul etdiyi halda keçid 2000 - 2500 nəfərlik qrupları qəbul edə bilir.[29][30]

Tədbirlər və hadisələr

  1. 2003-cü il avqustun 5-də Hindistan keçidinin qarşısında partlayış baş verir. Partlayış terror aktı nəticəsində baş vermişdi. Bomba yerləşdirilmiş taksi şəhərin dəbdəbəli otellərindən biri olan Tac Mahal otelinin qarşısında dayanır. Bombanın partlaması otelə və ətrafda olan maşınlara zərər vurur. Partlayışın təsiri bir neçə nəfərin dənizə düşməsinə səbəb olmuşdu.[9]
  2. Psixi problemləri olan bir nəfər 2005-ci il avqustun 3-də keçidin qarşısında Manipurdan olan iki qızı bıçaqlayır.[31]
  3. 2007-ci ildə Yeni il bayramı günü bir qadın mafiya qruplaşması tərəfindən təzyiqə məruz qalır.[32]
  4. 2008-ci ildəki Mumbay hücumlarından sonra beş buxtanın da bağlanılması və onların Mumbay Rəhbərlik Radio Klubunun yaxınlığında tikiləcək iki buxta ilə əvəz edilməsi barədə təklif verilir.
  5. Tac Mahal otelindəki 26/11 terror hücumundan sonra Hindistan keçidi və ətrafındakı ərazilərə ictimai giriş məhdudlaşdırıldı.[33]

Qalereya

İstinadlar

  1. "Which company built the Gateway of India?". Rediff.com. 4 May 2007. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 April 2012.
  2. National Portal Content Management Team. "National Portal of India, Monuments". National Informatics Centre (NIC). 2012-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 Aprel 2012.
  3. Chapman, Kenneth. Peace, War and Friendships. Roxana Chapman. səh. 151. ISBN 978-0-9551881-0-7. 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 Aprel 2012.
  4. Simon, Sherry; St-Pierre, Paul. Changing the Terms: Translating in the Postcolonial Era. University of Ottawa Press. 27 Noyabr 2000. səh. 245. ISBN 978-0-7766-0524-1. 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 Aprel 2012.
  5. William J. Duiker; Jackson J. Spielvogel. World History: From 1500. Cengage Learning. 3 Yanvar 2006. ISBN 978-0-495-05054-4. (#missing_pipe)
  6. DNA. "Walk amid a wealth of heritage in Mumbai". DNA India. Mumbai. 24 Aprel 2012. 2012-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 Aprel 2012.
  7. Holloway, James. "Gateway of India; Colorful, Crowded Bombay Provides An Introduction to Subcontinent". The New York Times. 29 Noyabr 1964. 8 April 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 November 2012. (abunə tələb olunur)
  8. Duncan Forbes. The heart of India. Hale. 1968. səh. 76. 5 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 April 2012.
  9. "2003: Bombay rocked by twin car bombs". BBC. 25 Avqust 2003. 2012-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 Aprel 2012.
  10. Dwivedi, Sharada; Rahul Mehotra. Bombay – The Cities Within. Mumbai: India Book House. 1995. ISBN 81-85028-80-X.
  11. Arnett, Robert. India Unveiled. Atman Press. 15 İyul 2006. səh. 166. ISBN 978-0-9652900-4-3. 2018-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 Aprel 2012.
  12. Dwivedi, Sharada; Mehrotra, Rahul. Bombay: the cities within. India Book House. 1995. ISBN 978-81-85028-80-4. 2022-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 Aprel 2012.
  13. Bradnock, Robert; Bradnock, Roma; Ballard, Sebastian. South Asian handbook. Trade & Travel. 1993. ISBN 978-0-8442-9980-8. 2014-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 Aprel 2012.
  14. Shobhna Gupta. Monuments of India. Har-Anand Publications. 2003. səh. 111. ISBN 978-81-241-0926-7. 2017-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 Aprel 2012.
  15. Sigh, Kirpal; Mathew, Annie. Middle School Social Sciences. Frank Brothers. səh. 8. ISBN 978-81-8409-103-8. 2017-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 Aprel 2012.
  16. Mis, Melody S. How to Draw India's Sights and Symbols. Rosen Publishing. 1 Avqust 2005. səh. 42. ISBN 978-1-4042-2732-3. 2017-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 Aprel 2012.
  17. Bajwa, Jagir Singh; Kaur, Ravinder. Tourism Management. APH Publishing. 1 Yanvar 2007. səh. 240. ISBN 978-81-313-0047-3. 2017-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 Aprel 2012.
  18. Singh, Sarina. Lonely Planet India. Lonely Planet. 1 Sentyabr 2009. 783–784. ISBN 978-1-74179-151-8. 2022-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 Aprel 2012.
  19. Kapoor, Subodh. The Indian Encyclopaedia. Cosmo Publications. 1 İyul 2002. səh. 2554. ISBN 978-81-7755-257-7. 2017-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 Aprel 2012.
  20. Pippa De Bruyn; Keith Bain; David Allardice; Shonar Joshi. Frommer's India. John Wiley & Sons. 12 Fevral 2010. səh. 125. ISBN 978-0-470-60264-5. 7 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 April 2012.
  21. "300-feet Shivaji statue in Mumbai's Arabian Sea!". 3 İyun 2008. Rediff.com. 2012-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 Aprel 2012.
  22. B.K. Chaturvedi. Tourist Centers of India. Diamond Pocket Books (P) Ltd. səh. 146. ISBN 978-81-7182-137-2. 2014-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 Aprel 2012.
  23. Prasad, Rajendra. Dr. Rajendra Prasad, Correspondence and Select Documents. Allied Publishers. 1984. səh. 205. ISBN 978-81-7023-002-1. 2014-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 Aprel 2012.
  24. University of Michigan. The Illustrated weekly of India. Bennett, Coleman & Co., Ltd. 1965. səh. 152. 2014-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 Aprel 2012.
  25. Kottis, George C. Follow the Wind of Your Soul. AuthorHouse. 30 Oktyabr 2006. səh. 101. ISBN 978-1-4259-5505-2. 7 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2012.
  26. Thakkar, Dharmesh. "Gateway of India jetties to move location". NDTV. 27 January 2009. 12 Fevral2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 April 2012.
  27. DNA. "Mumbai heritage week: Revisiting a lost culture in the city of caves". DNA India. 18 Aprel 2012. 2012-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 Aprel 2012.
  28. "Disaster floats at gateway". Mid Day. 2 Oktyabr 2011. 2012-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 Aprel 2012.
  29. Tembhekar, Chittaranjan; Jaisinghani, Bella. "Elephanta festival 'moves' to Gateway of India". The Times of India. 5 Mart 2012. 2014-01-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 Aprel 2012.
  30. "Festival weaves magic". The Indian Express. Mumbai. Express news service. 27 Mart 2012. İstifadə tarixi: 30 Noyabr 2012.
  31. "Maniac stabs girl to death at Gateway". The Times of India. 14 Avqust 2005. 2018-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 Avqust 2005.
  32. "Gateway groping shocks Mumbai". The Times of India. 3 Yanvar 2007. 2010-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 Yanvar 2007.
  33. Clara Lewis, Times News Network. "Gateway not quite a getaway". The Times of India. 18 Mart 2012. İstifadə tarixi: 4 Aprel 2012.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.