Hilata
Hilata (lat. Melanargia hylata) — pulcuqqanadlılar dəstəsinin satirlər fəsiləsinə aid kəpənək növü. Yoxa çıxmaqda olan Talış avtoxtonudur.
Hilata | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Hilata |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Təsviri
Qanadları açıq halda 52–56 mm-dir. Ön qanadın uzunluğu 24–26 mm-dir. Qanadları sarımtıl-krem rəngdə olub kənarları qara-qəhvəyi rəngdədir. Arxa qanadların xarici kənarında 6 ədəd gözşəkilli ləkə vardır. Oxşar ləkələr ön qanadların zirvəsində də vardır.[1]
Yayılması
Azərbaycanın cənub-şərqində (Zuvand) yayılmışdır.
Həyat tərzi
Kserofil bitkili quru, daşlı yamaclarda, əsasən yastıqvari traqakant, gəvən və akantalimon bitən sahələrdə yaşayır. Kəpənəklər mayın sonunda və iyunda uçurlar, ildə bir nəsil verirlər. Tırtıllar apreldə taxıllarla (yerli yulaf növü) qidalanır və küləş içərisində puplaşır. Yumurta mərhələsində qışlayır. Bu kəpənəklər yırtıcı ktır milçəkləri tərəfindən intensiv surətdə ovlanır.[2]
Sayı
R. Əffəndi tərəfindən Talışda 1 kəpənək, 2011-ci ildə V. V. Tixonov tərəfindən 1 kəpənək qeydə alınmışdır.
Məhdudlaşdırıcı amillər
Kəpənəyin yaşayış yerlərinin insanlar tərəfindən zəbt edilməsi, otlaqlara, əkin sahələrinə çevrilməsi tırtıllar üçün kifayət qədər yem bitkisinin olmamasına gətirib çıxarır. Əkin sahələrində küləşin yığılması küləş içərisində puplaşmış kəpənəklərin məhvinə səbəb olur. Həvəskar kolleksiyaçılar tərəfindən kəpənəklərin tutulması da onların sayına mənfi təsir göstərir.
Qorunması üçün qəbul edilmiş tədbirlər
Azərbaycanın Qırmızı kitabının I nəşrinə daxil edilmişdir.[3]
Qorunması üçün məsləhət görülmüş tədbirlər
Kəpənəklərin yaşayış ərazilərinin qorunması, kəpənəyin biologiyasının ətraflı öyrənilməsi, yaşayış ərazilərinə müntəzəm monitorinqlərin təşkil edilməsi qorunması üçün məsləhət görülən tədbirlərdəndir.
İstinadlar
- Azərbaycanın Qırmızı kitabı. II cild. Bakı: 2013.
- LepIndex: The Global Lepidoptera Names Index. Beccaloni G. W., Scoble M. J., Robinson G. S. & Pitkin B., 2005–06-15
- Эффенди Р.М. Высшие чешуекрылые Азербайджана. Автореф.дис.канд.биол.наук. Баку: 1971, 24 с.
Ədəbiyyat
- Azərbaycanın Qırmızı kitabı. II cild. Bakı: 2013.
- LepIndex: The Global Lepidoptera Names Index. Beccaloni G. W., Scoble M. J., Robinson G. S. & Pitkin B., 2005–06-15.
- Рябов М.А. Чешуекрылые Кавказа. Животный мир СССР, т. V, М.–Л.: изд-во АН СССР, 1958, с. 351–475.
- Эффенди Р.М. Высшие чешуекрылые Азербайджана. Автореф.дис.канд.биол.наук. Баку: 1971, 24 с.
- Коршунов Ю.П. Каталог булавоусых чешуекрылых (Lepidoptera, Rhopalocera) фауны СССР. Энтомологич. обозрение. т. LI. вып. 1–2, 1972, с. 136–154, 352–368.
Həmçinin bax
Talış məxməri kəpənəyi Eyfema Şərqi aleksanor yelkənciyi Xrizip