Hikmət Həsənov (general-mayor)

Hikmət Hüseyn oğlu Həsənov (9 oktyabr 1975, Pirəhmədli, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru[1], Birinci Ordu Korpusunun komandiri (2014–2021).[2] 2016-cı il Aprel döyüşlərində istiqamət komandiri kimi cəbhənin 3 istiqamətində — Ağdam-Tərtər-Goranboy cəbhəsində döyüşləri idarə edib.[3] 2020-ci il oktyabrın 3-də Ağdərə istiqamətində yerləşən Suqovuşanın işğaldan azad edilməsinə başçılıq etmişdir.[4]

Hikmət Həsənov
Şəxsi məlumatlar
Ləqəbi Madagiz fatehi
Doğum tarixi 9 oktyabr 1975(1975-10-09) (48 yaş)
Doğum yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Hərbi hissə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası
Xidmət illəri 1992-ci ildən
Rütbəsi
General-mayor
Döyüşlər Aprel döyüşləri
Vətən müharibəsi
  Madagizin azad edilməsi
Təltifləri "Qarabağ" ordeni  — 2020 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni  — 2018 "Vətən uğrunda" medalı  — 2012 "İgidliyə görə" medalı  — 2006 "Suqovuşanın azad olunmasına görə" medalı  — 2020 "Xocavəndin azad olunmasına görə" medalı  — 2020 "Füzulinin azad olunmasına görə" medalı  — 2020 "Hərbi xidmətlərə görə" medalı  — 2015 "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hərbi xidməti

Xidmətinin ilk illəri

Hikmət Həsənov 1993-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsində Taqım Komandiri vəzifəsində xidmət edib. Daha sonra xidmətini Ağdam rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə briqada komandiri vəzifəsində davam edib. Ardınca isə bölük komandiri və tabor Komandiri vəzifələrində xidmət edib.

2002-ci ildə Çin Xalq Azadlıq Ordusunun Nanjinq Quru Qoşunları Ali Hərbi Akademiyasına daxil olub və 2003-cü ildə təhsilini xüsusi fərqlənmə ilə bitirib.

2003-cü ildə Qazax rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə briqada komandirinin MTT üzrə müavini vəzifəsinə təyin olunub, bir müddət sonra isə xidmətini Tovuz rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə briqadanın qərargah rəisi olaraq davam edib.

2004-cü ildə Tovuz rayonu istiqamətində hal-hazırda adı "Dilqəm postu" olan mövqeyi erməni işğalından azad elədiyi üçün briqada komandiri vəzifəsinə təyin olub. 2005–2008-ci illərdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə briqada komandiri vəzifəsində xidmət edib.

Daha sonra o, 2008-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olub və 2010-cu ildə təhsilini fərqlənmə ilə başa vurub. 2010-cu ildə Abşeron rayonunda NATO-Azərbaycan tərəfdaşlıq müqaviləsinə əsasən Müdafiə Nazirliyi tərəfindən yaradılan NATO Taborunda briqada komandiri vəzifəsinə təyin olunub.

Ordu Korpusunun komandiri

2013-cü ildə təhsili daha da artırmaq üçün Almaniyada NATO-nun "Əməliyyat planlaşdırılması" kursunda iştirak edib.

2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun qərargah rəisi vəzifəsinə təyin olunub.

2014-cü il iyunun 26-da Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "general-mayor" hərbi rütbəsi verilib.

2014-cü il dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Silahlı Qüvvələrin ən strateji 1-ci Ordu Korpusunun komandiri vəzifəsinə təyin olunub.

Aprel döyüşlərində iştirakı

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq AzərbaycanErmənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin TərtərCəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı 1-ci Ordu Korpusunun Komandiri olan Hikmət Həsənov cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan səddi" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir. Onun rəhbərliyi altında 2 saat ərzində Ermənistan Ordusunun 21 postu darmadağın edilmişdir və 7 strateji nöqtə işğaldan azad edilmişdir.

İkinci Qarabağ müharibəsində iştirakı

2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatnalar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur.[5] Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.[6]

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Həsənov "Qarabağ" ordeni ilə təltif edildi.[7]

10 noyabr 2020-ci il tarixində bağlanan üçtərəfli bəyanatdan sonra, Ağdam şəhərinin qaytarılması əməliyyatı zamanı Hikmət Həsənovun içərisində olduğu zirehli avtomobil ermənilərin basdırdığı minaya düşdü. Partlayış nəticəsində Hikmət Həsənov müxtəlif zədələr alıb.[8]

3 avqust 2021-ci ildə Hikmət Həsənov Ordu Korpusu komandiri vəzifəsindən azad edilərək Hərbi Akademiyanın rəis müavini təyin olunub.[9][10]

Təltifləri

Azərbaycan Prezidenti İlham Əliyev Aprel döyüşlərinin ildönümü münasibətilə hərbçiləri qəbul edən zaman
Soldan sağa: Ş. Həmidov, M. Bərxudarov, Z. Həsənov, İ. Əliyev, N. Sadıqov və H. Həsənov

İstinadlar

  1. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 25 iyun 2014. 25 iyul 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2020.
  2. "Prezident 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib". aztv.az. 3 oktyabr 2020. 2020-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2020.
  3. "Dörd gün sonra 45 yaşı olacaq - Suqovuşanı fəth edən general". oxu.az. 5 oktyabr 2020. 8 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2020.
  4. "Prezidentin Mətbuat Xidmətinin məlumatı". president.az. 3 oktyabr 2020. 8 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2020.
  5. Müdafiə Nazirliyi. "Ermənistan Silahlı Qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 27.09.2020. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.09.2020.
  6. Müdafiə Nazirliyi. "Bütün cəbhə boyu qoşunlarımız hücum əməliyyatına başlayıb". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 27.09.2020. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.09.2020.
  7. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.president.az ( (az.)). 09.12.2020. 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.
  8. "General Hikmət Həsənov minaya düşüb". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-13.
  9. General Hikmət Həsənov vəzifəsindən azad edildi Arxivləşdirilib 04.08.2021
  10. General Hikmət Həsənov müavin vəzifəsinə TƏYİN EDİLDİ. Arvivləşdirilib. 04.08.2021
  11. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (az.)). 09.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.
  12. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (az.)). 25.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  13. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (az.)). 25.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  14. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (az.)). 29.12.2020. 2021-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.