Hind binti Utba
Hind binti Utba (ərəb. صفية بنت حيي; 584, Ərəbistan yarımadası – 635[1], Rəşidi xilafəti) — Məkkənin ən nəcib və nüfuzlu qadınlarından biri, Qureyş lideri Əbu Süfyanın həyat yoldaşı və ilk Əməvi xəlifəsi Müaviyənin anası.
Hind binti Utba | |
---|---|
ərəb. هند بنت عتبة | |
Doğum tarixi | 584 |
Doğum yeri | |
Vəfat tarixi | 635[1] |
Vəfat yeri | |
Həyat yoldaşları | |
Uşaqları | |
Atası | Ütbə ibn Rəbiə |
Fəaliyyəti | şairə |
Bioqrafiya
Onun tam adı Hind binti Utba ibn Rəbiə ibn Abd-Şəms əl-Qureyşidir. Onun atasının adı Utbə ibn Rəbiə idi. Hind müdrik, təşəbbüskar və məqsədyönlü qadın idi. O, natiqlik qabiliyyətinə malik olub, şeir yazırdı. Cəsur, alicənab və məğrur qadın olması ilə bilinirdi. Atası onu əl-Fakih ibn əl-Muqirə əl-Məhzumi ilə evləndirdi və ondan Əbanı adlı oğul doğdu.
O, üçüncü əri Əbu Süfyan ibn Hərblə birlikdə uzun müddət Məhəmməd peyğəmbər və digər müsəlmanlarla ixtilafda idi. Onun qardaşı əl-Valid əmisi Şeybə Peyğəmbərin əmisi Həmzə tərəfindən Bədr döyüşündə öldürülür. Bu səbəbdən o, qisas susuzluğu ilə alovlanır və müsəlmanlara qarşı hərbi kampaniyanın fəal iştirakçısına çevrilir. Məkkəlilərin qələbəsi ilə başa çatan Uhud döyüşündə əri məkkəlilərin ordusuna komandanlıq etmiş və Hind onları döyüşə təşviq etmişdir. Döyüşdən əvvəl Hind Vəhşi ibn Hərbi Həmzəni öldürməyə təhrik edir və onu öldürəcəyi təqdirdə ona azadlıq vəd edir. Vəhşi Həmzəni öldürdükdən sonra dərhal Hində xəbər verir. Döyüş meydanına gələndə o, Həmzənin qarnını yarıb, ciyərini qoparıb çeynəsə də, ürəyi bulanaraq tüpürür. Müsəlmanlar Məkkəni fəth etdikdən sonra Hind Məhəmməd peyğəmbərin yanına gəlib İslamı qəbul etdi. Məhəmməd peyğəmbər qiyabi ölümə məhkum edilməsinə baxmayaraq, onu bağışlamışdır. Bundan sonra edama məhkum edilmiş müsəlmanların digər keçmiş düşmənləri də İslamı qəbul etdilər. Hind Peyğəmbərlə görüşdükdən sonra evindəki bütün bütpərəst heykəlləri məhv etdi. Sonralar Hind müsəlman cəmiyyətinin ictimai həyatında iştirak etdi. Müsəlman əsgərlərinin mənəviyyatını yüksəltmək üçün tez-tez müxtəlif cəbhələrə gedirdi, o cümlədən 634-cü ildə Yərmuq döyüşündə iştirak etmişdi. Yərmuq döyüşündə o, şücaətlə vuruşaraq müsəlmanları ruhlandırmışdı: “Ey müsəlmanlar, qılınclarınızla onlardan üstün olun!”.
İslam ənənəsinə görə, Hind İslamı qəbul etdikdən sonra dindar müsəlman olur. 635-ci ildə vəfat edir.
İstinadlar
- Record #90063515 // VIAF (çd.). [Dublin, Ohio]: OCLC, 2003.