Hinədəli dağı

Hinədəli dağıŞərur rayonu ərazisində, Dərələyəz silsiləsinin şimal-qərb yamacında, silsilədən qərbə ayrılan Rəmlər qolunun suayrıcında, Tənənəm kəndindən 3,5 km şimal-şərqdə yerləşən dağ (hünd. 2101,3 m). Üst Triasa aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının cənub-şərq batım hissəsində müşahidə edilən Bəzəkli qılıcvari antiklinalının şərq qanadında yerləşir.[1]

Hinədəli
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 2101 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.