Hikmət Hacıyev

Hikmət Fərhad oğlu Hacıyev (15 oktyabr 1979, Kirovabad) — Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin sabiq rəhbəri.

Hikmət Hacıyev
Vəzifədədir
29 noyabr 2019-cuildən
Prezidentİlham Əliyev
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Vəzifədədir
26 noyabr 2018-ciildən
19 sentyabr 2014 18 sentyabr 2018
ƏvvəlkiElman Abdullayev
SonrakıLeyla Abdullayeva
Şəxsi məlumatlar
Doğum tarixi 15 oktyabr 1979(1979-10-15) (44 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti diplomat

Təltifləri 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni  — 2019 "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı  — 2018
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Hikmət Hacıyev 1979-cu ildə Gəncə şəhərində anadan olub və buradakı 24 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillələrini bitirmişdir. NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal mərkəzi və Belçikanın ULB universitetinin magistr pilləsinin məzunudur.[1]

Hikmət Hacıyev 2000-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyi sistemində çalışmışdır. Müxtəlif illərdə o, Azərbaycanın NATO nümayəndəliyində, Azərbaycanın Küveytdəki səfirliyində işləyib. 2008-ci ildən isə Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Təhlükəsizlik problemləri departamentinin 2-ci katibi vəzifəsini, 2011-ci ildən isə Azərbaycanın Misirdəki səfirliyində müşavir vəzifəsini tutub.

2013-cü ilin avqustunda Azərbaycan Respublikasının Misirdəki səfirliyinin müşaviri kimi uzunmüddətli xarici xidməti ezamiyyətini başa vuraraq Xarici İşlər Nazirliyinə qayıtmışdır. 2013-cü ilin sentyabrından Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsində işləmişdir.[1]

Hikmət Hacıyev 2014-cü ildən 2018-ci ilə qədər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmışdır.[1]

9 iyul 2018-ci ildə "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı[2], 9 iyul 2019-cu ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.[3]

18 sentyabr 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini,[4] 26 noyabr 2018-ci ildə isə bu şöbənin müdiri,[5] 29 noyabr 2019-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin olunmuşdur.[6]

Rus, türk, ingilis və fransız dillərini bilir.

Ailəlidir, iki övladı var.

Təltifləri

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.